Naxçıvanda Təhsil Nazirliyinin “qisas əməliyyatı” - qanunsuz əməllərini ifşa edən müəllimə qarşı İDDİA
Tarix: 7-09-2024, 09:10 |
Çap et
"Bu ilin may ayında Naxçıvanda müəllimlərin etiraz aksiyası olmuşdu. Müəllimlər bölünən dərslərin birləşdirilməsi ilə maaşlarının yarıbayarı azaldılmasına etiraz edirdilər.
Aksiyada fəal iştirak edən Naxçıvan şəhər 1 saylı məktəbinin fiziki tərbiyyə müəlliməsi Səriyyə Qəmbərova hazırda Naxçıvan MR Təhsil Nazirliyinin təzyiqləri ilə üzləşdiyini bildirir". Dia-az.İnfo xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Jurnalist daha sonra əlavə edir: "Onun dediklərinə görə, aksiyadan sonra 30 saatlıq dərsləri 6 saata endirilib. Müəlliməyə qarşı “qısas əməliyyatı” bununla da bitməyib. Səriyyə xanımı tamamilə məktəbdən uzaqlaşdırmaq istəyirlər.
Müəllimənin iddialarına görə, ona hər ay maaşından 90 manat artıq pul yazılır və daha sonra həmin pul ondan alınırmış. Səriyyə xanım iddialarını təsdiq etmək üçün hər ay məktəb direktorunun bankomatına göndərdiyi pulun qəbzlərini də bizə təqdim edəcəyinə söz verib.
Səriyyə müəllimə Naxçıvan MR Təhsil Nazirliyindəki qanunsuzluqları ifşa etdiyi üçün həyatının təhlükədə olduğuna inanır. Ümidvaram ki, müvafiq dairələr bu iddiaları ciddi araşdıracaq və müəlliməyə lazımi köməkliklər göstəriləcək".
Mövzunu diqqətdə saxlayacağıq...
Müəllimin müraciəti BURADADIR...