Paşinyanın barış təklifindəki hiylə: “Yarımçıq sülh sazişindən xeyir gəlməz” - NƏ ETMƏLİ?
Tarix: 12-09-2024, 10:37 | Çap et
Ermənistan hökuməti Azərbaycanı 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışında deyib.
“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik. Onların hamısının məzmunu razılaşdırılıb”, Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməzlər: “Ona görə də artıq razılaşdırılmış məsələlər üzrə sazişi imzalamaq lazımdır”.
Qeyd edək ki, Paşinyan 3 gün əvvəl də İrəvanla Bakı arasında sülh sazişi layihəsinin 80 faiz razılaşdırıldığını qeyd etmişdi. Baş nazir “İrəvan dialoqu” forumunun açılışında demişdi ki, Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 80 faizi razılaşdırılıb. Biz təklif edirik ki, razılaşdırılanları imzalayaq, fundamental sənədimiz olsun. Sonra qalan məsələlər üzrə müzakirələr davam etdirilsin”, - Baş nazir vurğulayıb.
Buna bənzər bəyanatla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çıxış edib. Azərbaycanlı ekspertlər isə hesab edirlər ki, rəsmi Bakının tələbləri var ki, onlar yerinə yetirilmədən sazişin imzalanması mümkün görünmür. Analitiklərin qənaətincə, yarımçıq saziş isə dayanıqlı olmayacaq.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırıb. Analitik bildirib ki, indiki halda İrəvanla Bakının saziş imzalaması çətindir:
- Sazişin imzalanması üçün Ermənistan Azərbaycana qarşı ərazi iddiasına son qoyulmalıdır. Söhbət Ermənistan Konstitusiyasında ərazi iddialarını özündə ehtiva edən maddələrdən və qanunvericiliyindəki müvafiq bəndlərdən gedir. Bu isə zaman məsələsidir. Ermənistan tərəfi rəsmi şəkildə Ermənistan Konstitusiyasına dəyişikliklərin 2027-ci ilədək dəyişməyəcəyini bəyan edib. Rəsmi Bakı isə Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən, ərazi iddialarına rəsmən son qoyulmadan sülh sazişinin imzalanmayacağını açıqlayıb. Paşinyan dediyi razılaşdırılmayan, yaxud qismən razılaşdırılan 3 maddədən biri də məhz konstitusiya islahatları ilə bağlıdır. Ümumiyyətlə, “qismən razılaşdırılma” bəyanatı anlaşılan deyil. Məsələ ya razılaşdırılır, ya da razılaşdırılmır. Əgər Ermənistan Azərbaycanın tələb etdiyi konstitusiya islahatını 3 il sonraya saxlayırsa, burada hansı qismən razılaşdırılma ola bilər ki? Yaxud da, Azərbaycan təklif edib ki, tarixin arxivinə göndərilən ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Bakı və İrəvan birgə bəyanat versin. Amma Ermənistan bu təklifə hələ də müsbət cavab verməyib. Hansı ki, Minsk Qrupunun ləğvi ilə bağlı birgə bəyanat İrəvan üçün çətin olmamalıdır. Hesab edirəm ki, “qismən razılaşdırılıb” ifadəsi həm daxili, həm də beynəlxalq auditoriya üçün seçilmiş frazadır. Tələb tələbdir, bu tələblər yerinə yetirilməlidir. Bunlar olmadan sazişin imzalanması real deyil.
- Ermənistan tərəfi preambula ilə birlikdə 14 məsələnin tam razılaşdırıldığını açıqlayıb. Bu razılaşmalar sazişi imzalamaq üçün yetərli deyil?
- Bilirsiniz, sülh sazişi imzalamaq sıradan bir məsələ deyil. Tələblər yerinə yetirilmədən, bütün maddələr razılaşdırılmadan fundamental sülh sazişini imzalamaq mümkün görünmür. Məsələn, yüz maddəlik bir sənəd olsun, tərəflər onun 99 maddəsini razılaşdırsınlar, amma bir əsas maddə razılaşdırılmasın. O zaman sülh sazişi necə imzalana bilər? Biz dəqiq bilmirik ki, razılaşdırılmayan, yaxud Paşinyanın dediyi “qismən razılaşdırılan” həmin üç maddə özündə nələri ehtiva edir. Sadəcə güman etmək olar ki, biri Ermənistan Konstitusiyasındakı maddələrin dəyişdirilməsidir. Bu məsələ razılaşdırılmadan imzalanan saziş nə dərəcədə etibarlı olacaq? Söhbət məhz bundan gedir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcud olduğu halda imzalanan sülh sazişi etibarlı olmayacaq. Yaxud da, tutaq ki, konstitusiya islahatı edilmədən sülh müqaviləsi bağlandı. Axı sonra bu sənəd Ermənistan Parlamentində ratifikasiya olunmalıdır, Konstitusiya Məhkəməsi qərar verməlidir. Sabah Ermənistan Parlamenti sənədi ratifikasiya etmədi. Yaxud da, parlament ratifikasiya etdi, amma Konstitusiya Məhkəməsi təsdiqləmədi. O zaman, bu sazişin əhəmiyyəti olmayacaq. Ona görə də, razılaşdırılan 13 maddəyə əsasən sazişin imzalanması mümkün deyil.
- Bəs razılaşdırılan maddələr əsasında ilkin çərçivə sazişinin imzalanması mümkündürmü?
- Bilirsiniz, razılaşdırılan 13 maddənin paraflanması mümkündür. Amma bu, sülh sazişi deyil. Prinsipcə, bunu çərçivə sənədi saymaq olar. Yəni razılaşdırılan maddələri tərəflər təsdiqləyirlər, qalan məsələlərin isə müzakirəsi davam edir. Hansısa niyyət sənədinin imzalanması mümkün ola bilər. Amma bu, yekun sülh sənədi deyil. Bakı tələbləri yerinə yetirilməyincə sülh sazişi adı altında sənədə imza atmamalıdır və atmayacaq. Çünki Azərbaycana yarımçıq sülh sazişi lazım deyil. Ümumiyyətlə, Azərbaycan əvvəldən də bəyan edib ki, bizim tələblərimiz tam təmin olunmasa, saziş imzalanmayacaq. Ümumiyyətlə, yarımçıq sülh sazişindən xeyir gəlməz.
Bu gün sülh sazişi Azərbaycandan çox Ermənistanın özünə lazımdır. Ermənistan iqtisadiyyatı çökür, sosial vəziyyət ağırlaşır. Ermənistan rəhbərliyi ölkəni dirçəltmək üçün qonşularla münasibətləri normallaşdırmalı, sülh və sabitliyə cəhd göstərməlidir. Amma rəsmi İrəvanın davranışlarında biz bunun şahidi olmuruq. Konstitusiya dəyişikliyini uzadır, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, üstəlik, silahlanmağa davam edir. Hətta bu gün (dünən-red) Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri Ermənistan tərəfindən atəşə tutuldu. Bundan əvvəl də şərti sərhədlərdə təxribatları müşahidə etdik. İndi sual olunur, əgər Ermənistan sülh sazişini imzalamaq istəyirsə, bu təxribatlar niyə törədilir? Hesab edirəm ki, Paşinyanın və Mirzoyanın açıqlamalarında ənənəvi erməni hiyləgərliyi var. Sülh haqqında bəyanat verməklə Ermənistan rəhbərliyi sülhpərvər kimi görünmək istəyir. Rəsmi İrəvan yaxşı bilir ki, Bakının tələbləri yerinə yetməyincə saziş imzalanmayacaq. Ona görə də dünyaya bəyan etmək istəyirlər ki, “bax, Ermənistan sülh sazişi imzalamaq istəyir, amma Azərbaycan istəmir”. Bununla eyni zamanda, Ermənistan zaman qazanmağa çalışır. Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra zaman qazanmağa çalışmaq siyasəti bu gün də davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|