Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Tarix: 27-01-2025, 19:00 | Çap et
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə cəmi iki gün qalıb. Belə ki, ölkəmizdə yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 6-da deyib ki, seçkilərdə 16 min 174 namizəd mübarizə aparacaq. Onlardan 8 min 429 nəfəri 23 siyasi partiyanın üzvüdür. MSK sədri vurğulayıb ki, bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25 min 685 nəfərdir.
2024-cü ilin dekabrında MSK siyasi partiyalara və siyasi partiyaların bloklarına pulsuz efir vaxtı və kütləvi informasiya vasitələrində dərc üçün yer ayrılacağı barədə məlumat yayıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.
Müşahidələr onu deməyə əsas verir ki, bələdiyyə seçkiləri sönük keçir. Çünki bu günlərdə təbliğat-təşviqat kampaniyasının qaynar vaxtı olmalı idi, amma ölkədə də, ölkə gündəmində də seçki ab-havası hiss olunmur. Bu da onun göstəricisidir ki, Azərbaycanda yerli özünüidarə orqanlarına maraq da, inam da azdır. Ekspertlər bunun bir sıra səbəblərinin olduğunu bildirirlər. AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü, analitik Əli Oruclu cavablandırıb:
- AMİP iki gün sonra keçiriləcək bələdiyyə seçkilərində hansı formada iştirak edir?
- Bu il keçirilən bələdiyyə seçkilərində AMİP 25 namizədlə iştirak edir. Doğrudur, marafona daha çox namizədlə qoşulmuşduq. Lakin bir sıra səbəblərdən onların bəziləri sonadək prosesdə iştirak edə bilmədi. Biz həmin insanların da seçimlərinə hörmətlə yanaşdıq. Hazırda bələdiyyələr uğrunda mübarizəsini davam etdirən namizədlərimizin qalib gəlmə şanslarını yüksək qiymətləndirirəm və ümid edirən ki, öz ərazilərində seçicilərin etimadını qazanaraq qalib gələcəklər. İrəli sürülən namizədlərin həm namizəd olduqları bələdiyyə subyektlərində, həm də partiya həyatında həmişə fəal olan, seçicilərin problemlərini öz problemləri hesab edən, potensiallarına ümid bəslənən şəxslərdi.
Təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir. Heç şübhəsiz ki, AMİP bələdiyyə seçkiləri uğurla başa vuraraq, bələdiyyə orqanlarında da təmsil oluna biləcək. Fürsətdən istifadə edərək qələbə uğrunda mübarizə aparan namizədlərimizə uğurlar arzulayıram.
- Bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasının ən qaynar günləri olsa da, ölkədə seçki ab-havası hiss olunmur. Bunun səbəbləri nələrdir?
- Ölkədə seçki ab-havasının hiss olunmaması təkcə bələdiyyə seçkiləri üçün xarakterik olan hal deyil. Bütün seçkilər bu cür atmosferdə keçirilir. Digər tərəfdən, bələdiyyələrə olan ümidlər özünü doğrultmadığından və yerli özünüidaretmə funksiyalarını normal icra edə bilmədiyindən bu qrumlara qarşı maraq yox dərəcəsindədir. İnsanlar bələdiyyələrə əvvələr ancaq torpaq satan bir orqan kimi baxırdılar. Bələdiyyələrlə bağlı qanunvericilik bazası yaradılsa da, onların fəaliyyətini tənzimləyən qanunlar qəbul edilsə də, bu qanunların işləmə mexanizmləri olmadığından fəaliyyət də yoxdur. Nəticədə seçkili qurum olan bələdiyyələr təyinatlı orqanların, icra hakimiyyətlərinin təsiri altına düşüb. Bütün bələdiyyələr istisnasız olaraq rayon icara hakimiyyətlərinin strukturlarına daxil olmayan tabeli orqanlar halındadır. Hətta vəziyyət o həddə çatıb ki, bələdiyyələrin üzvlərini də, sədrlərini də bir çox hallarda icra başçıları seçir və seçilməsinə göstərişlər verir. Belə olan halda təbii ki, bələdiyyə seçliklərinə həm aktiv, həm passiv seçki hüququ olanlar həvəs göstərmir və fəal iştirakdan könüllü imtina edir. Hökumətin özünə də seçkilərin sakit, rəqabətsiz və talatümsüz şəraitdə keçirilməsi sərf edir. Həm də ona görə ki, əhalinin fəallaşmasını, idarəetmədə iştirak cəhdini qətiyyən istəmir. Bələdiyyələr faktiki olaraq cəmiyyətdə lazımsız, heç nəyə yaramayan bir təsisat kimi qəbul edilir. Ona görə də, vətəndaşlar nəinki seçkilərdə iştirak edir, hətta buna ironik yanaşır. Hazırkı məqamda bələdiyyə seçkilərinin əslində təbliğat-təşviqat kampaniyasın ən aktiv fazası hesab olunsa da, hətta seçki məntəqlərinin qarşısında quraşdırılan lövhələrdə namizədlərin təbliğat materillarına rast gəlinmir. Çünki bələdiyyəyə namizədlərin özləri də seçkilərə inanmırlar, sadəcə hansısa səbəblərdən prosesə cəlb ediliblər. Bələdiyyə seçkilərinin belə səviyyədə və belə atmosferdə keçirmək ölkə üçün yaxşı heç nə vermir.
