COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

Moskva və Bakının Zəngəzur planı nə? - İrəvanda panika
Tarix: 23-08-2024, 09:43 | Çap et
Moskva və Bakının Zəngəzur planı nə?
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda “Birinci kanal”a müsahibəsində “Ermənistan rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir” bəyanatı İrəvanı ciddi narahat edib.

“Rusiya olaraq sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyə Lavrov qeyd edib

Ermənistan Xarici İşlər Nazirliyinin katibi Ani Badalyan deyib ki, bu bəyanat Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində Rusiyanın konstruktiv iştirakını şübhə altına alır.

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərinin Ermənistanla bağlı həqiqətə uyğun olmayan, açıq-aşkar qərəzli, çox vaxt hörmətsiz şərhləri yeni deyil və biz bunlara reaksiya vermirik. Bununla belə, qeyd etməyə bilmərik ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatı nəinki açıq-aşkar təəssüf doğurur, həm də Rusiya Federasiyasının münasibətlərin normallaşması prosesində konstruktiv iştirakını şübhə altına alır. Ermənistanla Azərbaycan arasında bir vaxtlar vasitəçi rolunu üzərinə götürmüş, 2020-ci il 9 noyabr tarixli bəyanatı imzalayan və bunun əsasında sülhməramlı qüvvələrini regiona yerləşdirən ölkənin xarici işlər naziri bunu görməyə bilməz. Sənəddə imzasının olmasına, bu bəyanatda nəzərdə tutulmuş proseslərdə Rusiyanın iştirakı və məsuliyyətinə baxmayaraq, bu bəyanatda pozulmayan əsas məqam yoxdur. Biz həmçinin hesab edirik ki, Rusiyanın xarici işlər naziri yaxşı bilir ki, açıq sənədlərdən başqa, Ermənistan heç bir başqa sazişin tərəfi deyil və buna görə də onları sabotaj edə bilməz. Ermənistan hökumətinin təqdim etdiyi ”Sülh kəsişməsi" artıq beynəlxalq aləmdə geniş tanınıb və bir neçə dəfə Rusiya Federasiyasının rəsmilərinə də təqdim edilib. Biz təsdiq edirik ki, bu layihə çərçivəsində regional kommunikasiyaların açılması istənilən vaxt baş verə bilər. “Sülh kəsişməsi” layihəsi bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən müsbət cavab alıb və biz Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı onun həyata keçirilməsini sabotaj etməməyə və Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini pozmamağa çağırırıq". Ani Badalyan qeyd edib ki, İrəvan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək.

Yada salaq ki, Nikol Paşinyan ötən ilin oktyabrıtda Tiflisdə keçirilən “İpək Yolu” forumunda çıxışı zamanı “Sülh kəsişməsi” layihəsini ortaya atıb. Təhlilçilərin fikrincə, “Sülh kəsişməsi” və ya əsl adı ilə “erməni qovşağı” layihəsinə gəldikdə isə çeynənmiş fikirlər, kopyalanmış ideyalar və oğurluq prinsiplərlə zəngindir. Birincisi, təklif edilən layihə Azərbaycan, Gürcüstan, Türkiyə və İran arasında uzun müddətdir ki, reallaşıb. Onsuz da Azərbaycan, Gürcüstan, Türkiyə və İran Ermənistanın iştirakı olmadan yeni meqa layihələri müzakirə edir, dəniz yolu və dəmir yolu, digər nəqliyyat infrastrukturlarını ehtiva edən məsələlər barədə razılığa gəliblər və gəlirlər.

Lavrovun sərt bəyanatından qorxuya düşən Ermənistan rəhbərliyi niyə yenidən Paşinyanın utopik layihəsini ortaya atıb? İrəvan Lavrovun bəyanatını Zəngəzur dəhlizinin silah gücünə açılması kimimi başa düşür?

Siyasi təhlilçi Sona Əliyeva bütün hallarda Qərbin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu qeyd etdi: “Hazırda Zəngəzur dəhlizi Azərbaycandan daha çox Rusiyaya lazımdır. Çünki Qərbin Kremlə qarşı siyasi və iqtisadi sanksiyalarının miqyası genişləndikcə Moskva bu dəhlizin imkanlarından daha çox yararlanmaq istəyir. Bunu Ermənistanda və Qərbdə də çox yaxşı başa düşürlər. Ona görə də Qərb hazırda hər vəchlə bu dəhlizin açılmasına qarşıdır. Çox güman ki, Rusiya prezidentinin Bakıya səfəri çərçivəsində də bu məsələ ölkə başçıları arasında bir daha nəzərdən keçirilib. Zəngəzur dəhlizinin bu il ərzində açılması Ermənistan üçün son şans ola bilər. Əgər İrəvan bu dəhlizin açılmasına geridə qalan 4-5 ay ərzində razılıq verməsə, o zaman Kreml İrəvanda hakimiyyət dəyişikliyi üçün bütün gücünü səfərbər edəcək. Azərbaycanın hərbi yolla Zəngəzur dəhlizinə ”yaşıl işıq" yandırması məsələsi heç vaxt gündəmdə olmayıb. Bunu işğalçı ölkədə də, Qərbdə də yaxşı anlayırlar. Üstəlik, Azərbaycan bir çox marşrutların əsas donoru və istifadəçisidir. Yəni, Bakı üçün Zəngəzur dəhlizinin bir neçə aparıcı alternativi mövcuddur. Rusiya isə belə imkanlardan mərhumdur. Sergey Lavrovun son açıqlaması Kremlin İrəvana qarşı son xəbərdarlığı kimi başa düşülməlidir. Əgər İrəvan Moskvanın qırmızı xəttini keçərsə, o zaman heç Birləşmiş Ştatlar da İrəvanı xilas edə bilməyəcək. Onu da xüsusi vurğulamaq lazımdır ki, Nikol Vovayeviçin “erməni qovşağı və sülh kəsişməsi” layihəsi “ölü” doğuldu. Çünki bölgənin əksər dövlətləri, başda İran və Gürcüstan bu projeyə qarşıdır. Qonşuların razılığı olmadan Ermənistan kimi iqtisadiyyatı dalana dirənmiş bir ölkə heç nə edə bilməyəcək. Zəngəzur dəhlizinin qapalı qalması həm də İrəvanı iqtisadi burulğana sürükləyir. Görünən odur ki, 2024-cü ilin payız-qış kampaniyası İrəvan üçün Moskvanın təzyiqləri fonunda keçəcək. Hətta Paşinyana sui-qəsd və onun fiziki məhvi də reallaşa bilər. Kreml üçün başlıca amil düşdüyü durumdan çıxmaqdır. Rusiya hazırda etibarlı və inamlı marşrutla öz məhsullarını İran və Türkiyə bazarlarına çıxarmaq istəyir. Soros və onların İrəvandakı tör-töküntüləri isə buna maneə yaratmağa çalışır. Düşünürəm ki, Rusiya istənilən vaxt Gümrüdəki 102-ci bazanın hərbi kontingentini İrəvanın küçələrinə yeridə bilər".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Amerika və Fransanın regionumuzda iştirakının simvolik olduğuna işarə etdi: “Azərbaycan bilir ki, regional probemləri inşaAllah elə regional güclərin vasitəsilə həll etmək lazımdır. Heç kim 2000-3000 km-dən və ya daha uzaqdan problemləri nizamlayacaq deyil. Bunun üçün gərək regionda bütün güclə hərbi iştirakın olsun. Hərbi güc diplomatiyanın arxasıdır. Necə ki, kağız pulun arxası ya qiymətli metallardır, ya da neft-qazdır. Bölgəni, yəni Cənubi Qafqazı əhatə edən böyük hərbi güclər kimdir. Rusiya, Türkiyə, İran. Amerika ən yaxşı halda Yaxın Şərqdədir. Birbaşa regiona hərbi təması yoxdur. Ermənistanda hazırda olan Amerikanın hərbi iştirakı regionda simvolikdir. Fransa uzaqdadır. Onun da bölgədə hərbi iştirakı simvolikdir. Hələ ki, bu belədir. Azərbaycan Rusiya ilə tərəfdaş-müttəfiq ziqzaqında işləyir. Türkiyə ilə müttəfiqdir. İranla təməldə normallaşmadadır. İndi baxaq Ermənistana. Rusiya ilə mehriban ”düşməndir". Türkiyə ilə münasibətlərdə iddiasından hələ əl çəkməyib. İranla dost görünsə də, sərin küləklər artıq bir az əsib. Ermənistanın Qərb meylini artıq balans etmək istəyən Paşinyan da dayandıra bilmir.".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru