Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                     Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... .....                     Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı .....                     Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə .....                     Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb .....                     Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… .....                     Dövlət qurumlarında maaş problemi .....                     Zaur Mikayılovun işçisi MEYDAN SULADI .....                     Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Ronald Reyqan deyərdi ki... .....                     Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər .....                     Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? .....                     Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                 

Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 00:28 | Çap et
Ankara masanı böyüdür, Bakı susur...
Yanvarın 20-də Ağ Evə yerləşən Tramp administrasiyası böyük həyəcan içində olan Ermənistan hakimiyyətini bir qədər rahatladacaq ilkin addımlar atılıb. Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığında Azərbaycan-Ermənistan normallaşma prosesini də müzakirə edib.

“Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında davamlı və şərəfli sülhün vacibliyini müzakirə ediblər”, - telefon danışığı barədə Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

Bu, nədən Ermənistan hakimiyyəti üçün bu qədər əhəmiyyətlidir?

Baş nazir Nikol Paşinyan Qərbə inteqrasiya kursunu ölkənin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasının başlıca qarantı sayır. Müharibədən sonra bu istiqamətdə atılan addımlar, nəhayət, ötən il 5 aprelində ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli razılaşmaya, bu ilin əvvəlində İrəvanın Avropa İttifaqına üzvlük niyyətini rəsmiləşdirən qanun layihəsinin parlamentdə qəbul olunmasına, habelə Birləşmiş Ştatlarla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına gətirib çıxarıb. Vaşinqton-İrəvan münasibətlərinə aid bütün məsələlər demokrat, Ermənistana açıq siyasi dəstək verən Bayden administrasiyası dövründə atılıb.

Tramp fərqli xarici siyasət prioritetləri ilə Ağ Evə qayıdıb, onun dövründə Vaşinqtonun Cənubi Qafqaz, Rusiya ilə bağlı siyasətinin necə olacağı hələ ki, aydın deyil. İrəvanda hesab edirlər ki, ABŞ-nin dəstəyi azalarsa, bu, İrəvanın Azərbaycanla sülh danışıqlarında mövqelərini zəiflədəcək. Nəticə etibarı ilə Bakının Zəngəzur dəhlizi, Qərbi azərbaycanlıların repatriasiyası, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı tələblərin qəbul olunmasına gətirib çıxara bilər.

Ötən il Bayden hökumətinin Türkiyə ilə imzaladığı strateji tərəfdaşlıq razılaşması da Ankaranın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına dəstəyini ehtiva edir. Vaşinqton hesab edir ki, Türkiyənin Azərbaycanla isti münasibətləri, dolayısı ilə təzyiq imkanları Qərbin bölgədəki maraqlarının həyata keçirilməsi üçün vacib əhəmiyyətə malikdir. Bu maraqlardan biri də Ermənistanın Rusiyanın təsirindən çıxarıb, bütövlükdə bölgənin Qərbə inteqrasiyasına nail olmaqdır.

Ötən il Türkiyə XİN bu istiqamətdə fəal diplomatiya aparıb, Azərbaycan və Ermənistanla yüksək səviyyəli görüşlər keçirib. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması, Ermənistan-Türkiyə sərhədlərinin açılması əsas müzakirə obyekti olub.

Bu məsələnin Dövlət katibi Marko Rubio və Hakan Fidan arasında ilk müzakirədə prioritet mövzulardan biri olması İrəvan üçün rahatlayıcı amildir, ümidlər yaranır ki, Bayden administrasiyası dövründə qət olunan məsafə daha da uzanacaq və proses yarıda qırılmayacaq.

Türkiyə də prosesi ardıcıl olaraq davam etdirir. Yerli media yazır ki, Ankarada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı keçirilən görüş bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Qeyd olunur ki, Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç, Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya üzrə baş direktor müavini Ayşe Üzer, Xarici İşlər Nazirliyinin nümayəndələri Arif Ekmekçi və Önder Akgün tərəfindən təşkil edilən görüşdə Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan, Palata Məclisinin sədri İdris Asay və İdarə Heyətinin üzvləri iştirak edib.

