Əsas Səhifə > Güney Press > Bakıda qadınların yaşadığı evə BASQIN

Bakıda qadınların yaşadığı evə BASQIN


17-08-2024, 11:28
Bakıda qadınların yaşadığı evə BASQIN
Bakıda evə basqın edilib.

Bu barədə Dia-az.İnfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub:

"Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar".

Geri qayıt