Dövlət qurumu 2 tenderə yekun vurdu – QALİBLƏR, MƏBLƏĞLƏR
Tarix: 8-09-2024, 00:05 |
Çap et
“Əsaslı Tikinti və Təchizat” MMC təmir işləri ilə bağlı 2 tenderə yekun vurub.
Dia-az.İnfo xəbər verir ki, hər 2 tenderin qalibi “Koneks Construction” MMC seçilib.
Qalib şirkət və dövlət qurumu arasında “Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işlərinin satın alınması” tenderi üzrə 213 454 manatlıq müqavilə imzalanıb.
İkinci tender “Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev Mərkəzinin cari təmiri işlərinin satın alınması” şirkətə 177 086 manatlıq sifariş qazandırıb.
Ümumilikdə “Koneks Construction” MMC 390 540 manat qazanacaq.