Yeni Klinikanın rəhbərliyi kimə güvənir? - İLGİNC FAKTLAR
Tarix: 28-08-2024, 09:20 | Çap et
"Bir neçə gün əvvəl dərc etdiyimiz "Yeni Klinika Qarabağ qazisini qəbul etmədi" başlıqlı yazıda biz bir məsələni ehtimalla qələmə almışdıq. Yazıda qeyd edilmişdi ki, klinikanın nevroloqu Mirzəzadə Ülkər Aydın qızının Qarabağ veteranına psixiatrik diaqnoz qoyması ya onun savadsızlığından qaynaqlanır, ya da həkim klinika rəhbərliyinin sifarişini yerinə yetirmək üçün qəsdən bu cür kobud "yanlıclığa" yol verib..." Dia-az.İnfo bildirir ki, bunu öz açıqlamasında tanınmış iqtisadçı ekspert Akif Nəsirli qeyd edib. Daha sonra o əlavə edir: "Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Mirzəzadə Ülkər Aydın qızı respublikanın ən yaxşı nevroloqları sırasında ilk onluğa düşən mütəxəssisdir. Bu isə onu deməyə əsas verir ki, Ülkər xanım qəsdən, məqsədyönlü şəkildə Qarabağ veteranı Nəsirov Tufan Yasif oğluna psixiyatirik diaqnoz qoyub. Belə yerdə deyirlər ki,"baş yaxşı başdı, heyif ki, qarpıza işləyir".
Bəs məqsəd nə ola bilərdi? Ülkər xanımla bu qazının özünün və qohunlarının heç bir tanışlığı yoxdur. Yəni həkimlə pasiyent arasında heç bir şəxsi-qərəzlik ehtimalı ola bilməz. Hətta, Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında qazının halına yanan bir nəfər Beyləqan sakini deyib ki, Ülkər xanım mənim qohumdur, zəng edəb tapşıracam, sizi orda necə lazımdır qarşılasın. İlk görüşümüzdə Ülkər xanım onu da qeyd etdi ki, Sizə görə, Beyləqandan mənə zəng edilib: "Amma mən ona da demişdim ki, gərək xəstəxanaya onlayn növbə götürəydiniz və xəstəxanaya təcili yardımla gəlməyəydiniz". Bu detalları ona görə xatırladıram ki, Ülkər xanım öz arzusu ilə qaziyə yalançı diaqnoz qoyub, onu başından eləməzdi. Çünki xəstə hamısını "başınızın tacı" adlandırdığımız Qarabağ qazisidir - bu bir, xəstə Ülkər xanıma tapşırılmışdı - bu iki, həkim savadsız, naşı mütəxəssis deyildi ki, səhvə yol versin - bu da üç... Yerdə qalır yalnız bir ehtimal - klinika rəhbərliyinin sifarişi... Yeni Klinikanın direktoru Barat Yusubov çox güman ki, xəstənin neyrocərrahiyəyə ehtiyacı olmadığından, üstəgəl qazı olduğundan xəstəni "mənfəətsiz pasiyent" kimi nəzərə alıb. Buna görə də qərara gəlib ki, pasiyent xəstəxanaya qəbul edilməsin. Bu ehitmalı gücləndirən amillərdən biri də odur ki, Ülkər Mirzəzadə xəstəyə rəy verənə qədər pasiyentə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən təyinatdan Yeni Klinika rəsmən imtina edilmişdi. Bunu Ülkər xanım rəy verməzdən əvvəl bizim diqqətimizə çatdırdi ki, sizin təyinata imtina verilib.
Sadəcə olaraq biz o vaxt affekt vəziyyətində olduğumuza görə bu detala əhəmiyyət verməmişik. Sonrada şəxsən mən xatırladım ki, xəstəxana pasientin göndərişinə imtina veribsə, deməli son sözünü deyib. Burada bizim üçün əslində Ülkər Mirzəzadənin rəyi elə də əhəmiyyət kəsb etmirdi. Sadəcə olaraq Ülkər xanımın "dahiyanə" diaqnozuna görə biz xəstənin müalicəsinə başlamaq istiqamətində daha bir gün itirdik. Xəstə üçün isə keçən hər bir saat əhəmiyyətli idi. Çünki sudurqalar çox qorxunc şəkildə tuturdu.
