Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
Tarix: 4-12-2019, 15:16 | Çap et
DİA.AZ: - Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir.
DİA.AZ xəbər verir ki, şirkət öz ənənəsinə sadiq qalaraq bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edir.
Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edir.
Ən üstün əhatə dairəsi və ən sürətli mobil internet “Bakutel-2019” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.
Bu gün 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.
Mənim Bakcellim: virtual müştəri xidməti mərkəzi
Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar. “Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir.
AppLab: Azərbaycan gəncləri üçün yeni imkanlar
Bakcell stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLap proqramı və bu proqram çərçivəsində startaplar tərəfindən yaradılmış 2 layihə təqdim edilir. Buradakı Buradakı “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback” əldə etməsi üçün yaradılan sistemdir.
Bakcell və “Ulduzum”dan çoxlu hədiyyələr
Bakcell şirkətinin “Bakutel 2019” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” loyallıq tərəfindən təşkil edilmiş oyunda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.
Bundan əlavə Bakcell stendində Virtual Reallıq oyunlarını oynamaq və lotereyalarda iştirak edib çoxlu hədiyyələr qazanmaq da olar.
***
Mehriban və əyləncə dolu bir mühitdə ölkənin ən üstün şəbəkə və müştəri təcrübəsi barədə məlumat alıb unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “Bakutel 2019” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şəki-Bazar”ASC-nin səhmdarları toplanır
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda tikinti şirkətinə sədr seçiləcək - TOPLANTI
Bu gün, 00:02 |
|
|
|
• COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir? - ŞƏRH
Dünən, 17:32 |
|
|
|
• Bütün gözlər Azərbaycanda: - Ölkəmizin beynəlxalq nüfuzu artır
Dünən, 14:02 |
|
|
|
• COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc, - SİYASİ UĞUR...
Dünən, 14:00 |
|
|
|
• "Cənubtikintiservis"in səhmdarlarını təkrar - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58 |
|
|
|
• "Azərbaycan 4 ildir ki, sülhə çalışır, amma buna icazə verilmir, Ermənistan isə..." - FAKT BUDUR!
Dünən, 13:27 |
|
|
|
• Polşa “Ukraynanı müdafiə alyansı” yaratmaq istəyir
Dünən, 13:22 |
|
|
|
• İrəvan COP29-da iştirakla bağlı qərar verə bilmir - KİV
Dünən, 13:20 |
|
|
|
• 700 erməni yük maşını Rusiya sərhədində gözləyir
Dünən, 13:17 |
|
|
|
• "Camal LTD" 3 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 13:01 |
|
|
|
• Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 12:52 |
|
|
|
• Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib - FOTO
Dünən, 12:46 |
|
|
|
• "Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər" - Britaniya nəşri
Dünən, 12:39 |
|
|
|
• Çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:29 |
|
|
|
• Putin ABŞ-ın düşməni üçün hansı sürprizi hazırlayır? - Vaşinqtonda təşviş
Dünən, 12:24 |
|
|
|
• 13,4 min manat nizamnamə kapitalına malik olan şirkət - LƏĞV OLUNUR
Dünən, 12:13 |
|
|
|
• Mübariz xalqımıza Qələbə yaraşır - MƏQALƏ
Dünən, 12:09 |
|
|
|
• Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi - AXI NİYƏ?..
Dünən, 12:02 |
|
|
|
• "Seçkidə səs çoxluğu ilə qalib gələn Trampa qarşı siyasi və hüquqi təqiblər dayanacaq" - Bakıdan ŞƏRH
Dünən, 11:58 |
|
|
|
• "Alov qüllələri" üzərində bayrağımız tərsinə dalğalandı - VİDEO
Dünən, 11:56 |
|
|
|
• “Mənim hazırladığım geyimi Elza Seyidcahan başqa modelyerin adına çıxarıb, ona təşəkkür etdi”
Dünən, 11:50 |
|
|
|
• "Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi..." - GİLEY
Dünən, 11:35 |
|
|
|
• Nazir yorulubsa, vəzifədə NƏ İŞİ? - Naxçıvanda təhsil KİMLƏRƏ ƏMANƏTDİR?
Dünən, 11:09 |
|
|
|
• TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? – Dünya yeni ABŞ Prezidentindən nə gözləyir?
Dünən, 11:05 |
|
|
|
• Kipr şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır
Dünən, 11:01 |
|
|
|
• Baha internet distant təhsili də ÇƏTİNƏ SALDI - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:54 |
|
|
|
• Ermənistan yolun sonuna gəlib - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
• Burda baş həkimin QOÇUSU MEYDAN SULAYIR... - NARAZILIQ VAR...
Dünən, 10:42 |
|
|
|
• “Bakı üçün həm fürsətlər, həm də risklər dövrü başlayır” - NƏ ETMƏLİ?
Dünən, 10:30 |
|
|
|
• "AZnet" internet provayderinin 30 min manata yaxın vergi borcu var
Dünən, 10:26 |
|
|
|
• Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir - MƏQALƏ
Dünən, 10:17 |
|
|
|
• Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib
Dünən, 10:02 |
|
|
|
• Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Riyada gedib, oradan Azərbaycana gələcək
Dünən, 09:56 |
|
|
|
• Heç bir layihədə yoxuq, məhvə gedirik – Manukyan
Dünən, 09:55 |
|
|
|
• COP29-un yerli turizmə FAYDASI... - AKTUAL
Dünən, 09:54 |
|
|
|
• Azərbaycanda 444 minlik otel şirkətinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Dünən, 09:50 |
|
|
|
• Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR... - Ekspert danışır...
Dünən, 09:48 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılacaq - FOTO
Dünən, 09:39 |
|
|
|
• Naşı həkimin əlinə düşdü... HƏYATI DƏYİŞDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 09:36 |
|
|
|
• "Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi..." - REPLİKA
Dünən, 09:29 |
|
|
|
• "Estetik cərrahlarla bağlı iddia olunanlar yalandır, əlimizdə yazışmalar var" - Nazilə Səfərlidən ŞOK AÇIQLAMALAR
Dünən, 09:26 |
|
|
|
• Heydər Əliyev Beynəlxalq Aeroportu COP29-a dair açıqlama yayıb - DİQQƏT
Dünən, 09:22 |
|
|
|
• Zaqatala COP29-a belə hazırdır?.. - AXI NİYƏ?..
Dünən, 09:21 |
|
|
|
• Dövlət buralara niyə pul ayırır ki?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:09 |
|
|
|
• Paşinyan bizimlə razılığa gəlməlidir... - ƏKS HALDA...
Dünən, 08:59 |
|
|
|
• Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
Dünən, 08:56 |
|
|
|
• “Yeni Ailə” MMC vətəndaşı CANA DOYURUB - “Artıq evi istəmirəm, pulumu versinlər..."
Dünən, 08:42 |
|
|
|
• Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub - SİYAHI
Dünən, 08:39 |
|
|
|
• "Sağlam həyat" səyyar layihəsi Tərtərdə - FOTO
Dünən, 08:35 |
|
|
|
|