COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

Çovdarovun Xızıdakı bağ evi hərraca çıxarılır - İLGİNC DETALLAR
Tarix: 23-08-2024, 09:22 | Çap et
Çovdarovun Xızıdakı bağ evi hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 20-də hərrac keçirəcək. Hərraca xüsusi müsadirə edilmiş əmlaklar çıxarılacaq. Hərracda start qiyməti 216 min - 1 milyon 213 min 657 manat aralığında dəyişir. 20 sentyabr 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısında “Jurnalistlər binası”nda müsadirə olunan obyekt 1 milyon 2 min manata satışa çıxarılır. Sözügedən qeyri-yaşayış sahəsi Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 (yaşayış binasının 1-ci mərtəbəsi) ünvanında yerləşir.

676 kvadrat metrə malik olan obyekt bir neçə dəfə hərraca çıxarılsa da, alıcı tapılmayıb. Maraqlıdır ki, bu əmlakın müsadirə olunması ilə bağlı məlumatlar yoxdur. Əgər söhbət KİVDF-nin həbsdəki sabiq sədri Vüqar Səfərlinin əmlaklarından gedirsə, onun müsadirə olunan əmlakları siyahısında bu ünvan haqda heç bir bilgiyə rast gəlinmir.

Bundan başqa, baş tutacaq hərraca Xızı rayonunun Qızılqazma kəndində əmlak da çıxarılır. Həmin kənddə Akif Çovdarovun 2 hektar torpaq sahəsi vardı və müsadirə edilmişdi. Ümumiyyətlə isə Akif Çovdarov 2015-ci ilin sonunda həbs olunanda onun özü və yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri istintaq dövründə 32 milyon 256 min manat qiymətləndirilmişdi. Bakı Hərbi Məhkəməsində Çovdarova hökm oxunub, 12 il həbs cəzası veriləndə bu əmlakların əksər hissəsinin müsadirə olunmasına qərar verilsə də, bir hissəsinin əlindən alınması məqsədəuyğun sayılmadı. Onların arasında Akif Çovdarovun Badamdar qəsəbəsindəki villaları da vardı. Bundan başqa, Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki evlər vardı ki, Çovdarov həmin evlərin çoxdan satıldığını, hazırda o evlərdə yaşayanların bu məsələlərə heç bir aidiyyəti olmadıqlarını bildirirdi.

Çovdarov heç cəzasının yarısını çəkmədən - 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Akif Çovdarov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. Sonuncu dəfə - o, həbsdən buraxılandan sonra Ali Məhkəmədə işə baxılanda mülklərin müsadirəsi hissəsində apelyasiya məhkəməsinin qərarı ləğv edilmiş, bu hissədə iş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdı. 2022-ci ilin iyunundan apelyasiya instansiyasında Habil Məmmədovun sədrliyilə, İlqar Murquzov və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası Çovdarovun mülklərilə bağlı məsələni yenidən araşdırırdı. Adları çəkilən hakimlər 2022-ci il dekabrın 28-də bu məsələ ilə bağlı yekun qərar verib və belə nəticəyə gəlib ki, onun yaxınlarının adına olan və müsadirə olunmuş mülklərin hamısı geri qaytarılmalıdır. Söhbət aşağıdakı mülklərdən gedir:

- Bakı şəhəri, “8-ci kilometr bazarı” adlanan ticarət mərkəzinin səhmlərinin yarısı - 8.1 milyon manat;

- Biləcəri qəsəbəsində 560 kv.metr torpaq sahəsi - 95 min manat;

- Biləcəri qəsəbəsində 0,06 hektar torpaq sahəsi - 300 min manat;

- Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 5 ünvanında 250 kv.metr qeyri-yaşayış sahəsi - 231 min 500 manat;

- Xətai rayonu, Məhəmməd Hadi küçəsində mənzil - 125 min manat;

- Nəsimi rayonu, Bülbül prospektində mənzil - 483 min manat;

- Novxanı qəsəbəsində torpaq sahələri - 86 min manat və 71 min manat;

- Novxanı qəsəbəsində bağ evi - 800 min manat;

- Novxanı qəsəbəsində bağ evi - 700 min manat;

- Saray kəndində torpaq sahələri - 60 min manat, 203 min manat, 59 min 500 manat;

- Qəbələ rayonu Nohurqışlaq kəndində torpaq sahələri - hər biri 15 min manat;

- Şamaxı rayonu Nağaraxana kəndində torpaq sahələri və tikililər - ümumilikdə 4 milyon 310 min manat;

- Kürdəmir rayonunun müxtəlif kəndlərində torpaq sahələri və təsərrüfatlar - 640 min manat;

- Kürdəmir şəhərində “Ərşəli yeri” adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolu - 208 min manat;

- Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində yerləşən qarajlar - 96 min manat;

- Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsində 4941 kv.metrlik 6 mərtəbəli bina - 3 milyon 178 min manat;

- Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində 7 mərtəbəli qeyri-yaşayış binası - 4 milyon 500 min manat.

- Xızı rayonu, Qızılqazma kəndində 2 hektar torpaq sahəsi - 400 min manat;

Bu əmlakların Akif Çovdarova geri qaytarılması barədə qərardan kassasiya protesti verildi və Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə protesti təmin edildi. Əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apelyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv olundu.

Hələ 2017-ci ildə Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: “Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətinin sərəncamı əsasında verilib...”

Lakin cinayət işinin materiallarında bu əmlakların bir qisminin cinayət yoluyla əldə olunmasına dair konkret ifadələr var. Məsələn, “8-ci kilometr bazarı”. Bununla əlaqədar hətta Akif Çovdarova ittiham da verilib. Cinayət işinin materiallarında göstərilib ki, bu bazar Səfərov qardaşlarından zorla alınıb. Qardaşların payının 50 faizi Akif Çovdarovun qızı Aida Qasımova, qalan yarısı da o dövrdə Milli Təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib. Hətta Səfərov qardaşları da buna görə Çovdarovun işi üzrə zərərçəkmiş qismində tanınıb. Buna baxmayaraq, apelyasiya məhkəməsi Aida Qasımovanın adına olan payları ona geri qaytarmaq barədə qərar qəbul edib. Akif Çovdarov hələ həbsindən illər öncə zaman-zaman medianın diqqətini çəkib. Onun adı tez-tez qalmaqallı hadisələrdə hallanıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində nazirlikdə 20-dən çox vəzifəli şəxs, o cümlədən 5 general həbs olundu ki, onlardan biri də Akif Çovdarov idi. O, hədə-qorxu ilə tələb etmə, hakimiyyətdən sui-istifadə etmə, mənimsəmə, qanunsuz azadlıqdan məhrum etmə və başqa əməllərdə ittiham olunurdu. Cinayət işinin materiallarında iddia olunurdu ki, o, iş adamlarını, maddi durumu yaxşı olan şəxsləri MTN-ə gətirdərək, onları təhqir edib, zorakılıq edib, döydürüb, onların özlərindən, yaxınlarından külli miqdarda pul, əmlak alandan sonra buraxıb. Lakin Akif Çovdarov bu ittihamların heç birini qəbul etmir, zərərçəkmiş qismində tanınan şəxsləri günahlandırırdı. İddia edirdi ki, onların heç biri MTN-ə əsassız çağırılmayıb.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru