İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 01:22 | Çap et
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb?
ABŞ-da yenidən prezident seçilmiş Donald Tramp: "Mən müharibə etməyə gəlməmişəm, müharibələri dayandırmağa gəlmişəm" deyir. Ancaq o, öz səlahiyyətlərinin icrasına hələ gələn il yanvarın 20-də başlayacaq. İki aya yaxın vaxt var. Bu vaxtdan isə hərə öz məqsədləri üçün istifadə edir.
Hələ ki Tramp, sadəcə, yeni seçilmiş prezidentdir. Cozef Bayden isə tam səlahiyyətli prezident olaraq iki aya yaxın ölkəni idarə edəcək. Deməli, dünyadakı müharibələr hələ ən yaxşı halda iki-üç ay davam edəcək.

Co Bayden tələsir, Avropa liderləri tələsir. Təkcə Amerika deyil, Avropa İttifaqı da, Böyük Britaniya da, Çin də, hətta ABŞ-ın ən yaxın şimal və cənub qonşuları - Kanada və Meksika da Trampın yeni dövrünə hazırlaşır. Yeri gəlmişkən, artıq Trampın ətrafından gözlənildiyi kimi, Çin, eləcə də, Kanada və Meksika sürpriz xəbərdarlıqlar aldı: rüsumlar artırılacaq.

Rusiya hər nə qədər Donald Trampın seçilməsini gözləsə də, yenə də post Bayden dövrünə dair proqnozlarda ehtiyatlıdır. MDB üzvü olan dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərləri müşavirəsinin 20-ci iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Donald Trampın ABŞ xarici siyasətində köklü dəyişikliklər edəcəyinə inanmadığını bildirib. O, deyib ki, Rusiya da Ukraynadakı hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Narışkinin sözlərinə görə, Ukraynada müharibəyə gətirib çıxarmış səbəblər aradan qalxmayınca, "xüsusi hərbi əməliyyat" davam edəcək.

Trampın səlahiyyət müddəti başlayana qədər Rusiya Ukraynada daha çox ərazi tutmağa çalışır. Rusiya gələcək danışıqlarda özü üçün daha sərfəli şərtlər yaratmağa cəhd edir. Son bir həftədə Rusiyanın Ukraynada tutduğu ərazilər bütün oktyabr ayında tutduğu qədərdir. Rusiya, Sergey Narışkinin sözlərinə görə, "dondurulmuş münaqişə" variantına razı olmayacaq. Hətta Qərb analitikləri hesab edir ki, Rusiyada Ukraynanın üç yerə bölünməsi haqda plan var. Həmin plana görə, Krım Respublikası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri Rusiyanın ərazisi olacaq. Kiyev, Sumı, Odessa və Nikolayevdə Rusiyapərəst hakimiyyət formalaşacaq. Qalan ərazi barədə isə Rumıniya, Macarıstan və sair ölkələrlə danışıqlar aparılacaq. Bu, faktik olaraq Ukrayna dövlətçiliyinə son qoymaq planıdır.

Belə görünür ki, həm döyüş meydanında daha intensiv hücum əməliyyatları keçirərək yeni ərazilər zəbt etməklə, həm də gələcək danışıqlar masasına maksimalist, daha doğrusu, güzəştsiz plan təklif etməklə Rusiya öz əlini gücləndirir. Həm ABŞ-da, həm Avropa İttifaqında, o cümlədən, Aİ-nin aparıcı ölkəsi olan Almaniyada hakimiyyətlərin keçidi dövrünün yaşanması, eləcə də, Qərbin Ukraynadakı müharibədən mental yorğunluğu şəraitində Moskva maksimum planın həyata keçirilməsinə cəhd göstərə bilər.

