Dolları 2 manata qaldırmaq istəyirlər... - BELƏ HARA GEDİRİK?..
Tarix: 2-09-2024, 08:42 | Çap et
"Son vaxtlar cəmiyyətdə dolların bahalaşacağından dolayı ciddi narahatlıq var. Bu barədə düşünənlər arasında hakim fikir ondan ibarətdir ki, bir dollar iki manata qədər bahalaşa bilər. Maraqlıdır, dolların kursu dünyada ucuzlaşmağa doğru meylli olduğu, ABŞ-ın dövlət borcu maksimum həddə - 6 trilyon dollara çatdığı, Amerika dövlət büdcəsinin defolt (müflisləşmə) ərəfəsində olduğu bir dövrdə Azərbaycan vətəndaşlarının dolların bahalaşmasından dolayı əndişəsi nədən qaynaqlanır?" Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Akif Nəsirli çıxış edib.
O daha sonra əlavə edib: "Əvvəla onu qeyd edək ki, ölkə əhalisinin bu istiqamətdə yaxın keçmişdən qalan bir təcrübəsi var - 2015-ci ildə baş verənləri hələ cəmiyyət unutmayıb. Həmin vaxt baş verən devalvasiyadan əvvəl nələr baş verdiyini, hər ay hərraclarda nə qədər dollar satıldığına yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Amma devalvasiya baş verəndən sonra bütün cəmiyyətə izah edildi ki, bu proses ölkənin valyuta ehtiyatlarının "əriməsinə" bağlı olan məsələdir. Devalvasiya baş verməsə idi, bir neçə ay ərzində hökumətin valyuta ehtiyatları - maliyyə "yastığı" tamamilə tükənəcəkdi və Mərkəzi Bankın əlində hərraca çıxarmağa valyuta qalmayacaqdı. Nəticədə ölkəyə yerli tələbat mallarının idxalında ciddi problemlər yarana, mağazalarımızın vitrinləri boşala, ciddi ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığı baş verə bilərdi.
Hazırda yuxarıda qeyd edilən dövrə bənzər şəkildə kommersiya banklarının dollara tələbatı artıb. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 milyon ABŞ dolları satılıb. AMB öz ehtiyatları hesabına valyuta satışları həyata keçirir. AMB-nin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb. Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib. Bu baxımdan cəmiyyətin narahatlığı anlaşılandır.
Amma məsələ burasındadır ki, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində neftin dünya bazarında qiyməti kəskin ucuzlaşaraq, bir bareli 18-20 dollara qədər düşmüşdü. Ona görə də, bir tərəfdən dollara tələbat valyuta ehtiyatlarını sürətlə əridir, digər tərəfdən isə neft satışından gələn cüzi valyuta itkiləri bərpa edə bilmirdi. Bu halda hökumətin devalvasiyadan başqa seçim imkanı qalmırdı".
Dia-az.İnfo bildirir ki, "bəs indi vəziyyət necədir, həmin dövr tamlığı ilə təkrarlanırmı?" sualına cavabında isə A.Nəsirli bunları deyib: "Hazırda ötən ilin eyni dövrü ilə müqayisədə dollara tələbat 2,1 dəfə artsa da, bu ilin 8 ayı ərzində AMB-nin valyuta ehtiyatları azalmayıb, əksinə artıb. Belə ki, 31.01.2024-cü il tarixə AMB-nin valyuta ehtiyatı 11 milyard 637 milyon ABŞ dolları olduğu halda, 31.07.2024-cü il tarixdə bu göstərici 11 milyard 765.7 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, valyutaya tələbat artsa da, hökumətin manatın məzənnəsini qorumaq üçün bütün imkanları 2015-ci ildəki kimi tükənməyib. Bu imkan isə neft-qazın qiymətlərinin dünya bazarında sabitləşməsi və ölkənin müəyyən qədər qeyri-neft sektoru məhsullarının ixracıdır. Çünki idxal ölkə daxilində valyutaya tələbatı artırır, ixrac isə bizə valyuta gətirir. Bu balans müsbət saldoya malikdirsə, ölkə daxilində heç bir maliyyə problemi gözlənilmir. Bu ilin 8 ayı ərzində təxminən 4,9 milyard dollar hərraclarda satılsa da, ölkəyə ümumi ixracatdan 20 milyard dollardan çox vəsait daxil olub. Yəni müsbət saldomuz 15 milyard ABŞ dolları təşkil edir.
Nəticə olaraq qeyd edək ki, yalnız bir indiqator üzrə - ölkə daxilində dollara tələbatın artması manatın dollara nisbətən məzənnəsinin ucuzlaşmasına, yəni dolların bahalaşmasına təhdid yaradır. Digər indiqatorlar isə sabit olaraq qalır. Yəni hökumətin hazırkı kursu sabit saxlamaq üçün geniş imkanları var.
