Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... - RƏYLƏR
Tarix: 7-09-2024, 10:52 | Çap et
Xəbər verdiyimiz kimi, Azərbaycanın baş prokuroru Kamran Əliyev Qarabağdakı separatçı rejimin cinayətkar hərbi-siyasi liderlərinə qarşı ibtidai istintaqın başa çatdığını açıqlayıb. Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan baş prokuror bu barədə News.ru-ya açıqlamasında onu da bildirib ki, yaxın vaxtlarda işlər məhkəməyə veriləcək.
Bəs məhkəmə açıq, yoxsa qapalı keçiriləcək? Xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edə biləcəkmi? Hansı halda məhkəmənin qapalı keçirilməsinə qərar verilə bilər? Məhkəməyə böyük maraq olarsa, daha böyük zalda (başqa ünvanda) keçirilməsi mümkünmü? Nəhayət, məhkəmə ərəfəsi Azərbaycana hansısa təzyiqlər ola bilərmi?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, separatçıların Azərbaycan tərəfindən həbs edilməsi, mühakimə edilməsi tam qanunidir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və qanunlara tam uyğundur:
“Bu gün Ermənistanın özündə belə separatçıların həbsini və mühakimə olunmasını düzgün addım kimi qiymətləndirənlər çoxluqdadır. Ermənistan cəmiyyətinin əksəriyyəti başa düşür ki, Azərbaycan antiterror əməliyyatı keçirib bu hərbi cinayətkar dəstəsini həbs etməklə həm də onların canını qurtarmış oldu. Separatçılar Ermənistan üçün də təhlükə mənbəyi idi. Ermənistana keçsəydilər, bu gün orada xaos hökm sürürdü, Ermənistan qarışmışdı. Bu baxımdan ermənilər Qarabağda toplaşmış separatçıların qandallanmasına və məsuliyyətə cəlb olunmasına görə Azərbaycana təşəkkür etməlidirlər. Bu gün Ermənistanda küçələrdə, meydanlarda hakimiyyətə meydan oxuyan, mitinqlər keçirən, hətta Paşinyanı aradan götürmək çağırışları edən başıpozuq dəstənin sıralarında Qarabağdan qaçmış cinayətkar separatçılar ön sıralarda gözə çarpır. Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və Bakıda istintaq təcridxanasında saxlanan digər qatil ermənilər əgər həbs olunmasaydılar, bu gün İrəvəndakı mitinqlərin əsas təşkilatçıları sırasında yer alacaqdılar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə deyib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfəri zamanı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Xocalıda, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda əli azərbaycanlıların qanına batmış bütün canilər Azərbaycan ədalət mühakiməsinə təhvil veriləcək və onlar əməllərinə müvafiq olaraq ən sərt şəkildə cəzalanacaqlar.
Deputat deyib ki, Azərbaycan hərbi cinayətlərə hüquqi qiymətin verildiyini bir daha sübut edir:
“Böyük Zəfərimizdən və möhtərəm Prezidentin bəyanatlarından 3 il keçməmiş antiterror tədbirlərindəki qələbəsindən sonra Azərbaycan əli soydaşlarımızın qanına batmış separatçı rejimin ”lider"lərini yaxalayaraq aidiyyəti cinayət təqibi orqanlarına təhvil verməklə bu regionda heç bir cinayətin, o cümlədən hərbi cinayətlərin cəzasız qalmayacağını dünyaya göstərmiş oldu. Ötən dövr ərzində əsaslı şübhələrə istinad edərək saxlanılıb aidiyyəti orqanlara təhvil verilən separatçıların “lider”lərinin özlərinin etirafları və cinayətin əlamətlərini əks etdirən əməlləri törətmələrinə dair çoxsaylı təkzibedilməz dəlillərin olmasına baxmayaraq Azərbaycan Respublikasının cinayət təqibi orqanları bir daha həmin əməllərin cinayət olub-olmadığı, həmin şəxslərin isə törədilmiş əməllərə aidiyyətinin olub-olmadığını tam hərtərəfli araşdıraraq konkret qənaətlərə gəlmişlər. O cümlədən də Vardanyanla bağlı ibtidai istintaq yekunlaşaraq araşdırmalara məhkəmə istintaqı çərçivəsində davam ediləcək".
Bəhruz Məhərrəmov xüsusilə qeyd edib ki, hərbi cinayətkarların mühakimə prosesi ədalətin təntənəsi kimi tarixə düşəcək:
“Azərbaycan Respublikası insan hüquqları anlayışına universal meyar kimi yanaşır və kimliyindən asılı olmayaraq hər kəsə münasibətdə cinayət təqibi bərabər əsaslarla və ayrı-seçkiliyə yol verilmədən, qanunçuluq rəhbər tutulmaqla ədalətli formada həyata keçirilir. Bu mənada, separatçıların mühakiməsi Azərbaycan Respublikasının qüdrətinin, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə münasibətdə dövlət başçımızın barışmaz qətiyyətinin, habelə bütövlükdə regionda sülhə, sabitliyə, təhlükəsizliyə təhdid yaradan ünsürlərlə mübarizədə ölkəmizin mövqeyinin inikası olmaqla bərabər, həm də hüququn, ədalətin təntənəsi kimi tarixə düşəcək”.
Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur - AKTUAL
Bu gün, 14:36 |
|
|
|
• İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır – Bakı və İrəvan…
Bu gün, 14:28 |
|
|
|
• "Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." - VİDEO
Bu gün, 13:45 |
|
|
|
• Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir - "Euronews"
Bu gün, 13:34 |
|
|
|
• Rusiyadan Azərbaycana YENİ KÖÇ... NƏ QƏDƏR REALDIR?
Bu gün, 13:27 |
|
|
|
• "Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." - deputat
Bu gün, 13:23 |
|
|
|
• Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar
Bu gün, 13:19 |
|
|
|
• Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
Bu gün, 13:15 |
|
|
|
• Tramp “erməni oyunu”na düşüb - KİV
Bu gün, 11:57 |
|
|
|
• Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi
Bu gün, 11:53 |
|
|
|
• “Onların Azərbaycanı gözü götürmür” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:41 |
|
|
|
• Siyasi arenada Azərbaycana "uduzan" Qərb... - virtual aləmdə yeni təzyiq metodları sınayır
Bu gün, 09:27 |
|
|
|
• "ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" - Oqtay Qasımov
Bu gün, 09:17 |
|
|
|
• Öz gözündə tiri görməyən Rusiya... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14 |
|
|
|
• Qonşu ölkə Bakının 30 illik variantına əl atdı - Qafqazda tarixi qərar
Bu gün, 09:10 |
|
|
|
• 2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? - AKTUAL
Bu gün, 01:15 |
|
|
|
• “İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” - Ağ Ev
Bu gün, 01:06 |
|
|
|
• BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq - Lavrov
Bu gün, 01:03 |
|
|
|
• "Bu aralar qara buludlar ətrafımı bürüyüb"
Bu gün, 00:59 |
|
|
|
• Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... - Rusiyalı nazir elə sərt açıqlama verdi ki...
Bu gün, 00:55 |
|
|
|
• İran Ermənistanın mövqeyini tam dəstəkləyir - FAKT BUDUR!
Bu gün, 00:51 |
|
|
|
• "Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
Bu gün, 00:48 |
|
|
|
• Paşinyan güzəştə getməsə... - İNCƏLƏMƏ
Bu gün, 00:45 |
|
|
|
• Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:43 |
|
|
|
• Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər
Bu gün, 00:38 |
|
|
|
• Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Bu gün, 00:15 |
|
|
|
• Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb - Süni intellektdən TƏBİİ İNCƏLƏMƏ
Bu gün, 00:13 |
|
|
|
• Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? – Alimpaşanın həbs müddəti və əmlakları...
Bu gün, 00:08 |
|
|
|
• "Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" - ETİRAZ
Dünən, 19:02 |
|
|
|
• İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
Dünən, 19:00 |
|
|
|
• Fransa sülh prosesini pozur - FAKT BUDUR!
Dünən, 15:12 |
|
|
|
• Ali məktəblər distant təhsilə hazırdırmı – İnternet kəsildi, planşet yoxdur, işıq sönüb…
Dünən, 15:05 |
|
|
|
• “Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?
Dünən, 15:00 |
|
|
|
• “LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• Erməni bloqerdən ETİRAF: - “Mina terrorunun günahkarları İrəvandadır”
Dünən, 14:00 |
|
|
|
• “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” - Azad İsazadə
Dünən, 13:28 |
|
|
|
• Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib - FOTO
Dünən, 13:22 |
|
|
|
• "Akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur..." - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• "İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb
Dünən, 13:09 |
|
|
|
• Qanundakı boşluq bu qurumların işinə mane olur - deputat
Dünən, 13:03 |
|
|
|
• Oğuzları qoyub lap məsxərəyə... - Kamal Abdullaya xitabən...
Dünən, 12:59 |
|
|
|
• "Cahan AVM" bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir
Dünən, 12:45 |
|
|
|
• "Qismət olsa, yeni layihələrdə görüşəcəyik"
Dünən, 12:42 |
|
|
|
• "Bu, böhtan və cəfəngiyyatdır, soruşun xəbəri varmı..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• “Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Dünən, 12:33 |
|
|
|
• “Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi - FOTO
Dünən, 12:28 |
|
|
|
• Bu halda əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir? - Ekspert danışır...
Dünən, 12:26 |
|
|
|
• ABB sədrinin adından hərraclar təşkil edən işçisi həbs edildi - Bankın puluna inək alıb
Dünən, 12:23 |
|
|
|
• "Tehran unutmasın ki, İranda 35 milyon soydaşımız yaşayır" - REAKSİYA
Dünən, 12:07 |
|
|
|
• Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər İNKİŞAF EDƏCƏK - rəsmi KİYEV
Dünən, 12:06 |
|
|
|
|