Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib. 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi "İsa bulağı" istirahət kompleksində təşkil olunub. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bu xoş günlə bağlı təəssüratını Baku TV-yə bölüşüb: "Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram". Ətraflı süjetdə: