10 gün sonra Paşinyanı devirmək üçün hərəkətə keçəcəklər - Anons verildi
Tarix: 23-09-2024, 11:03 |
Çap et
Ermənistanda “Vətən üçün Tavuş” hərəkatı oktyabrın 2-də hakimiyyətə qarşı mübarizənin aktiv mərhələsinə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstyan deyib.
Qalstyan oktyabrın 2-də saat 18:30-da İrəvandakı Respublika meydanında mitinq təyin edib. Bildirib ki, artıq səhv etmək haqları yoxdur, son məqsədə - Paşinyanın devrilməsinə doğru addım-addım irəliləyirlər.