“Lukoyl”da sürücüləri belə aldadırlar - NARAZILIQ VAR...
Tarix: 4-09-2024, 11:37 |
Çap et
“Lukoyl” yanacaqdoldurma məntəqəsində sürücüəri aldadırlar.
Tribunainfo.az xəbər verir ki, bu faktı sürücü Eltən Əsgərzadə üzə çıxarıb.
“Maşının yanacaq çəni 55 litr olduğu halda bir dəfə 54 litr, bu gün isə 58 litr yanacaq vurdular. Bu necə ola bilər? Halbuki çəndə yanacaq da var idi. Heç yanacağın az qaldığını bildirən işıq belə yanmırdı avtomobildə. Açıq aşkar müştərilərin cibinə girirlər. Bunu operatorlar da bilirlər, sadəcə gülürlər bu vəziyyətə. Deyirlər, bizlik deyil, biz maaşa işləyən adamlarıq. Heç kimə “Lukoyl”u məsləhət görmürəm”, deyə, E.Əsgərzadə bildirib.
Xatırladaq ki, “Lukoyl” məhz bu fakt və problemlə əlaqədar dəfələrlə məhkəməyə də verilib.