“Xalq Sığorta” ASC-nin İdarə Heyətinə iki yeni üzv seçilib.
"DİA-AZ" xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, Eldar Abbaszadə Rafail oğlu və Altun Şabanov Abbas oğlu İdarə Heyətinin üzvü seçiliblər.
Hazırda İdarə Heyətinə Roman Vəliyev Alpaşa oğlu sədrlik edir.
Altun Şabanov 2019-cu ildən Biznesin inkişafı departamentinin direktoru, Eldar Abbaszadə 2023-cü ilin iyulundan Satış departamentinin direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.