2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur .....                     İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır .....                     "Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." .....                     Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir .....                     Rusiyadan Azərbaycana YENİ KÖÇ... .....                     "Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." .....                     Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar .....                     Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib .....                     Tramp “erməni oyunu”na düşüb .....                     Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi .....                     “Onların Azərbaycanı gözü götürmür” .....                     Siyasi arenada Azərbaycana "uduzan" Qərb... .....                     "ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" .....                     Öz gözündə tiri görməyən Rusiya... .....                     Qonşu ölkə Bakının 30 illik variantına əl atdı .....                     2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? .....                     “İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” .....                     BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq .....                     "Bu aralar qara buludlar ətrafımı bürüyüb" .....                     Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... .....                     İran Ermənistanın mövqeyini tam dəstəkləyir .....                     "Belə davam etsə... .....                     Paşinyan güzəştə getməsə... .....                     Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir .....                     Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər .....                     Ətin qiyməti niyə artır? .....                     Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb .....                     Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? .....                     "Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" .....                     İqtisadi göstəricilər ürəkaçan deyil... .....                     Fransa sülh prosesini pozur .....                     Ali məktəblər distant təhsilə hazırdırmı .....                     “Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində .....                     “LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək .....                     Erməni bloqerdən ETİRAF: .....                     “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” .....                     Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib .....                     "Akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur..." .....                     "İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" .....                     Qanundakı boşluq bu qurumların işinə mane olur .....                 

Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda - İNCƏLƏMƏ
Tarix: 7-09-2024, 11:57 | Çap et
Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda
Rusiya və Ukrayna arasında 2022-ci ilin fevralında müharibə başlayandan Qərb birmənalı olaraq rəsmi Kiyevi dəstəklədiyini bəyan etsə də, öz maraqları naminə Rusiya ilə əlaqələri də tam kəsməyi düşünmür. Bu əlaqələr isə daha çox iqtisadi sahədə davam etdirilir.

Tanınmış iqtisadçı Robin Bruks Qərb ölkələri ilə Rusiya arasında ticarətin davam etdiyini təsdiqləyən yeni faktlar açıqlayıb.

Robin Bruksun bildirdiyinə görə, Qərb ölkələri öz məhsullarının Rusiyaya tədarükünü dörd tranzit ölkə vasitəsilə davam etdirir.

Maraqlıdır ki, Ukrayna ilə müharibə aparan Rusiyaya tədarük edilən mallar arasında hərbi sənaye kompleksində istifadə olunan ikili təyinatlı məhsullar da var.

İqtisadçı yazır ki, Rusiyaya məhsul tədarük etməkdə Almaniya liderdir. Berlin Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Ermənistandan tranzit kimi istifadə edərək Rusiyaya müxtəlif təyinatlı məhsullar göndərir.

ABŞ məhsullarının Rusiyaya tədarükünü, əsasən, Gürcüstan üzərindən həyata keçirir. İtaliya isə marşrut olaraq daha çox Qırğızıstan və Ermənistandan tranzit kimi yararlanır.

Robin Bruks qeyd edir ki, Avropa İttifaqının siyasətçiləri bir şey deyir, lakin başqa şey edirlər.

İqtisadçı əlavə edir ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan Qərbdən, eləcə də digər ölkələrdən Mərkəzi Asiya və Qafqaza məhsul ixracı kəskin artıb. Bu isə həmin məhsulların oradan Rusiyaya daşınmasının əlamətidir.

Göründüyü kimi, bu ölkələr Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı vahid cəbhədə yer alsalar da, öz iqtisadi maraqlarını da yaddan çıxarmırlar.

Digər maraqlı fakt isə odur ki, özünü Moskvadan üz göndərmiş, Qərbə istiqamət götürmüş kimi göstərən Ermənistan da Rusiyaya sanksiyadan kənar ixrac zəncirinin mühüm həlqələrindən birini təşkil edir. Bu fakt Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əhəmiyyətli rol oynadığını bir daha təsdiqləyir.

İqtisadçı Robin Bruks hələ 2023-cü ilin dekabrında yazırdı ki, Ermənistan Rusiyaya sanksiyalardan kənar məhsulların ixracında kömək edir.

“Siz sual verməlisiniz ki, Avropa İttifaqında nə baş verir. Avropa İttifaqı da hesab edir ki, Pitinin Ukraynaya təcavüzü hamı üçün böyük təhlükədir. Lakin diqqət yetirilməli bir çox məqamlar var: Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqından Ermənistana ixrac 200% artıb. Bu məhsullar Rusiyaya gedir, Putinə kömək edir”, - deyə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) sabiq baş iqtisadçısı Robin Bruks qeyd edirdi.

Robin Bruksun apardığı təhlillərdən aydın olurdu ki, Ukraynada müharibə başlayandan sonra - 2022-ci ilin martından etibarən Avropa İttifaqı ölkələrindən Ermənistana ixracın həcmi 4-5 dəfə artıb. Bundan başqa, Rusiyanın müttəfiqlərindən olan Çindən də Ermənistana məhsul ixracında iki dəfə artım qeydə alınıb.

Avropa ölkələrinin Rusiya ilə ticarət əlaqələrini davam etdirdiyi təsdiqləyən növbəti faktlar isə 2024-cü ilin fevralında elə Qərb mətbuatında əksini tapmışdı. Həmin vaxt “Sky News“un analitikləri Britaniya şirkətlərinin məhsullarının Rusiyaya neçə çatdırıldığını araşdırmışdı.

Araşdırmalardan məlum olurdu ki, Böyük Britaniyadan Qırğızıstan, Özbəkistan və Ermənistana pilotsuz uçuş aparatları üçün avadanlıqlar, ağır texnika və digər məhsullar göndərilir.

