Nehrəmli fermerləri ORDUBADA BURAXMIRLAR... - VİDEO
Tarix: 26-07-2024, 12:52 |
Çap et
Babək rayon Nehrəm qəsəbəsindən olan bir qrup fermerin ticarət məqsədi ilə Ordubad şəhərinə girişi qadağan olunub.
Yetişdirdikləri bostan məhsullarını burada satmaq istəyən fermerlər „Gündəlik Naxçıvan“a bildirirlər ki, bu qadağa yerli icra hakimiyyətindən gəlib. Fermerlərə məhsullarını şəhər kənarında satmaq məsləhət görülüb. Burada isə müştəri olmadığından, tonlarla məhsul məhv olmaq təhlükəsi ilə üzləşib.
Gündəlik Naxçıvan
VİDEOYA baxmaq üçün bura tıklayın...