Erməni ictimai fəal Vardqes Qaspari Qarabağda hərbi cinayətlər törətmiş keçmiş hərbi məmurlara qarşı təkbaşına aksiya keçirib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. O, məhkəmə binası qarşısında şüarlar səsləndirib. Məhkəməyə gələn Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi Yuri Xaçaturov ünvanına səslənən təhqirlərə reaksiya verməyib.
Bundan başqa, digər hərbi cani, keçmiş müdafiə naziri Seyran Ohanyan da “alçaq, cinayətkar” şüarları ilə qarşılanıb. Yalnız vəkil Mihran Poqosyan ictimai fəala cavab verib: “Sənə psixiatriya xəstəxanasında yatmaq lazımdır, əzizim”.