Bakıda qadınların yaşadığı evə BASQIN - TƏFƏRRÜAT
Tarix: 17-08-2024, 11:28 |
Çap et
Bakıda evə basqın edilib.
Bu barədə Dia-az.İnfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub:
"Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar".