Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır.
Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.
*** 07:47
Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.
APA-nın yerli bürosunun məlumatına görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya aparılıb.
*** 07:22
Gəncədə binada partlayış baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.