Ötən ilin 1 sentyabrnda keçirilən parlament seçkilərində də əhali fəallıq göstərmədi. Bunun tək səbəbi odur ki, Azərbaycanda seçkilər və seçkili institutları formal xarakter alıb. Rəqabət mühiti demək olar ki, yoxdur. Seçicilərin sərbəst və azad seçim imkanları məhdudlaşdırılıb.
- Əhalini seçkilərə təşviq edən siyasi partiyalar da bələdiyyə seçkilərinə etinasız yanaşırlar...
- Təəssüf ki, bu hal təkcə bəklədiyyələr üçün xarakterik hal deyil. Ümumilikdə seçkili qurumların özünə istər cəmiyyətədə, istərsə də cəmiyyətin fəal kəsimi olan siyasilərin, siyasi partiyaların da inamsızlığının şahidi olmaqdayıq. Ötən ilin 1 sentyabrda Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində də seçici fəallığı çox aşağı oldu. İnsanlar seçkilərdə iştirakı vaxt itikisi hesab etdilər. Baxmayarq ki, qanunverici hakimiyyət 3 hakimiyyət qollarındann biri sayılır və qanunverici orqan kimi dövlətin idarə edilməsində mühüm rola malikdir. Müşahidə etdiyiniz kimi, parlament seçkilrində də aktivlik demək olar ki hiss edilmədi. Digər tərəfdən, nəticəsi əvvəlcədən məlum olan seçkilərdə iştirakın mənası qalmır. Məsələn, mən yaşadığım Binəqədi rayon Rəsulzadə bələdiyyəsinin nəinki yeni formalaşdırılacaq üzvlərini, hətta sədrin kim olacağını çoxları indidən bilir. 2010-cu ildən bələdiyyə sədri olan Hümbət Hüseynovun yerində qalacağı indindən məlumdur.
Sivil ölkələrdə bələdiyyələr çox böyük nüfuza sahibdir. Qardaş Türkiyənin nümunəsində biz bunun dəfələrlə şahidi olmuşuq. Türkiyədə sonuncu dəfə keçirilən bələdiyyə seçkilərində seçici fəallığını, siyasi düşərgələrin hər bələdiyyə uğrunda apardığı ciddi mübarizəni, təbliğat-təşviqat kampaniyalarının izdihamlı və kütləviliyini, ümumi seçki həyacınını həsədlə izlədik. Biz “iki dövlət, bir millət” tezisləri ilə çıxış edirik hər zaman, amma nədənsə təəssüflər olsun ki, Azərbaycanda Türkiyə modelinin və zəngin təcrübəsinin Azərbaycanda tətbiqinə imkan verilmir. Keçmiş sovet streotiplərindən xilas olmaq hələ də müəyyəssər olmayır. Bələdiyyələr həm də siyasi qüvvələrin cəmiyyətdə nüfuzunun, dayağının və eloktoratının ilk baraometri hesab olunur. Həmçinin siyasi hakimiyyətin tramplini kimi əhəmiyyətli orqandır. Amma bizdə bələdiyyə yoxdur, bələdiyyənin imitasiyası var.
Bizim bələdiyyələrlə bağlı zaman-zaman müxtəlif təkliflərimiz olub. Həmin təkliflərdən biri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Xırdalan kimi şəhərlərdə böyük şəhər bələdiyyələrinin yaradılması və icra oqranlarının bir sıra səlaiyyətlərinn onlara verilməsini, həmin bələdiyyə sədrlərinin də birbaşa xalq tərəfindən seçilməsi kimi vacib məqamlar öz əksini tapıb. Təəssüf ki, hökumət hələ də köhnə qaydada işləməyə üstünlük verməkdədir.
- Bələdiyyələrin əsas problemi kimi maliyyəsinin olmaması göstərilir. Sizcə, yerli özünüidarəetmə orqanları maliyyə qaynağını necə tapmalıdırlar, hansı yollar məqbuldur?