Odur ki, bu məsələdə Yeni Klinikanın direktoru, ixtisasca nevroloq olan Barat Yusubov birbaşa məsuliyyət daşıyır. Xəstəxananı döndərib şəxsi mülkə. Guya xəstələr suğorta ilə müalicə olunur? Həmin xəstəxananın neyrocərrahiyə şöbəsində "sığorta ilə əməliyyat olunan" hər bir xəstədən əlavə pul - rüşvət alınır. Əvvəllər xəstə nə versə götürürdülər, indi isə hər əməliyyatın artıq öz qiyməti var - qiymət preyskurantı tərtib ediblər. Məhz ona görə Barat həkim çarpayılardan birini Qarabağ qazisinə qıymayıb. Qərara gəlib ki, bizim qazını müalicə etməyə nə vaxtımız var, nə də həvəsiniz, bir təhər yola verin getsin. Hesab edirik ki, bu cür "başı qarpıza (oxu: rüşvətə) işləyən "savadlı"ları yola salmağın vaxtıdır.
Bir də o Yeni Klinikanın təməlini neçə qoyularsa, ora kimi rəhbər təyin etsələr də, düzəlmir ki, düzəlmir. Barat həkim də "gözü çıxmış qardaşından" ibrət dərsi götürmədi. Belə yerdə deyirlər ki, dəyirman bildiyin işlədir, çax-çax baş ağrıdır - kimi tutursan-tut, yeri gələn "gözü çıxmış qardaşı"ndan daha həvəslə rüşvət alır. Rüşvət almağı Cəhənnəmə, hətta, gözləri o qədər pərdələnib ki, Qarabağ qazisini müalicə etməkdən belə imtina edirlər. Düşünürlər ki, qazidi, pul - rüşvər verməyəcək... Unutmayın, onlar sizin və bizim əvəzimizdən canlarını fəda edərək, aslan kimi mərmi yağışının altında Vətən uğrunda döyüşüb, canlarını Vətən yolunda qurban deyiblər. Hər bir veteran və ya qazi "canlı şəhiddi", yəni o da şəhid olmağa hazır idi, sadəcə Allah qismət etməyib. Ona görə də ixtisasından, peşəsindən, ictimai ranqından, irqindən, cinsindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlı şəhid ailəsinin, qazının və veteranın hüzurunda xidmətə müntəzir dayanmalıdır. Bu cümlə daha çox həkimlərə, həkimlərə və bütün dövlət qulluqçularına aiddir. Çünki onlar bu xalqın çörəyin yeyir, ona görə də xalqın müqəddəs varlıqlarına xüsusi sayğı ilə yanaşmalıdırlar. Bunu bacarmayanlar Eynişdeyin beyninə sahib olsa da, bu xalqa lazım deyil.
Yeni Klinikada baş vernə ilginc hadisələrlə gələn yazılarda tanış ola bilərsiniz, bizi izləyin..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur - AKTUAL
Bu gün, 14:36 |
|
|
|
• İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır – Bakı və İrəvan…
Bu gün, 14:28 |
|
|
|
• "Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." - VİDEO
Bu gün, 13:45 |
|
|
|
• Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir - "Euronews"
Bu gün, 13:34 |
|
|
|
• Rusiyadan Azərbaycana YENİ KÖÇ... NƏ QƏDƏR REALDIR?
Bu gün, 13:27 |
|
|
|
• "Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." - deputat
Bu gün, 13:23 |
|
|
|
• Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar
Bu gün, 13:19 |
|
|
|
• Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
Bu gün, 13:15 |
|
|
|
• Tramp “erməni oyunu”na düşüb - KİV
Bu gün, 11:57 |
|
|
|
• Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi
Bu gün, 11:53 |
|
|
|
• “Onların Azərbaycanı gözü götürmür” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:41 |
|
|
|
• Siyasi arenada Azərbaycana "uduzan" Qərb... - virtual aləmdə yeni təzyiq metodları sınayır
Bu gün, 09:27 |
|
|
|
• "ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" - Oqtay Qasımov
Bu gün, 09:17 |
|
|
|
• Öz gözündə tiri görməyən Rusiya... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14 |
|
|
|
• Qonşu ölkə Bakının 30 illik variantına əl atdı - Qafqazda tarixi qərar
Bu gün, 09:10 |
|
|
|
• 2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? - AKTUAL
Bu gün, 01:15 |
|
|
|
• “İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” - Ağ Ev
Bu gün, 01:06 |
|
|
|
• BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq - Lavrov
Bu gün, 01:03 |
|
|
|
• "Bu aralar qara buludlar ətrafımı bürüyüb"
Bu gün, 00:59 |
|
|
|
• Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... - Rusiyalı nazir elə sərt açıqlama verdi ki...
Bu gün, 00:55 |
|
|
|
• İran Ermənistanın mövqeyini tam dəstəkləyir - FAKT BUDUR!
Bu gün, 00:51 |
|
|
|
• "Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
Bu gün, 00:48 |
|
|
|
• Paşinyan güzəştə getməsə... - İNCƏLƏMƏ
Bu gün, 00:45 |
|
|
|
• Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:43 |
|
|
|
• Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər
Bu gün, 00:38 |
|
|
|
• Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Bu gün, 00:15 |
|
|
|
• Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb - Süni intellektdən TƏBİİ İNCƏLƏMƏ
Bu gün, 00:13 |
|
|
|
• Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? – Alimpaşanın həbs müddəti və əmlakları...
Bu gün, 00:08 |
|
|
|
• "Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" - ETİRAZ
Dünən, 19:02 |
|
|
|
• İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
Dünən, 19:00 |
|
|
|
• Fransa sülh prosesini pozur - FAKT BUDUR!
Dünən, 15:12 |
|
|
|
• Ali məktəblər distant təhsilə hazırdırmı – İnternet kəsildi, planşet yoxdur, işıq sönüb…
Dünən, 15:05 |
|
|
|
• “Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?
Dünən, 15:00 |
|
|
|
• “LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• Erməni bloqerdən ETİRAF: - “Mina terrorunun günahkarları İrəvandadır”
Dünən, 14:00 |
|
|
|
• “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” - Azad İsazadə
Dünən, 13:28 |
|
|
|
• Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib - FOTO
Dünən, 13:22 |
|
|
|
• "Akademiyada heç bir islahat və yeniləşmə-filan yoxdur..." - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• "İşçisi ayaqyoluna gedib əllərini yumur, qida ilə təmasda olur" - “McDonald`s”a qarşı iddia qaldırılması narahatlıq yaradıb
Dünən, 13:09 |
|
|
|
• Qanundakı boşluq bu qurumların işinə mane olur - deputat
Dünən, 13:03 |
|
|
|
• Oğuzları qoyub lap məsxərəyə... - Kamal Abdullaya xitabən...
Dünən, 12:59 |
|
|
|
• "Cahan AVM" bu qaydanı pozub - Külli miqdarda cərimə gözləyir
Dünən, 12:45 |
|
|
|
• "Qismət olsa, yeni layihələrdə görüşəcəyik"
Dünən, 12:42 |
|
|
|
• "Bu, böhtan və cəfəngiyyatdır, soruşun xəbəri varmı..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• “Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Dünən, 12:33 |
|
|
|
• “Veysəloğlu”nun tərəfdaşlığı ilə ADA İbtidai Məktəbində xeyriyyə festivalı keçirildi - FOTO
Dünən, 12:28 |
|
|
|
• Bu halda əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir? - Ekspert danışır...
Dünən, 12:26 |
|
|
|
• ABB sədrinin adından hərraclar təşkil edən işçisi həbs edildi - Bankın puluna inək alıb
Dünən, 12:23 |
|
|
|
• "Tehran unutmasın ki, İranda 35 milyon soydaşımız yaşayır" - REAKSİYA
Dünən, 12:07 |
|
|
|
• Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlər İNKİŞAF EDƏCƏK - rəsmi KİYEV
Dünən, 12:06 |
|
|
|
|