Tarixi məhkəmə prosesi başlayır - Gözlər BAKIDA!
Bu həftə (yanvarın 17-də) Bakıda tarixi məhkəmə prosesi başlayacaq. Qarabağdakı xunta rejiminin keçmiş və son rəhbərləri, hərbi cinayətkarlar ilk dəfə hakim qarşısına çıxarılacaq. “Yeni Müsavat” bildirir ki, irəli sürülən ittihamlar toplusu onların hamısına ən ağır cəzalar, o sırada ömürlük həbs vəd edir.
Bu arada Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, İrəvan “Azərbaycan tərəfindən həmin şəxslərə qarşı aparılan qanunsuz (?! - red.) məhkəmə prosesləri ilə bağlı” ayrıca məhkəmə işi başladıb. Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın sonuna kimi Bakıda saxlanılan erməni hərbi cinayətkarlarla haqqında tam məlumat verməsini tələb edib. “Qeyri-qanuni (? - red.) həbs edilmiş erməni hərbi əsirlərin azad edilməsi ilə bağlı məhkəmə işlərində Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə müvafiq tələblər təqdim edib”, - Kirakosyan bildirib.
O, məsələnin guya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) də müzakirə olunduğunu deyib: “Hazırkı mərhələdə AİHM Azərbaycan üçün konkret müddət müəyyən edib - yanvarın sonuna qədər bütün saxlanılan şəxslər haqqında məlumat vermək. Bütün saxlanılan şəxslərlə bağlı ətraflı məlumat veriləcəyini gözləyirik. Xüsusilə onların səhhəti, hüquqları və saxlanma şəraiti haqqında”. Görəsən, Kirokosyan hansı qanunsuz həbsdən dəm vurur? Azərbaycan dövlətinə illərlə meydan oxumuş, xalqımıza qarşı saysız cinayətlər, o sırada soyqırımları törətmiş caniləri sərbəst buraxmalı idik? Bəs ayrıca “məhkəmə işi başlatmaqla” İrəvan nəyə nail olmaq istəyir? Bakı AİHM-ə onun qərarı əsasında yanvarın sonunadək məlumatı verəcəkmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, əvvəla saxlanılan erməni hərbi canilərinin səhhəti, saxlanma şəraiti haqda tez-tez məlumat verilir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlarla görüşür, ailələri ilə əlaqə saxlamaq imkanı yaradılır: “Bu məsələdə şəffaflıq təmin olunub və hər hansı narazılıq yoxdur. Azərbaycan həm yerli, həm beynəlxalq hüquqa uyğun olaraq təqsirləndirilən şəxslərlə rəftar edir, onların məhbus kimi nəzərdə tutulan hüquqları təmin edilir. O baxımdan, Avropa Məhkəməsinin ayrıca məlumat əldə etmək istəyində problem yoxdur, Azərbaycan onları təqdim etməyə hazırdır. Sadəcə, Ermənistan Avropa Məhkəməsinə müraciətlə işi beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq istəyir. Halbuki həmin hərbi cinayətkarlar Azərbaycan ərazilərində qanunsuz əməllərlə, terrorçuluqla məşğul olublar, onların mühakiməsi də daxili işimizdir. Əgər bir narahatlıq varsa, Azərbaycan saxlanılan separatçı liderlər haqda məlumat verə bilər”.
Ç.Qənizadə bildirdi ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan hərbi cinayətkarların cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib: “Ermənistan Avropa Məhkəməsinin üstünə qaçmaqdansa, bu təklifi dəyərləndirib istintaq qrupu göndərə bilər. Biz bu cinayət işi üzrə hər şeyin üzə çıxmasının, onların layiqli cəzalarını almalarını istəyirik. Ermənistan da Bakıya heyət göndərməklə prosesdə iştirak edə bilər. Azərbaycan bütün şəffaflığı təmin edir. Onsuz da bu şəxslərin qatil, terrorçu, Azərbaycan qanunlarına və dövlətə qarşı fəaliyyət göstərdikləri hamıya aydındır. Ermənistan ərazisində belə bir qondarma rejim olsaydı, onlar necə davranardı? Elə spiker Simonyan demişdi ki, İrəvanda olan ”artsax nümayəndələri"nin toplaşması, iclaslar keçirməsi Ermənistan dövlətçiliyinə təhdiddir və leqal hökumət olduğu yerdə ikincisi ola bilməz. Madam ki Paşinyan iqtidarı bu həqiqəti özləri üçün dərk edir, Azərbaycana gəldikdə bizim dözüm nümayiş etdirməyimizi gözləmək absurddur".
Hüquq müdafiəçisi əlavə etdi ki, məhkəməsi başlanacaq erməni terrorçuları bu maddələrlə ömürlük həbs cəzası gözləyir. Onların ekstradisiyasını hazırda mümkün hesab etməyən Ç.Qənizadə bildirdi ki, sülh müqaviləsi imzalanarsa, dövlətlər arasında diplomatik əlaqələr olarsa, iki qonşu arasında etimad yaranarsa, bəlkə nə zamansa onlar ekstradisiya edilə bilər, indisə real deyil, bu canilər xalqımıza etdikləri cinayətlərə görə ömürlük həbsdə qalmalıdırlar: “Məhkəmə istintaqı dövründə onların özləri cinayətlərini etiraf edəcəklər. 2500 epizod üzrə istintaq materialları, dəlil-sübutlar, onların etirafları və şahidlərin ifadələri var. Dünya bu prosesi izləyəcək və Avropa Məhkəməsinə də aydın olacaq ki, erməni separatçılar hansı cinayətləri törədiblər”.
Qeyd edək ki, Qarabağda, əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizə qarşı törədilən amansız, insanlıqdan kənar cinayətlər irqçi, faşist Zori Balayanın kitablarından tutmuş həmin cinayətlərdə birbaşa iştirak ermənilərin öz dillərindən də dünyanın müxtəlif mətbu orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında dərc olunub. Azərbaycan İsraildən sonra ikinci dövlətdir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Bu, Azərbaycanın legitim hüququdur. Məlumdur ki, 30 ildə torpaqlarımızın işğalına, ərazilərimizin beynəlxalq terrorçuların və beynəlxalq narkomafiyanın, silah qaçaqmalçılığının sığınacağına çevrilməsinə göz yuman beynəlxalq birlik hərbi cinayətkarların cəzalandırılması üçün hansısa addım atmırdı və atmayacaqdı. Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs şəhid olmuş və 32 mülki şəxs isə yaralanmışdı. Bununla yanaşı, oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmış, mülki infrastruktura külli miqdarda ziyan dəymişdi. Ümumilikdə isə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olmuş, 108 nəfər yaralanmışdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Bu gün, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
|