Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır .....                     26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? .....                     `Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... .....                     `Atena` müştərisini az qala zəhərləyəcəkdi... .....                     Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib .....                     Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir .....                     Bərdə sakininin başına oyun açdılar .....                     “Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” .....                     Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub .....                     “Qara delfin”dən gələn yalvarış: .....                     Putin Cənubi Qafqazı İrana “verdi” .....                     “Dörd Qardaş” MTK məhkəməni də saya salmır... .....                     Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir .....                     Bu dövlət qurumları ləğv edilir .....                     Baş nazirin çin olmayacaq arzuları .....                     Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür .....                     Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə .....                     Cəbrayılda 93 evin tikintisi 15 milyona .....                     Milyardla dollara amnistiya gəlir? .....                     Azərbaycan-Ermənistan danışıqları: .....                     Azərbycanda şirkət müflis olduğunu elan etdi .....                     Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. .....                     Azərbaycan Avropa Şurasına .....                     "Suriyada yeni humanitar böhran baş qaldırır" .....                     Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi .....                     İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır .....                     Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? .....                     Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir .....                     Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə .....                     Azərbaycanda Tiktok bağlanır? .....                     40-dan çox avtoriteti öldürən “qanuni oğru” .....                     Generalın azadlıq istəyi yenə rədd edildi .....                     Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu .....                     İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: .....                     Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar .....                     Eks-deputat Paşinyana qarşı .....                     Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb .....                     Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: .....                     Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib .....                     HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir .....                 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada NƏLƏR BAŞ VERİR - İTTİHAM VAR...
Tarix: 24-07-2024, 09:44 | Çap et
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada NƏLƏR BAŞ VERİR
Qarabağ müharibəsi veteranı, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Bildirirəm ki, mən Şərifov Elmar Vüqar oğlu 6 ildən artıq Silahlı Qüvvələrimizin
tərkibində (DQ) MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət
etmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qalib ordumuzun tərkibində
Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə
iştirak etmiş, rəşadətli döyüş yolu keçmiş hərbçiyəm.
Şuşadan ordu sıralarından xidmət müddətimin başa çatması ilə əlaqədar tərxis
olunduqdan sonra mülki həyatda ailəmi dolandırmaq və halal zəhmətimlə dolanışığımı
təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü
kimi əmək fəaliyyətinə başladım. İşə başlayarkən işlə təmin olunmağıma sevinsəm də
bu sevincim uzun çəkmədi və “qara günlər”imin məhz bundan sonra başladığını
anladım.
Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST 5 və
digər inzibati binalara aparıb-gətirmək üçün istifadəmə idarənin balansında olan
Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli
Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov
məni sözün həqiqi mənasında qul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını,
habelə məni şəxsi məqsədləri üçün istismar etməyə başladı. Belə ki, əmək
müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və
melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4
radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu
götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən
barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə, idarənin
avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai
nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib
“şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən,
yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi
halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından
cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də
restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə
zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə,
gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu
populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin
avtomobilini, yanacağını şəxsi əyyaş məqsədləri üçün istismar edirdi. Gecələrlə yanaşı,
gündüzlər də Hasil Abbasov istismarçılığını davam etdirir, məni nəinki iş saatlarından
sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək,
uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi.
Bütün bunlarla kifayətlənməyən Hasil Abbasov qeyri-iş günlərində, şənbə, bazar
günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi
onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o
qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi
işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza
törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc
çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran
H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-
məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə
yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum.
Təbii ki, bütün bunları Hasil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri
Səfərli Elnur Novruz oğlunun və onun himayəçisi Nazirliyin Strateji planlaşdırma
şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq
Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən
daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi.
Hətta bir dəfə avtomobillə DOST-5 ə idarənin işi üçün xidməti zərurətlə bağlı
qurumun əməkdaşlarını aparanda, H.Abbasov məni buna görə danlamışdı.
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, H.Abbasovun da bu əməllərinin
bir gün aşkar olacağını, bu zaman mənim də başımın ağraya biləcəyini ona bildirdikdə
mənə əminliklə demişdi ki, “Narahat olma, burada bu məsələni bilib səsini çıxara biləsi
3-4 nəfər var – Faiq Musayev (Keyfiyyətə nəzarət), Kamran Rəhimov (İqtisadiyyat
şöbəsinin müdiri), Qaya Əliyev (Hüquq və daxili nəzarət departamentinin müdiri) və b.
Onları da burdan hərəsini bir cür vedrə qoşub uzaqlaşdıracağıq, sən sadəcə onlarla
ünsiyyətdə olma, onlardan uzaq ol”.
Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin
itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə Elnur Səfərli mənim əmək müqaviləmə
müdddətinin başa çatması əsası ilə xitam verdi.
Hal-hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin
himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam. Məruz qaldığım bu istismar,
haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirdim.
Başa düşdüm ki, bu uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə
uğrunda ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil
Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.
Başa düşürəm ki, vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən
yayınmış, “dezertir” Elnur Səfərli hardan biləcəkdi oddan-alovdan keçmiş, həyatını
təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?
Görün bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla
işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə
möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş
həyat tərzin üçün istifadə edəsən, bununla yanaşı dövlətin avtomobilini, dövlət
büdcəsinin vəsaiti hesabına alınan yanacağı bu məqsədlə istismar edəsən və bütün
bunlar ifşa olunarkən özünü sudan quru çıxarmaq üçün bir vətəndaşın çörəyinə, iş
yerinə bais olasan.
Sizdən bir keçmiş hərbi qulluqçu, bir müharibə veteranı, bir vətəndaş kimi xahiş
edirəm ki, şikayətimdə göstərilən halları şəxsi nəzarətinizə götürəsiniz və mənim işə
bərpa olunmağıma, işlə təmin edilməyimə köməklik göstərəsiniz.
Biz döyüş anında, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “həqiqət
anında” vətəni, dövləti canımızla, qanımızla xarici düşmənlərdən qoruduq, sinəmizi
sipər etdik, indi növbə dövlətimizindir, ümid edirəm ki, dövlətimiz bizi belə daxili
düşmənlərdən qoruyacaq.
Ümid edirəm ki, uğrunda canımızı fəda etdiyimiz bu dövlət bizi haqsızlıq,
ədalətsizlik, harın məmur özbaşınalığı, yoxsulluq, işsizlik qarşısında aciz
buraxmayacaq..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik bəyan etdi: Ermənistan müharibəyə hazırlaşır – Büdcə artırıldı, cavab tədbirlərinə başlandı
Bu gün, 08:48
26 oktyabr seçkiləri Gürcüstanla yanaşı, bütün bölgə üçün nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 08:46
`Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... QANUNİDİRMİ?
Bu gün, 08:42
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
Bu gün, 08:36
Rəis və qaraj müdiri Gəncə MKTB-ni talan edib - BU NƏDİ BELƏ?!
Bu gün, 08:29
Ermənistanın Rusiyanın gözünə kül üfürmək istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:26
Bərdə sakininin başına oyun açdılar - TƏFƏRRÜAT
Bu gün, 08:23
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Bu gün, 08:14
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub - FOTO
Bu gün, 08:11
“Qara delfin”dən gələn yalvarış: - “Allahdan sonra bütün ümid sənədir”
Bu gün, 07:15
Putin Cənubi Qafqazı İrana “verdi” – Surenyants
Bu gün, 07:04
“Dörd Qardaş” MTK məhkəməni də saya salmır... - FAKT BUDUR!
Bu gün, 07:02
Gürcüstanda indiki hakimiyyətin qalib gəlməsi Azərbaycan üçün vacibdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
Bu dövlət qurumları ləğv edilir - AKTUAL
Bu gün, 03:24
Baş nazirin çin olmayacaq arzuları – Xəyali layihədən 10 milyard dollar...
Bu gün, 03:18
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:17
Füzulidə 97,2 milyonluq tikinti-quraşdırma işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Cəbrayılda 93 evin tikintisi 15 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Milyardla dollara amnistiya gəlir? - "Yolu bundan keçir"
Dünən, 19:02
Azərbaycan-Ermənistan danışıqları: - Problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər
Dünən, 19:00
Azərbycanda şirkət müflis olduğunu elan etdi
Dünən, 18:56
Dədəmiz-babamız “Halloween” GÖRMÜŞDÜ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:06
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi DAYANDIRIB?
Dünən, 18:03
"Suriyada yeni humanitar böhran baş qaldırır" - NRC
Dünən, 18:01
Onların Hərbi Qənimətlər Parkına getməsi biabırçılıq idi – Abovyan
Dünən, 18:00
İrəvan ABŞ-la hərbi sazişin müddətini uzadır - KİV
Dünən, 17:57
Ukrayna COP29-u boykota çağırır: Nəticələrin sonu necə olacaq? - Düşməniksə... DÜŞMƏN OLAQ!
Dünən, 17:56
Dövlət Su Ehtiyatları Agentliyinin yeni binası tikilir - 14 MİLYONLUQ TENDER UDULDU
Dünən, 17:53
Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb
Dünən, 17:52
Azərbaycanda Tiktok bağlanır? - AÇIQLAMA
Dünən, 17:50
40-dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR
Dünən, 17:49
Generalın azadlıq istəyi yenə rədd edildi - QƏRAR
Dünən, 17:44
Ukraynalı səfir Azərbaycanı öz düşmənləri ilə bir sıraya qoydu - BU NƏ YEKƏBAŞLIQDIR?
Dünən, 17:41
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: - İran-İsrail qarşıdurması BÖYÜYƏRSƏ...
Dünən, 17:39
Gürcüstanda xaos olsa regionun təhlükəsizliyinə təhdid yaradar - deputat
Dünən, 17:33
Eks-deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı
Dünən, 17:31
Hindistandan Azərbaycana gələnlərin sayı kəskin artıb
Dünən, 17:29
Lütfəli Babayevin milyonlarını ələ keçirənlərin işi: - "Məni girov saxlayırlar"
Dünən, 17:28
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib
Dünən, 17:26
HAMAS lideri Yəhya Sinvarın öldüyü güman edilir
Dünən, 17:24
Məmnuniyyətlə Antarktidaya səfər edərdim
Dünən, 17:01
Dövlət Su Ehtiyatları Agentliyi üçün 13,5 milyon manata yeni bina tikilir
Dünən, 16:59
"Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm" - Modelyerin atasını öldürənlərin cinayət işi
Dünən, 16:56
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Dünən, 16:53
Tanınmış telejurnalistin Azərbaycandan çıxışına QADAĞA - DETALLAR
Dünən, 16:49
Sabiq vəzifəli şəxslər barəsində hökmdən apellyasiya protesti verilib - Baş Prokurorluq AÇIQLADI
Dünən, 16:47
Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı – KİBERDƏLƏDUZLARIN YENİ FIRILDAĞI...
Dünən, 16:45
"Rusiya ilə toqquşmaq istəməyən Qərb... müharibə bitənə qədər Ukraynanı NATO-dan uzaq tutacaq"
Dünən, 16:41
"Bizə bildirdilər ki, büdcədə pul yoxdur" - ETİRAZ VAR...
Dünən, 16:38
İldə 50-60 min tələbə univeristeti bitirir, təyinat isə yoxdur... - NƏ ETMƏLİ?
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru