Hörmətli redaksiya!
Əvvəlcədən bildirirəm ki, sizə ünvanladıgım bu məktubda qeyd etdiyim bütün faktlar rəsmi sənədlər əsasındadır və istənilən vaxt həmin sənədləri təqdim edə bilərəm!
***
Mən Suriyada baş verənləri hər kəs kimi həm sevinc, həm də ürək agrısı ilə izləyirəm və dəhşətə gəlirəm. Öz xalqına əzab vermək üçün heç bir memarın aglına gəlməyən bir proyekt- yerin üstündəki türmənin altında türmə proyekti- düşünmək üçün, insana mühəndislik biliyi deyil, insanlıga hədsiz nifrət hissi olmalıdır. Bəşər Əsəd bu cinayətkar əməlini dünyadan gizlin bir formada həyata keçirmişdir. Onun suqutundan sonra adı Bəşərin götürüldüyü bəşəriyyət, onun bu əməllərinə təkcə təəcübünü ifadə etmək üçün deyil, həm də onun bu bəşəri cinayətlərinə nifrətini ifadə etmək üçün hələ də söz axtarışındadır.
Dünyanın on bir iqlim qurşagının doqquzunun oldugu Azərbaycanda Bəşər olmasa da, Bəşərə bənzərlərin olmaması yəqin ki mümkün deyilmiş. Yəqin ona görədir ki, bütün bəşəriyyətdən fərqli olaraq, mən bu halı düz üç ildir dogma vətənimiz Azərbaycanda yaşayıram. Amma gizlində deyil!
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hakimiyyətinin düz gözü önündə. Belə ki mənim torpagımın Şəhadətnaməsi başqa yerdə özbaşına tikilmiş fərdi evə Çıxarış verilməsi üçün Əmlak Komitəsi Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən saxta yolla istifadə edilmiş, mənə məxsus torpaq sahəsi belə desək, Şəhadətnaməsiz qalmışdır!
Məhkəməyə müraciət etdikdən sonra məhkəmə müəyyən etmişdir ki, mənim imzam saxtalaşdırılaraq mənim Şəhadətnaməm əsasında mənə məxsus torpaq sahəsindən kənarda guya mən iki mərtəbəli villa tikmişəm və onu başqasına satmışam. Məhkəmə bütün halları araşdırıb, həmin evə dair çıxarış və sair sənədləri etibarsız oldugu üçün ləgv etmiş, Ekspertizanın rəyi əsasında göstərilən sxem üzrə mənim öz torpagım üzərində , yəni fərdi evdən kənarda mülkiyyət hüququmu bərpa etmək haqqında qətnamə qəbul etmişdir. Həmin iş üzrə Ali Məhkəmə də qərar vermiş və iş icra olunması üçün icra məmuruna göndərilmişdir.
Əlbəttə, qətnamədə və qərarda məhkəmənin şərhi,əsaslandırdıgı halları izah etmək fikrim yoxdur. Çünki yeddi hakim tərəfindən verilmiş, birinci instansiya Məhkəməsinin Qətnaməsi, Apelyasiya Məhkəməsinin Qətnaməsi və Ali Məhkəmənin Qərarının yazıldıgı vərəqlərin sayı ümumilikdə 68 vərəqdir.
Bu arada Şeyx Şamilin ruslarla döyüşəndən sonra həbs olunub qatarla Sibirə göndərilərkən işlətdiyi bir ifadə yadıma düşür.
Şeyx Şamil bir aydan çox yol getdikdən sonra konvoydan soruşur ki, bu getdiyimiz ərazi hamısı Rusiyanın ərazisidir? Biləndə ki, Rusiyanın ərazisidir, Şeyx Şamil deyir: mən bilsəydim Rusiya bu qədər böyükdür, heç vaxt onunla vuruşmazdım.
Eynilə mən də Ali Məhkəmə Qərarının icra edilməsinə başlandıgı gündən bəri getdiyim yol, məndə də eyni ilə Şeyx Şamilin fikrinə bənzər fikir yaradır. Mən bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi (Əmlak Məsələləri Dövlət Xidməti - red.) verir, mən bu yola çıxıb məhkəməyə üz tutmazdım.
Fikrimin necə yayınıq oldugu yazdıgım məktubdan da hiss olunacaq dərəcədə oldugunun fərqindəyəm. Amma bu halı məndə yaradan təkcə Bəşər Əsəd məktəbinin mühəndislik nəzəriyyəsi deyil, eyni nəzəriyyənin daşıyıcısı Əmlak Komitəsinin Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz İlman oglu Babayevdir. Həm də təkcə o da deyil...
Mühəndis olaraq Ramiz Babayevin Bakının yeni yaşayış məntəqələrində sehirli çubugu ilə yol üçün nəzərdə tutulmuş, dəyəri on milyonlarla ölçülən hektarlarla torpaq sahələrini “paketləyib” həzm edərək, əvəzində Sakarya çayı kimi qıvrılan, Hamasın yeraltı tunelləri enində cıgır qoymaq, küçələri dalana çevirmək, yaşayış məntəqələrini çıxılmaz labirintə çevirmək bacarıgı haqqında danışmaq fikrim yoxdur. Çünki bu iş tək bir mühəndisin bacarıgı çərçivəsində deyil. Ramiz Babayev Ali Məhkəmə Qərarı ilə mənə məxsus boş torpaq sahəsi üzərində mülkiyyət hüququmu qeydiyyata almaq əvəzinə, başqa şəxsin yaşadıgı evin altında mənə torpaq sahəsinə dair Çıxarış və plan-ölçü (kadastr) sənədi vermiş və icra məmuruna bəh-bəhlə Məhkəmə qərarını icra etdiyi barədə məktub göndərmişdir. Əlbəttə, əvvəlcə mənməmnunlugumu gizlədə bilmədim və ona məhkəmə qərarını belə operativ şəkildə icra etdiyinə görə təşəkkür də etdim.
Amma sən Ali Məhkəmə qərarını say, görək Əmlak Komitəsi nə sayır. Sonradan bəlli oldu ki hektarlarla torpaqlardan gözü doymayan Babayev, sən demə mənim Şəhadətnaməsiz qoyduqları boş torpagımın özünü də başqa şəxsə satıbmış. (Eynilə “vay küpəmin başı yarımçıq qalan əhvalıma vay” misalında oldugu kimi).
Diqqət çəkən bir məqamsa ondan ibarətdir ki, mənim torpagımı sövdələşdiyi şəxs, Ramiz Babayevin indi getdiyi yolu neçə illər əvvəl getmiş, yəni vəzifəsindən sui istifadə etməklə Dövlət Əmlakını külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və dələduzluq maddəsi ilə 12 il həbsə məhkum olunmuş şəxsdir... Belə yerdə deyirlər “Taylı Tayını tapar”.
Ona görə də mənə verdiyi çıxarışı mənə məxsus boş torpagıma deyil, başqa şəxsin yaşadıgı evin altına veribmiş. O evin ki, vaxtilə mənim şəhadətnaməmi, yəni mülkiyyət hüququmu həmin evə çıxarış vermək məqsədi ilə saxta yolla istifadə edilmiş və mənim torpagım şəhadətnaməsiz qalmışdır. Yəni belə çıxır ki, mənim indi heç torpagım da yoxdur və mənim torpagım, başqa şəxsin faktiki yaşadıgı evin altındadır.Babayev belə hesab edir ki sən demə, məhkəmə mənim torpaq sahəsi üzərində mülkiyyətim dedikdə faktiki yaşayış olan həmin evin( villanın) altını nəzərdə tutubmuş...
Yəni Məhkəmə qərarına qədər şəhadətnaməsi satılsa da heç olmasa boş torpagım var idi. Məhkəmə qərarından sonra, indiki halda isə Ramiz Babayev onu da əlimdən alıb! Səbəbsə Ali Məhkəmə Qərarına olan qəzəbidir...
Ona görə ki, Ali Məhkəmə onun hesab etdiyi kimi, onun icazəsi olmadan, onun özünün sahibi hesab etdiyi torpagı haqqında qərar vermişdir...
Ümumiyyətlə, heç bir mübaligəsiz deyə bilərəm ki, Ramiz Babayev hesab edir ki Bakı şəhəri onun şəxsi mülküdür! Onun Ədliyyə və Məhkəməyə olan münasibəti və onlara olan davranışı bunu deməyə tam əsas verir. Mühəndisin bu fəlsəfi düşüncəsinin nədən qaynaqlandıgı yəqin ki hər kəs üçün anlaşılandır. Lakin ən dəhşətlisi budur ki, hakim məhkəmə qərarını inkar etdiyinə görə məhkəməyə dəvət almış Ramiz Babayevdən Ali Məhkəmə qərarı əsasında mənə verdiyi torpaq sahəsinə dair çıxarışın hansı torpaga aid oldugunu soruşduqda, o çox rahat və inamlı ifadə ilə “başqa şəxsin yaşadıgı fərdi evin altına”, yəni “mövcud olmayan” torpaq sahəsinə deyə cavab verir. Bir sözlə belə çıxır ki Ramiz Babayev mənim olmayan mülkiyyətimi dövlət qeydiyyatına almışdır.
Bu cavabı sətiraltı mənada “ Ali Məhkəmə Qərarını başqasının yaşadıgı fərdi yaşayış evinin altında dəfn etmişəm” kimi də başa düşmək olar.
Ramiz Babayevin mənə təqdim etdiyi , olmayan mülkiyyətin Dövlət qeydiyyatı haqqında Çıxarışın dəyəri, mənimçün adi bir kagız parçası oldugu kimi, sən demə Ramiz Babayev üçün də Ali Məhkəmə Qərarının dəyəriı adi kagız parçasından başqa bir şey deyilmiş. Əslində bu cavab da o qədər təəcüb dogurmur. Çünki bu hal cəzasıslıqdan cəsarət sindromudur.
Ən təəcüblüsü odur ki bu cavabın qarşısında hakimlər təccüblənmir ya da “təəcüblənə bilmir”. Ona, bu “fəaliyyətinə” görə bir il əvvəl 1500 manat , bu il isə 1200 manat cərimə təyin olunur.Yəni pulunu ödə “fəaliyyətə” davam et! Pul da ki nə pul? Dəryada bir damla. Dəyişən cərimənin məbləgidir, dəyişməyənsə Ramiz Babayevin” idarəçilik əleyhinə fəaliyyəti”...
Qərarın icrasını uzatdıqca olunan cərimənin məbləgi də azalır. Belə çıxır ki Ramiz Babayev daha dörd il də Məhkəmə Qərarını icra etməsə, Məhkəmə onu heç cərimə də etməyəcək. Bir sözlə Bəşərin bəşəriyyəti təəcüb qoyan türmənin altında türmə nəzəriyyəsi bu gün də dünyanın gözü bir yana, bizim yekun Qərar vermiş Məhkəmənin gözü qarşısında qüvvədədir. Görünənsə odur ki, bu nəzəriyyə Əmlak Komitəsində hələ uzun müddət qüvvədə olacaq.
Sizcə, Bəşər Əsədin öz vətəndaşına yerin altında verdiyi “yaşam hüququ” ilə Əmlak Komitəsinin vətəndaşa yerin altında verdiyi “mülkiyyət hüququ” arasında fərq varmı? Məşhur Atalar sözümüz olan “Birənin qanın aldın-canın aldın” ifadəsini yada salsaq, heç bir fərqi yoxdur!
...Tək bir məsələdə cavab tapmaga çətinlik çəkirəm. Bu ölkədə, mənim kimi yer altında “mülkiyyət hüququ” olanların və ya hüquqları dəfn olunanların sayı, Bəşərin yer altındakı türmədə saxladıqlarının sayından çoxdur ya az?
Amma tək bildiyim odur ki, Bəşər getdi, amma Ramiz Babayevin timsalında bizim “Bəşərlər”in həm müəllimləri həm də şagirdləri hələ də iş başındadırlar... Düşünəndə ki, “yaxşı” müəllimin şagirdləri ondan daha çox “bilikli” olur,gələcəyimizi düşünərkən insan dəhşətə gəlir...
Belə çıxır ki, Əmlak Komitəsinin gələcək nəsillərə yerin yeddinci qatında mülkiyyət hüququ qeydiyyata almaq haqqında gizlin planları da ola bilər.
Bu illər ərzində əmin oldum ki, qanuni qüvvədə olan,lakin şəxsi maraqlar ucbatından icra olunmayan, dövlət adından tanınan neçə-neçə insanın haqqları yatan, Hüquqi Dövlətdə Ədalət mühakiməsinin yekun Qərarı olan Məhkəmə Aktları, Əmlak Komitəsinin zirzəmilərində dəfn edilib və əbədiyyətə qovuşmuşdur! İş Qiyamətə qaldı...
TANRI DÖVLƏTİMİZİ QORUSUN !!!
A.V.Vəliyev
Hürriyyət.az