Əsas Səhifə > Güney Press > Şabranda evə basqın zamanı ölənlərin sayı 2-yə çatıb

Şabranda evə basqın zamanı ölənlərin sayı 2-yə çatıb


24-06-2024, 16:37
Şabranda evə basqın zamanı ölənlərin sayı 2-yə çatıb
Şabran rayonunda evə basqın zamanı yaralanan Hüseynov Arif Qaspar oğlu xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.

Xatırladaq ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın zamanı Gülnarə Şıxkərim qızı Hüseynova öldürülmüş, onun həyat yoldaşı A.Hüseynov isə yaralanmışdı.

Geri qayıt