Qırğızıstana ixracda 1100% artım qeydə alınıb. Təhlillər isə göstərir ki, həmin məhsullar ordan Rusiyaya göndərilir.

Analitiklər müəyyən etmişdilər ki, digər Avropa ölkələri, ilk növbədə isə Almaniya və Polşa da Qafqaz və Mərkəzi Asiya ölkələri üzərindən Rusiyaya böyük həcmdə avadanlıqlar göndərir.

Qafqaz ölkələri arasında məhz Ermənistanın Rusiyanın sanksiyadan kənarda qalmasında əhəmiyyətli rola malik olduğunu əminliklə söyləmək olar. Təsadüfi deyil ki, Rusiya ilə Ermənistana arasında ticarət dövriyyəsi Ukrayna ilə müharibədən sonra kəskin şəkildə artıb. Bu dövriyyənin məhz Qərb ölkələrindən ixrac olunan məhsulların Rusiyaya göndərilməsi hesabına baş verdiyi şübhəsizdir.

Faktlar da bunu bir daha sübut edir. Son iki ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 5 dəfə artaraq, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Maraqlıdır, Moskva ilə siyasi ixtilaf vəziyyətində olan Ermənistan nəyin hesabına Rusiyaya ixracını bu qədər artıra bilib? Əlbəttə ki, Rusiyanı sanksiyadan kənarda saxlamaq üçün Qərbdən və digər ölkələrdən göndərilən məhsulları tranzit ölkə kimi ixrac etməklə...

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi son bir ildə təxminən 17 faiz artaraq, 4 milyard 300 dollar olub. İqtisadçılar bunu sabit artım hesab edirlər.

Maraqlıdır ki, ABŞ və Rusiya ilə faktiki müharibə vəziyyətində olan Avropa ölkələri Rusiyanın sanksiyadan kənarda qalmasında mühüm rol oynayan Ermənistana qarşı heç bir tədbir görmürlər, buna göz yumurlar. Yəqin həm də ona görə ki, özləri də bu ssenarinin bir parçasıdırlar.

APA Analytics









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur - AKTUAL
Bu gün, 14:36
İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır – Bakı və İrəvan…
Bu gün, 14:28
"Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." - VİDEO
Bu gün, 13:45
Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir - "Euronews"
Bu gün, 13:34
Rusiyadan Azərbaycana YENİ KÖÇ... NƏ QƏDƏR REALDIR?
Bu gün, 13:27
"Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." - deputat
Bu gün, 13:23
Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar
Bu gün, 13:19
Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
Bu gün, 13:15
Tramp “erməni oyunu”na düşüb - KİV
Bu gün, 11:57
Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi
Bu gün, 11:53
“Onların Azərbaycanı gözü götürmür” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:41
Siyasi arenada Azərbaycana "uduzan" Qərb... - virtual aləmdə yeni təzyiq metodları sınayır
Bu gün, 09:27
"ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" - Oqtay Qasımov
Bu gün, 09:17
Öz gözündə tiri görməyən Rusiya... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
Qonşu ölkə Bakının 30 illik variantına əl atdı - Qafqazda tarixi qərar
Bu gün, 09:10
2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? - AKTUAL
Bu gün, 01:15
“İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” - Ağ Ev
Bu gün, 01:06
BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq - Lavrov
Bu gün, 01:03
"Bu aralar qara buludlar ətrafımı bürüyüb"
Bu gün, 00:59
Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... - Rusiyalı nazir elə sərt açıqlama verdi ki...
Bu gün, 00:55
İran Ermənistanın mövqeyini tam dəstəkləyir - FAKT BUDUR!
Bu gün, 00:51
"Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
Bu gün, 00:48
Paşinyan güzəştə getməsə... - İNCƏLƏMƏ
Bu gün, 00:45
Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:43
Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər
Bu gün, 00:38
Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Bu gün, 00:15
Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb - Süni intellektdən TƏBİİ İNCƏLƏMƏ
Bu gün, 00:13
Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? – Alimpaşanın həbs müddəti və əmlakları...
Bu gün, 00:08
"Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" - ETİRAZ
Dünən, 19:02
İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
Dünən, 19:00
Fransa sülh prosesini pozur - FAKT BUDUR!
Dünən, 15:12
Ali məktəblər distant təhsilə hazırdırmı – İnternet kəsildi, planşet yoxdur, işıq sönüb…
Dünən, 15:05
“Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?
Dünən, 15:00
“LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Dünən, 14:58
Erməni bloqerdən ETİRAF: - “Mina terrorunun günahkarları İrəvandadır”
Dünən, 14:00
“Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” - Azad İsazadə
Dünən, 13:28
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib - FOTO
Dünən, 13:22
"Akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur..." - ETİRAZ
Dünən, 13:19
"İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb
Dünən, 13:09
Qanundakı boşluq bu qurumların işinə mane olur - deputat
Dünən, 13:03
Oğuzları qoyub lap məsxərəyə... - Kamal Abdullaya xitabən...
Dünən, 12:59
"Cahan AVM" bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir
Dünən, 12:45
"Qismət olsa, yeni layihələrdə görüşəcəyik"
Dünən, 12:42
"Bu, böhtan və cəfəngiyyatdır, soruşun xəbəri varmı..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Dünən, 12:33
“Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi - FOTO
Dünən, 12:28
Bu halda əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir? - Ekspert danışır...
Dünən, 12:26
ABB sədrinin adından hərraclar təşkil edən işçisi həbs edildi - Bankın puluna inək alıb
Dünən, 12:23
"Tehran unutmasın ki, İranda 35 milyon soydaşımız yaşayır" - REAKSİYA
Dünən, 12:07
Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər İNKİŞAF EDƏCƏK - rəsmi KİYEV
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru