“BU XƏBƏR BİR TÜRK KİMİ BİZİ DƏ SARSITDI”
Tarix: 20-10-2011, 13:32 |
Çap et
“ÜMİD”DƏN TERRORA LƏNƏT
DİA.AZ: - Azərbaycanın müxalif Ümid Partiyası Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) törətdiyi terror aktı ilə bağlı bəyanat verib. Bu barədə “Dünya” İnformasiya Agentliyinə (dia-az.site) partiyanın mətbuat xidmətindən məlumat verilib.
"Türkiyənin Hakkari vilayətində PKK hücumu nəticəsində 24 türk əsgərinin öldürülməsi, 18 əsgərin yaralanması xəbəri hər bir türk kimi, bizi də sarsdı. Qardaş türk xalqına sonsuz kədərimizi və dərin hüzn duyduğumuzu bildiririk. Dünyanın hər yerində terror lənətlənməlidir. Biz Ümid Partiyası olaraq, son dövrlər Türkiyədə terror olaylarının intensivləşməsindən narahatıq. Şəhid olan hər məhmətcik bizim də hüznümüzdür. Biz olayların tezliklə çözülməsini, terrora son qoyulmasını, məsum qanların axmasının dayanmasını arzulayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik!", - bəyanatda qeyd olunub.
Bu həftənin çərşənbə günü terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 hərbiçi həlak olub, 18-i yaralanıb.