Şabranda evə basqın zamanı ölənlərin sayı 2-yə çatıb - SON DURUM
Tarix: 24-06-2024, 16:37 |
Çap et
Şabran rayonunda evə basqın zamanı yaralanan Hüseynov Arif Qaspar oğlu xəstəxanada ölüb.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.
Xatırladaq ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın zamanı Gülnarə Şıxkərim qızı Hüseynova öldürülmüş, onun həyat yoldaşı A.Hüseynov isə yaralanmışdı.