Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir .....                     Bu dövlət qurumları ləğv edilir .....                     Baş nazirin çin olmayacaq arzuları .....                     Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür .....                     Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə .....                     Cəbrayılda 93 evin tikintisi 15 milyona .....                     Milyardla dollara amnistiya gəlir? .....                     Azərbaycan-Ermənistan danışıqları: .....                     Azərbycanda şirkət müflis olduğunu elan etdi .....                     Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. .....                     Azərbaycan Avropa Şurasına .....                     "Suriyada yeni humanitar böhran baş qaldırır" .....                     Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi .....                     İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır .....                     Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? .....                     Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir .....                     Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə .....                     Azərbaycanda Tiktok bağlanır? .....                     40-dan çox avtoriteti öldürən “qanuni oğru” .....                     Generalın azadlıq istəyi yenə rədd edildi .....                     Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu .....                     İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: .....                     Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar .....                     Eks-deputat Paşinyana qarşı .....                     Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb .....                     Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: .....                     Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib .....                     HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir .....                     Məmnuniyyətlə Antarktidaya səfər edərdim .....                     Dövlət Su Ehtiyatları Agentliyi üçün .....                     "Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm" .....                     COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin .....                     Tanınmış telejurnalistin Azərbaycandan çıxışına QADAĞA .....                     Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib .....                     Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı .....                     "Rusiya ilə toqquşmaq istəməyən Qərb... .....                     "Bizə bildirdilər ki, büdcədə pul yoxdur" .....                     İldə 50-60 min tələbə univeristeti bitirir, təyinat isə yoxdur... .....                     Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib .....                     DİN-də MÜHÜM TOPLANTI .....                 

"Donald Trampın prezident seçilməsi ehtimalı artdıqca Ziya Məmmədova yaxın şəxslər fəallaşa bilər" - QƏNAƏT
Tarix: 26-07-2024, 11:06 | Çap et
"Donald Trampın prezident seçilməsi ehtimalı artdıqca Ziya Məmmədova yaxın şəxslər fəallaşa bilər"
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov ətrafında proses davam edir. Milli Məclisin II, III və IV çağırış deputatı olan E. Məmmədov 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olduğunu açıqlamışdı. Sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir.

Məsələ ilə bağlı danışan E. Məmmədov bunları deyib:

“Düzü, namizədliyimi irəli sürdüyüm 94 saylı Ucar seçki dairəsindən dörd rəqibim var ki, onlardan biri də Yeni Azərbaycan Partiyasının (YAP) verdiyi namizədlər sırasında olan Ramil Həsəndir. Amma onun və digərlərinin namizədliyi hələ rəsmən qeydə alınmayıb. Artıq qərar əsasında imzalarımı toplayıb, namizədlik vəsiqəmi də almışam”.

Deputatlığa namizəd Elton Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. MSK üzvü isə bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

Yekun qərara əsasən, Elton Məmmədovun namizədliyi ləğv edilib. Bəs onun taleyi necə olacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Elton Məmmədovun namizədliyinin qeydə alınmaması təəccüblü deyil:

“Sizə ötən açıqlamamda da qeyd etmişdim ki, ABŞ-da Donald Trampın prezident seçilməsi ehtimalı artdıqca Ziya Məmmədova yaxın şəxslər fəallaşa bilər. Bu isə təkcə Azərbaycan hökumətinə yox, dövlətə də ciddi təhdid deməkdir. Çünki ABŞ kimi güclü dövlətin başına bir iş adamı gələrsə və hansısa dövlətdə onunla işgüzar münasibətdə olan qüvvələr varsa, bu, ikinci ölkənin iqtisadiyyatının tamamilə Amerika biznesmeninin əlinə keçməsi ilə nəticələnə bilər.

Tramp seçilərsə həm iş adamı, həm də ABŞ prezidenti olaraq, çox böyük təsir imkanı qazanacaq. Nəticədə onun işgüzar partnyorları da fəaliyyət göstərdikləri ölkədə böyük gücə çevrilə bilər. Beləcə, istər-istəməz Azərbaycan kimi kiçik iqtisadiyyata, amma böyük geosiyasi əhəmiyyətə malik olan ölkələrin tamamilə ram edilməsi prosesi başlayar. Açığı, bu perspektiv Azərbaycanın milli maraqlarına da ziddir. Ən azı o səbəbdən ki, geosiyasi arenada böyük güc mərkəzlərinin amansız mübarizə apardığı indiki şəraitdə Azərbaycan kimi kiçik ölkələr hansısa tərəfdə yer almağa çalışmamalı, əksinə, böyük güclərin rəqabətindən faydalanıb öz iqtisadiyyatını gücləndirməlidir. İndiki şəraitdə hansısa tərəfin yanında yer almaq ölkəmizin qazana biləcəyi avantajları heçə endirər və nəticədə müstəmləkəçiliyin qurbanına çevirər”.

Heydər Oğuz buna ən bariz nümunə olaraq, qardaş Türkiyənin II Dünya müharibəsindən sonrakı dövründə yaşadığı təcrübəni göstərdi:

“Bilirsiniz ki, 1950-ci illərə qədər müstəqil siyasət yürüdən Türkiyə Stalinin təhdidlərindən çəkinib NATO-ya yaxınlaşdı. NATO-nun real sahibi ABŞ o zaman II Dünya müharibəsində xarabazara çevrilən Avropa ölkələri ilə Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələrini inkişaf etdirmək üçün “Marşal planı” hazırlamışdı. Plana görə, ABŞ həmin ərazilərin SSRİ-nin əlinə keçməməsi üçün bu ölkələrə böyük həcmdə maliyyə yardımı ayırmışdı. İki dəfə böyük müharibədən çıxdığı üçün tarı-mar olan sözügedən ölkələr məhz “Marşal planı” sayəsində bugünkü üstün mövqeyə gəldilər. NATO-ya qoşulduqdan sonra Türkiyə də “Marşal planı” üzrə yardım almağa ümid edirdi. ABŞ əslində Türkiyəyə də az miqdarda yardım verdi. Amma bir şərtlə ki, Türkiyə o yardımı ağır sənayesini gücləndirməyə yox, aqrar sektoru və tekstili inkişaf etdirməyə sərf edə bilərdi.

1974-1977-ci illərdə ABŞ-ın vitse-prezidenti olan Nilson Aldrix Rokfeller (o, ABŞ-ı idarə edən bir neçə ailədən birinin – Rokfeller ailəsinin ağsaqqalı idi) Türkiyəyə ciddi maliyyə yardımı ayrılmamasını belə şərh etmişdi: “Qarmağa ilişən balığın yemə ehtiyacı yoxdur”. Başqa sözlə, Türkiyənin ərazisinə iddia edən SSRİ ilə əlaqələr qurması mümkün olmadığından ABŞ yetkililəri onu qarmağa ilişmiş balıq kimi görürdülər”.

Bu gün regionda bənzər vəziyyətin yarandığını düşünən Heydər Oğuz Cənubi Qafqazda əsasən Çin, Rusiya və ABŞ-ın rəqabət apardığına inanır:

“Odur ki, bizim hansısa tərəfin qarmağına düşməyimiz böyük strateji səhv ola bilər. Azərbaycan indiki anda müstəqil siyasi kursunu buraxmamalı, bütün tərəflərin rəqabətini ölkənin inkişafına yönəltməlidir.
Bu cür sənaye inqilablarında uğur əldə edə bilənlər gələcəyin ən rifah içərisində yaşayan dövlətlərinə çevriləcəklər. Necə ki, Avropa və Asiyanın adını çəkdiyim ölkələri 2-ci sənaye inqilabının başlanğıcı sayılan II Dünya müharibəsi dövründə bunu bacarmışdılar və indi öz tərəqqilərinin çörəyini yeyirlər. Halbuki, ikinci sənaye inqilabının əsas xammalı sayılan neft və qaz zəngini dövlətlərdən biri də biz idik. Amma müstəqil olmadığımıza görə biz də inkişafdan geri qaldıq.

İndi isə 4-cü sənaye inqilabı ərəfəsində tale yenidən bizim və Orta Asiya ölkələrinin üzünə gülə bilər. Buna həm təbii resurslarımız, həm də regionumuz uğrunda gedən geosiyasi rəqabət imkan verir. Yetər ki, ilk növbədə iqtisadi müstəqilliyimizi qoruyaq və zamanın bizə bəxş etdiyi fürsətlərdən ağıllıca yararlanaq. Məhz bu səbəbdən də həm Rusiyanın, həm Çinin, həm də ABŞ-ın boyunduruğuna düşə biləcəyimiz siyasətlərdən və tendensiyalardan uzaq dayanmalı, təbii resurslarımızdan istifadə edərək, onu süni intellekt yaradıcılığı sənayesinə yönəltməliyik”.

Bu baxımdan ABŞ prezidentliyinə iddiaçı olan Trampla da əlaqələrə pis baxmayan Heydər Oğuzun fikrincə, münasibətdən münasibətə fərq var:

“Biri var, tərəfdaşlıq, biri də var, birbaşa bağlılıq. Birbaşa bağlılıqlar bəzən dövlətlərə başqa güc mərkəzləri ilə əlaqə qurmağa imkan vermir və dövlətləri digər böyük gücdən asılı vəziyyətə salır. Necə ki, NATO-ya girdikdən sonra Türkiyə o vəziyyətə düşmüşdü və indi-indi müstəqil siyasət yürüdərək, dünya gücünə çevrilir. Bu mənada mən Məmmədovlar ailəsinin Trampla ortaqlığını Azərbaycan üçün təhlükəli hesab edirəm. Görünən budur ki, Azərbaycan dövlətinin müvafiq qrupları da belə düşünür.

