Siyəzənin baş müstəntiqi Şabranda yeni vəzifəyə TƏYİN EDİLDİ - ƏMR
Tarix: 5-08-2024, 12:29 |
Çap et
Siyəzən rayon polis şöbəsinin baş müstəntiqi, polis kapitanı Mərifət Zeynal oğlu Ağazadə yeni vəzifəyə təyinat alıb.
Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Belə ki, Mərifət Ağazadə Şabran rayon polis şöbəsinin istintaq bölməsinin rəisi təyin edilib.