Lakin biz arzu edərdik ki, hökumət qeyri-neft sektorunun istehsal və ixrac potensialını artırmaqla, ölkə daxilində xarici valyutaya tələbatı azaltmağa nail olsun və manatı sərbəst dəyişən valyuta kimi "üzən məzənnə" rejimində tənzimlənməsinə keçsin".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur - AKTUAL
Bu gün, 14:36 |
|
|
|
• İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır – Bakı və İrəvan…
Bu gün, 14:28 |
|
|
|
• "Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." - VİDEO
Bu gün, 13:45 |
|
|
|
• Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir - "Euronews"
Bu gün, 13:34 |
|
|
|
• Rusiyadan Azərbaycana YENİ KÖÇ... NƏ QƏDƏR REALDIR?
Bu gün, 13:27 |
|
|
|
• "Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." - deputat
Bu gün, 13:23 |
|
|
|
• Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar
Bu gün, 13:19 |
|
|
|
• Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
Bu gün, 13:15 |
|
|
|
• Tramp “erməni oyunu”na düşüb - KİV
Bu gün, 11:57 |
|
|
|
• Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi
Bu gün, 11:53 |
|
|
|
• “Onların Azərbaycanı gözü götürmür” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:41 |
|
|
|
• Siyasi arenada Azərbaycana "uduzan" Qərb... - virtual aləmdə yeni təzyiq metodları sınayır
Bu gün, 09:27 |
|
|
|
• "ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" - Oqtay Qasımov
Bu gün, 09:17 |
|
|
|
• Öz gözündə tiri görməyən Rusiya... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14 |
|
|
|
• Qonşu ölkə Bakının 30 illik variantına əl atdı - Qafqazda tarixi qərar
Bu gün, 09:10 |
|
|
|
• 2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? - AKTUAL
Bu gün, 01:15 |
|
|
|
• “İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” - Ağ Ev
Bu gün, 01:06 |
|
|
|
• BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq - Lavrov
Bu gün, 01:03 |
|
|
|
• "Bu aralar qara buludlar ətrafımı bürüyüb"
Bu gün, 00:59 |
|
|
|
• Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... - Rusiyalı nazir elə sərt açıqlama verdi ki...
Bu gün, 00:55 |
|
|
|
• İran Ermənistanın mövqeyini tam dəstəkləyir - FAKT BUDUR!
Bu gün, 00:51 |
|
|
|
• "Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
Bu gün, 00:48 |
|
|
|
• Paşinyan güzəştə getməsə... - İNCƏLƏMƏ
Bu gün, 00:45 |
|
|
|
• Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:43 |
|
|
|
• Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər
Bu gün, 00:38 |
|
|
|
• Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Bu gün, 00:15 |
|
|
|
• Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb - Süni intellektdən TƏBİİ İNCƏLƏMƏ
Bu gün, 00:13 |
|
|
|
• Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? – Alimpaşanın həbs müddəti və əmlakları...
Bu gün, 00:08 |
|
|
|
• "Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" - ETİRAZ
Dünən, 19:02 |
|
|
|
• İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
Dünən, 19:00 |
|
|
|
• Fransa sülh prosesini pozur - FAKT BUDUR!
Dünən, 15:12 |
|
|
|
• Ali məktəblər distant təhsilə hazırdırmı – İnternet kəsildi, planşet yoxdur, işıq sönüb…
Dünən, 15:05 |
|
|
|
• “Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?
Dünən, 15:00 |
|
|
|
• “LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• Erməni bloqerdən ETİRAF: - “Mina terrorunun günahkarları İrəvandadır”
Dünən, 14:00 |
|
|
|
• “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” - Azad İsazadə
Dünən, 13:28 |
|
|
|
• Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib - FOTO
Dünən, 13:22 |
|
|
|
• "Akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur..." - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• "İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb
Dünən, 13:09 |
|
|
|
• Qanundakı boşluq bu qurumların işinə mane olur - deputat
Dünən, 13:03 |
|
|
|
• Oğuzları qoyub lap məsxərəyə... - Kamal Abdullaya xitabən...
Dünən, 12:59 |
|
|
|
• "Cahan AVM" bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir
Dünən, 12:45 |
|
|
|
• "Qismət olsa, yeni layihələrdə görüşəcəyik"
Dünən, 12:42 |
|
|
|
• "Bu, böhtan və cəfəngiyyatdır, soruşun xəbəri varmı..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• “Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Dünən, 12:33 |
|
|
|
• “Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi - FOTO
Dünən, 12:28 |
|
|
|
• Bu halda əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir? - Ekspert danışır...
Dünən, 12:26 |
|
|
|
• ABB sədrinin adından hərraclar təşkil edən işçisi həbs edildi - Bankın puluna inək alıb
Dünən, 12:23 |
|
|
|
• "Tehran unutmasın ki, İranda 35 milyon soydaşımız yaşayır" - REAKSİYA
Dünən, 12:07 |
|
|
|
• Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər İNKİŞAF EDƏCƏK - rəsmi KİYEV
Dünən, 12:06 |
|
|
|
|