İclasın əsas gündəm mövzusu Qarsın Akyaka bölgəsində yerləşən Şərq Qapısı sərhəd keçid məntəqəsinin açılışı, bu prosesin Qars sakinləri üçün fəsadları və qapının açılmasının bölgə üçün mümkün sosial-iqtisadi nəticələri olub. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıç prosesin mahiyyətini ətraflı şəkildə açıqlayıb və bu addımın region və ölkə üçün əhəmiyyətini qeyd edib.

Ticarət və Sənaye Palatasının prezidenti Kadir Bozan deyib: “Biz Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyirik və problemlərin həllindən və münasibətlərin normallaşmasından sonra Şərq Qapısı sərhəd keçidinin açılacağına inanırıq. Təkcə ölkələrimizin deyil, həm də bölgənin, bölgə sakinlərinin də iqtisadi və sosial inkişafına böyük töhfə verəcək”.

“Sərhəd qapılarının açılması Qarsın ticarət həcmini artırmaqla yanaşı, bölgədə məşğulluğu artıracaq və iqtisadiyyatımıza güclü təkan verəcək. Bu mühüm hadisə həm də Qarsın regional əlaqələrini gücləndirəcək və beynəlxalq əməkdaşlığı yeni səviyyəyə qaldıracaq”, - o vurğulayıb.

Qars Ticarət və Sənaye Palatasının hər zaman regional əməkdaşlığa və iqtisadi inkişafa təkan verəcək bu cür addımların tərəfdarı olduğunu bildirən Bozan bu görüşün Qarsın gələcəyi üçün mühüm yol açacağına inandığını vurğulayıb.

Beləliklə, nazirlərin, diplomatların masasında olan sərhədlərin açılması məsələsi artıq icmaların iştirakı ilə daha geniş çevrəni əhatə etməyə başlayıb. Türkiyə konkret addımlar atır və Ermənistanla qapıları açmaq üçün ictimai zəmin hazırlayır. Doğrudur, Ankarada təşkil olunan müzakirələrdə sərhədlərin Azərbaycan-Ermənistan normallaşma prosesinin uğurla yekunlaşmasından sonra həyata keçirilməsi barədə qeydlər var. Amma məsələnin daha geniş müstəviyə çıxarılmasının özü Bakıya prosesi sürətləndirmək üçün təzyiq xarakteri daşıyır.

Azərbaycandan Ankaranın bu gündəminə reaksiyası publik deyil. Yanvarın ortalarında Bakıya gələn xarici işlər naziri Hakan Fidan həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə görüşərək, ətraflı müzakirələr aparıb. Şübhəsiz, Fidan digər məsələlərlə yanaşı, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ənənəvi mövqeyini yenidən gündəmə gətirib.

Azərbaycanın rəsmi mövqeyi belədir ki, Ermənistanla normallaşma prosesi ikitərəfli prosesdir, ona xarici müdaxilələr yolverilməzdir. Bakı Birləşmiş Ştatlar və Avropa İttifaqını prosesdən kənarlaşdıraraq, İrəvanla bir neçə istiqamətdə iş aparır. Onların sırasında sərhədlərin dəqiqləşdirilməsi də var və bu yöndə tərəflər tərəqqi əldə ediblər. Ehtimal etmək olar ki, Bakı bu mövqeyini nəzakətli şəkildə öz müttəfiqinin də diqqətinə çatdırır. İndiki qeyri-müəyyənlik dövründə Bakının əsas şərtləri təmin olunmadan sülh sazişinə imza atılmayacaq. Ankaranın nə qədər səbir edəcəyi isə müəmmalıdır - ya Azərbaycanı gözləyəcək, yaxud İrəvanla bir mərhələyə qədər gətirdiyi normallaşma prosesini yeni mərhələyə daşıyacaq...

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru