Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı
Tarix: 7-09-2024, 12:59 |
Çap et
ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Onlar diplomatik səviyyədə gələcək ikitərəfli təmasları müzakirə ediblər və dövlət katibi ABŞ-nin BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukrayna tərəfindən planlaşdırılan tədbirlərə dəstəyini bir daha təsdiqləyib”, - mətbuat xidmətinin rəhbəri bildirib.
Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.
Qeyd edək ki, sentyabrın 5-də Ali Rada eyni vaxtda doqquz yeni nazirin təyinatını təsdiqləyib. Əvvəllər Ukrayna Prezidentinin aparatında işləmiş Andrey Sibiqa xarici işlər naziri postunda Dmitri Kulebanı əvəz edib.