MSK-dan Elton Məmmədovun mülkiyyət məsələsində saxtakarlığa yol verdiyinin və hətta bu səbəbə görə deputat seçilərsə belə, mandatının etibarsız sayılacağının bildirilməsi olduqca ciddi mesajdır və bu mesajın düzgün oxunmamasının da ciddi nəticələri ola bilər. Sirr deyil ki, Ziya Məmmədov və qardaşları o qədər də təmiz işləməyiblər. Yəqin ki, korrupsiyaya da bulaşıblar. MSK-dan mülkiyyət saxtakarlığı ilə bağlı iddiaların irəli sürülməsi də buna mesaj ola bilər. Görünür, dövlət ağlı Məmmədovlara keçmişlərini xatırladır və hansısa super güclərin himayəsinə sığınmamağı məsləhət görür. Əks halda böyük sürprizlərin onları gözlədiyinə eyham vurur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
Bu dövlət qurumları ləğv edilir - AKTUAL
Bu gün, 03:24
Baş nazirin çin olmayacaq arzuları – Xəyali layihədən 10 milyard dollar...
Bu gün, 03:18
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:17
Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Cəbrayılda 93 evin tikintisi 15 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir"
Dünən, 19:02
Azərbaycan-Ermənistan danışıqları: - Problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər
Dünən, 19:00
Azərbycanda şirkət müflis olduğunu elan etdi
Dünən, 18:56
Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:06
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?
Dünən, 18:03
"Suriyada yeni humanitar böhran baş qaldırır" - NRC
Dünən, 18:01
Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi – Abovyan
Dünən, 18:00
İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır - KİV
Dünən, 17:57
Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? - Düşməniksə... DÜŞMƏN OLAQ!
Dünən, 17:56
Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir - 14 MİLYONLUQ TENDER UDULDU
Dünən, 17:53
Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb
Dünən, 17:52
Azərbaycanda Tiktok bağlanır? - AÇIQLAMA
Dünən, 17:50
40-dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR
Dünən, 17:49
Generalın azadlıq istəyi yenə rədd edildi - QƏRAR
Dünən, 17:44
Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu - BU NƏ YEKƏBAŞLIQDIR?
Dünən, 17:41
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: - İran-İsrail qarşıdurması BÖYÜYƏRSƏ...
Dünən, 17:39
Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar - deputat
Dünən, 17:33
Eks-deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı
Dünən, 17:31
Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb
Dünən, 17:29
Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: - "Məni girov saxlayırlar"
Dünən, 17:28
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib
Dünən, 17:26
HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir
Dünən, 17:24
Məmnuniyyətlə Antarktidaya səfər edərdim
Dünən, 17:01
Dövlət Su Ehtiyatları Agentliyi üçün 13,5 milyon manata yeni bina tikilir
Dünən, 16:59
"Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm" - Modelyerin atasını öldürənlərin cinayət işi
Dünən, 16:56
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Dünən, 16:53
Tanınmış telejurnalistin Azərbaycandan çıxışına QADAĞA - DETALLAR
Dünən, 16:49
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib - Baş Prokurorluq AÇIQLADI
Dünən, 16:47
Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı – KİBERDƏLƏDUZLARIN YENİ FIRILDAĞI...
Dünən, 16:45
"Rusiya ilə toqquşmaq istəməyən Qərb... müharibə bitənə qədər Ukraynanı NATO-dan uzaq tutacaq"
Dünən, 16:41
"Bizə bildirdilər ki, büdcədə pul yoxdur" - ETİRAZ VAR...
Dünən, 16:38
İldə 50-60 min tələbə univeristeti bitirir, təyinat isə yoxdur... - NƏ ETMƏLİ?
Dünən, 16:31
Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib - İLGİNC
Dünən, 16:25
DİN-də MÜHÜM TOPLANTI - VİDEO
Dünən, 16:22
"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır" - TOTAL NARAZILIQ!
Dünən, 16:19
Əmanətçilər ASB və “Azər-Türk Bank”dan 21 milyon manat geri çəkiblər
Dünən, 16:01
Elza və Roza arasında növbəti məhkəmənin TARİXİ
Dünən, 15:59
Dönər yox, xəstəlik satan dönərxanalar bağlanmalıdır?
Dünən, 15:58
"Mənim müavinətim bərpa olunmayıb..." - NARAZILIQ VAR...
Dünən, 15:56
"80 min qız selektiv abortların qurbanı olub" - Erməni nazir
Dünən, 15:54
Taksi qadağası Bakını "tıxaca salıb" - FAKT BUDUR!
Dünən, 15:52
"Cibində 10 min manat gəldi, dedi ki...." - Sevgilisini qətlə yetirməsini təfərrüatları
Dünən, 15:51
Azərbaycanda 252 minlik şirkət - LƏĞV OLUNMAQDAN İMTİNA ETDİ
Dünən, 15:45
“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma... - GƏLİŞMƏ
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru