Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Ermənistanın gizli müharibə hazırlığı haqda Minval.az sensasion yazı hazırlayıb. Bildirilir ki, 2020-dəki məğlubiyyətdən sonra idman klubu kimi kamuflyaj edilmiş xüsusi taktiki, snayper və təxribat hazırlığı mərkəzi yaradılıb. Bu xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir. Taktik baza (ARM Tactical) Ermənistanın paytaxtından cəmi 11-12 km, yaxud maşınla 15 dəqiqəlik məsafədə, tərk edilmiş karxananı xatırladan ərazidə yerləşir.
Məlumatlı mənbələrimizin qeyd etdiyi kimi, ARM Tactical əvvəlcə kiçik bir atış poliqonundan ibarət olub. İndi isə ən müxtəlif təlim prosesləri, müasir taktiki atış texnikası, kiçik zərbə qrupları taktikası və s. öyrədilir. Bu hərbiləşdirilmiş strukturun Ermənistan Müdafiə Nazirliyinin balansında olması barədə də internetdə məlumat yayılıb ki, bu hələ təsdiqini tapmayıb və ya rəsmən təkzib edilməyib. Obyektin hərbi maşınları olan nəhəng təlim mərkəzinə çevrilməsi dövlət tərəfindən maliyyələşdirilməsindən xəbər verir.
Maraqlıdır ki, təlimlərdə könüllülərlə yanaşı, Ermənistanın dövlət qurumlarının əməkdaşları da aktiv iştirak edirlər. Şübhə yoxdur ki, taktiki mərkəz keçmiş xüsusi təyinatlıların və kəşfiyyatçıların toplaşdığı əsl terrorçu təlim mərkəzidir. Kameraya çəkilən və sosial şəbəkələrdə yerləşdirilən bütün taktiki texnikalar NATO-nun xüsusi təyinatlı qüvvələrinin analoji təlimlərinin məşqidir.
Beləliklə, Ermənistanda təxribat və terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanıldığı aydın olur. Üstəlik, bu, dövlətin nəzarəti altında, görünür, dövlət büdcəsi hesabına, eyni zamanda “idman klubları”, “yeniyetmələr üçün sağalma məktəbləri” və s. adı altında həyata keçirilir.
Aydındır ki, bu qruplar ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı terror müharibəsi üçün hazırlanır. Həmçinin şərti sərhədlərdə səngərlər qazılır, hərbi texnika yerləşdirilir.
Fakt budur ki, rəsmi İrəvan eskalasiya yolunu seçir - Paşinyanın sülh bəyanatlarının arxasından revanşistlərin istəkləri çıxır. Avropa İttifaqının hərbi-casus şəbəkəsinin ömrünün daha iki il müddətinə uzadılması da Ermənistanın gərginliyi tətikləmək niyyətinin məntiqi davamıdır.
Bütün bunlar nə anlam kəsb edir? Ermənistandakı son addımlar Azərbaycan komando bölüklərinə qarşı hazırlıqlara bənzəyir. Elə isə niyə bunu rəsmi şəkildə etmirlər?
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənilərin sülh adı altında apardığı gizli hərbiləşmə siyasəti artıq bizə məlumdur və bu özünü 2025-ci il dövlət büdcəsində aydın şəkildə büruzə verir: “Təəssüf ki, Ermənistanın bu addımı ilə sülh "canfəşanlığı" üst-üstə düşmür və bu proses Cənubi Qafqazda sülhə açıq aşkar təhdiddir. Ermənistan öz məkrli siyasətinin beynəlxalq müstəviyə çıxmaması, eyni zamanda xalqın aqressiyası ilə üzləşməmək üçün öz planlarını müxtəlif adlar altında kamufilə edir. Rəsmi İrəvanın qanunvericilik sistemində etdiyi bir sıra dəyişikliklər Azərbaycana qarşı diversiya-təxribat işlərini dəstəkləyir. Bu da deməyə imkan verir ki, Ermənistan revanşa hazırlanır. Qarşı tərəfin sürətlə silahlanması, sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artıra bilər. Çünki Ermənistanın bu hərəkəti Azərbaycan, eyni zamanda onun müttəfiqləri üçün təhlükədir. Qeyd edim ki, Azərbaycan regionda sülhün bərqərar edilməsində maraqlı tərəfdir. Lakin Azərbaycan Ordusu ölkəmizə və onun ərazi bütövlüyünə qarşı olan istənilən təxribata cavab vermək iqtidarındadır".
A.Nağıyev bildirdi ki, qonşu dövlətlər arasında sabitliyin əsas şərti qarşılıqlı olaraq suverliyin tanınmasıdır: “Əgər ermənilər bunu başa düşməsə, "Dəmir yumruq" hər zaman başlarının üstündə olacaq".
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son vaxtlar konkret olaraq qarşısına məqsəd qoyub və öz ordusunu hazırlamaq üçün müəyyən planlar həyata keçirir: “Bu planların içərisində ayrı-ayrı vaxtlarda güc strukturlarında xidmət etmiş şəxslər, yaxud vaxtilə silahlı qüvvələrdə təmsil olunanları, bu gün ehtiyatda olan şəxsləri - onların aralarında idmançılar da var - bir çətir altına toplayırlar. Təlimatçıların da cəlb olunduğu mərkəzdə onlara hazırlıqlar keçirlər ki, sabah təxribatlar üçün onların fəaliyyətindən istifadə olunsun. Onların arasında xüsusi təyinatlılar da, kəşfiyyatçılar da var. Bu şəxsləri xüsusi proqram üzrə hazırlayırlar. Özü də bunlar bu gün üçün, sabah üçün yox, yaxın gələcək üçün hazırlanır. Ermənistan NATO-nun xüsusi təyinatlılarının proqramı əsasında bu şəxsləri hazırlayır. Üstəlik, biz bilirik ki, Ermənistan təxribat və terror üzrə dünyada ad çıxaran ölkədir. Bu ölkənin təməli təxribat və terror üzərində qurulub. Ona görə də Ermənistanda yeniyetmələr və gənclər üçün mərkəz və klub adında hələ çox hoqqaların şahidi olacağıq”. Ü.Cəfərov düşmən təxribatlarına qarşı nə etməli olduğumuz barədə bunları söylədi: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı işlər davam etdirilir. Ermənistan Təhlükəsizlik Şurası daha çox Ermənistan ətrafındakı riskləri dəyərləndirir, müəyyən məsələləri müzakirə edirlər, bu da başadüşüləndir. Ermənistanın Azərbaycanın Komando hərbi hissələrinə çatması üçün on il vaxt lazım olacaq. Həmçinin 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanın öz ordusunu döyüş qabiliyyətinə çatdırmaq üçün 5-10 il vaxt lazımdır. Onlar hələ öz məqsədlərini rəsmən elan etməyəcəklər. Çünki Ermənistanın silah-sursat almaqla bağlı da çətinlikləri var. Bəzən ağlayıb-sızlayırlar ki, maliyyə vəziyyəti yaxşı deyil. Orduda xeyli rüşvətxorluq və korrupsiya faktları mövcuddur. Keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılması, eks-nazir David Tonoyanım həbs edilməsi, o cümlədən Qarabağda təlimatlandırılıb göndərilmiş Calal Arutyunyana qarşı elan olunan ittihamlar bunun sübutudur”. Polkovnik dedi ki, Ermənistanın sülh bəyanatları bizi arxayınlaşdırmamalıdır: “Bu dövlətin adı Ermənistandır. Bu ölkə hər zaman separatçılığı, terroru, dağıdıcılığı əsas götürərək formalaşıb. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları həm Azərbaycanın müvafiq qurumları tərəfindən izlənilir, təhlil olunur. Eyni zamanda Ermənistan hazırlaşır. Yaxın illər üçün 102-ci hərbi bazanın müəyyən təhdidləri ola bilər, həm Türkiyə, həm Azərbaycan faktoru var. Üstəlik, onlar qəti qərar veriblər ki, Qərb çətiri altında - Amerika, Fransa, Yunanıstanın çətiri altında öz gələcəklərini qursunlar. Bu istiqamətdə də fəaliyyətləri, KTMT tədbirlərindən imtina qərarları bunu sübut edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
|