“XALQ ULDUZU” HƏBS OLUNDU
Tarix: 28-09-2011, 11:35 |
Çap et
O, 65 MİN MANAT PUL OĞURLAYIB
Azərbaycanda tanınmış muğam ifaçısı həbs edilib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Qaraçuxur qəsəbə sakini Elçin Yusifovun mənzilindən 65 min manat oğurlamaqda təqsirli bilinir. Polis tərəfindən dindirilən S. Məmmədov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.