- Hər bir təşkilatın normal fəaliyyət göstərməsi üçün maliyyə təminatı vacib şərtlərdən biridir. Bələdiyyələrin maliyyə təminatı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunla tənzimlənir. Həmin qanuna görə bələdiyyələr yerli büdcə gəlirlərindən - Vergi Məcəlləsinin təsbit edilmiş fiziki şəxslərin torpaq vergisindən, fiziki şəxslərin əmlak vergisindən, yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisindən, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisindən, mülkiyyətində olan daşınmaz əmlak üzərində rüsumu, reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərdən, kurort, mehmanxana, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlərdən, dövlət büdcəsindən verilən dotasiya, subvensiyalardan, bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gələn gəlirlərdən, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlərdən, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantlarından, dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaitindən, bələdiyyə vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalardan formalaşdırılır. Göründüyü kimi, bələdiyyə bücəsinin gəlirləri üçün müəyyən imkanlar qanunda nəzərdə tutulub. Lakin yuxarıda sadaladığım mənbələrin bir çoxuna bələdiyyələr əlçatan deyil. Mən bildiyim qədər hələ da bələdiyyə mülkiyyətini dövlət mülkiyyətindən ayıran “sərhədlər” yoxdur. Aydın deyil ki, tutaq ki, yerlərdə bələdiyyənin mülkiyyəti hansılardı, dövlət mülkiyyəti hansılardı. Ümumilikdə götürəndə, bu gün bələdiyyə bübcəsinin formalaşdırılmasında yer alan bələdiyyə əmlakı, bələdiyyə mülkiyyəti, yaxud avtomobil dayanacaqları və s. kimi maliyyə mənbələri bələdiyyələrin əlində deyil. Bu gün bələdiyyələr dövlət büdcəsindən ayrılan cüzi dotasiyalar hesabına ayaq üstündə güclə dayanır. Büdcəsi olmayan orqanın da yerli problemlərin həllinə təbii ki heç bir köməyi ola bilmir və bu da nəticə etibarilə haqlı olaraq insanlar arasında nüfuzdan, hörmətdən düşməsinə səbəb olur.
Bələdiyyələrə hazırda qüvvədə olan qanunvericiliklə maliyyə əldə edilməsinə imkan yaradılarsa, müəyyən qədər fəaliyyətində dönüşə nail olunar. Hesab edirəm ki, bəzi səlahiyyətlər də icra hakimiyyətlərindən alınaraq bələdiyyələrə verilməlidir. Ümumilkdə götürsək, Azərbaycanda yeni idaretmə sistemi yaradılmalıdır. Sovet dönəmindən miras qalan partiya komitələrini əvəz edən yerli icra hakimiyyətləri ləğv edilməli, həmin qurumlar Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri kimi fəaliyyət göstərməli və bələdiyyələrin funkisonallığını artırmaq lazımdır. Yeni mobil və çevik, effektiv kollektiv idaretmə müasir dövrün tələbləridir. Bu tələblər və çağırışlar nə qədər tez həyata keçirilsə, bir o qədər cəmiyyət üçün də, dövlət üçün də fayda gətirər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54 |
|
|
|
• İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49 |
|
|
|
• AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39 |
|
|
|
• AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32 |
|
|
|
• MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib - TƏFƏRRÜAT
Dünən, 17:29 |
|
|
|
• Nəsiminin məzarı Azərbaycana gətiriləcək? - AÇIQLAMA
Dünən, 17:20 |
|
|
|
• Putinin iki eyni oyununa riyakar yanaşma: - Kiyevə “olar”, Bakıya “yox” dedilər
Dünən, 17:15 |
|
|
|
• Ramiz Rövşənə növbəti dəfə mənzil verilib
Dünən, 17:01 |
|
|
|
• Tanınmış prodüser müğənnilərin PAXIRINI AÇDI: - “Baxış sayını pulla artırırlar”
Dünən, 16:48 |
|
|
|
• "Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:46 |
|
|
|
• AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
• Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək - DİQQƏT!
Dünən, 16:38 |
|
|
|
• "Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir" - İLGİNC...
Dünən, 16:09 |
|
|
|
• Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir - TƏFƏRRÜAT
Dünən, 16:06 |
|
|
|
• Tramp nefti ucuzlaşdırarsa: - Dünyanı, Azərbaycanı və manatı nə gözləyir?
Dünən, 16:03 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ?
Dünən, 15:59 |
|
|
|
• "Nə pulumu qaytarır, nə də maşını sürmək üçün etibarnamə vermir" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalardan yayınması kanalı kimi çıxış edir - FAKT BUDUR!
Dünən, 15:39 |
|
|
|
• Pezeşkian 1996-cı ildə Bakıya niyə gəlmişdi? - İLGİNC...
Dünən, 15:37 |
|
|
|
• Çin startapları Trampı hərəkətə keçməyə sövq edir - KİV
Dünən, 15:34 |
|
|
|
• Ağıllı olmalıyıq, Muş, Samsun, Ərdahan... - Mikayelyan
Dünən, 15:31 |
|
|
|
• Moskvadakı görüşün gizli tərəfi – Rəhman Mustafayevə Rusiya XİN-də nə deyilib?
Dünən, 15:26 |
|
|
|
• Dəhliz üçün köhnə qayda: - Moskva-Zəngəzur-Tehran xətti bərpa edilir
Dünən, 15:24 |
|
|
|
• Rus ordusu Dvireçnayanı da işğal etdi
Dünən, 15:22 |
|
|
|
|