İstanbul Klinikası lisenziyadan kənar fəaliyyətlə məşğul olub?
Tarix: 12-09-2024, 15:10 |
Çap et
İstanbul Klinikası barəsində inzibati iş başlanıb.
Qaynarinfo-nun məlumatına görə, klinikaya İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddə ilə ittiham irəli sürülüb.
215.1-ci maddə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
Bu inzibati xətaya görə fiziki şəxslərin 300 manatdan 500 manatadək, vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Elçin Ağayev iş üzrə hakim təyin edilib.