Bu, Ukraynanın müstəqil dövlətçiliyinə son qoyulması ehtimalını yaradıb. Bundan, xüsusilə, Avropa İttifaqı çox narahatlıq keçirir. Doğrudur, Avropanın İtaliya kimi ölkəsi nisbi neytrallıq nümayiş etdirir; heç bir halda Ukraynaya qoşun göndərməyəcəyini deyir. Ukraynanın Macarıstan, Slovakiya kimi qonşuları da Rusiyaya qarşı loyal mövqe nümayiş etdirirlər. Rumıniyadakı prezident seçkilərinin birinci turunda Kelin Corceskunun qalib gəlməsi onu deməyə əsas verir ki, bu ölkədə də Rusiyameylli hakimiyyət formalaşa bilər (təbii ki, hər şey prezidentlik yarışının ikinci turundan qabaq keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq). Əgər Rusiya Ukraynanı məğlub etmək və bölüşdürmək planını reallaşdırmağa yaxın olsa, Ujqorodun Macarıstana, Çernovtsının Rumıniyaya, hətta Lvovun Polşaya verilməsi müzakirə oluna bilər.

Mərkəzi və Qərbi Avropa dövlətləri, xüsusilə, Almaniya, Böyük Britaniya, Fransa bu ehtimaldan çox narahatdırlar. Onlar Rusiyanın uğur qazanacağı halda Şərqi və Cənubi Avropanın bəzi ölkələrinin necə mövqe tutacağını əvvəlcədən kəsdirə bilmirlər. Brüsseldə də bu narahatlıq var ki, Moskvanın Ukraynada ehtimal olunan qələbəsi NATO-nun şərq və qərb cinahları arasında kəskin fikir ayrılığına, hətta parçalanmaya səbəb ola bilər. Hazırda da NATO üzvü olan ölkələr arasında fikir ayrılıqları var. NATO-nun əsas ölkələrindən biri olan Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qınayır, eyni zamanda həm Rusiya, həm Ukrayna ilə bərabər məsafədə dayanır, onların arasında vasitəçilik missiyasını da təklif edir. Türkiyə həmçinin NATO üzrə müttəfiqlərini Ukraynanı silahlandıraraq, müharibəni daha da qızışdırmaqda günahlandırır. Bu, münaqişənin əvvəlindən Türkiyənin mövqeyidir. Sonradan Macarıstan da Türkiyə ilə həmfikir oldu. Sovakiya, hətta İtaliya da bu mövqeyə meylləndi.

Mümkündür ki, dekabrda Rumıniyada formalaşacaq yeni hakimiyyət də Türkiyənin mövqeyinə gəlsin və ya oxşar bir xətt seçsin. Bütün bu səbəblərdən NATO-nun baş katibi Mark Rütte Ankaraya gəldi, ölkə prezidenti, xarici işlər və müdafiə nazirləri ilə danışıqlar apardı. Türkiyə yaranmış vəziyyətdə bir yandan, NATO-Rusiya münasibətlərində, həm Rusiya-Ukrayna diplomatik trekində, həm də Şimali Atlantika Alyansının öz daxilindəki cinahlar arasında açar dövlət mövqeyinə gəlib çatıb.

Avropa bir yandan Trampın hakimiyyətə gəlişindən, bir yandan da Rusiyanın Ukraynada irəliləməsindən çox təlaş keçirir, hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaqda çətinlik çəkir. Ukraynanın "Oreşnik" raketi ilə vurulmasından sonra Qoca Kontinent müharibənin yeni fazaya keçdiyini gördü və açıq-açkar qorxuya düşdü. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qitələrarası ballistik raket atması həm ABŞ-ın Bayden administrasiyasına, həm də Avropa hökumətlərinə xəbərdarlıq oldu. Bu, bir növ ultimativ tonda: "Konflikti qitələrarası müharibəyə çevirərəm" mesajı verdi. Rusiya Şimali Koreyanı açıq şəkildə Ukrayna ilə müharibəyə cəlb etməklə, əslində Avroatlantika ilə Avrasiya arasında müharibənin anonsunu vermişdi. Avropada yaxşı anlayırlar ki, Şimali Koreya bu addımı Çinin razılığı olmadan atmazdı. Hər nə qədər Pekin bu durumdan narahat görünsə də, bu, məsələnin məhz görünən tərəfidir; Çin Asiya-Sakit okean bölgəsində sabitliyi pozmaq istəyən aktorlara Ukraynada Şimali Koreya əsgəri birlikləri vasitəsilə öz yerini göstərir. Eləcə də, Şimali və Cənubi Koreya arasında gərgin fonu artırmaqla.

Hadisələrin belə inkişafı Avropa İttifaqını, eləcə də, Böyük Britaniyanı preventiv qərarlar verməyə sövq edir. Həmçinin Bayden administrasiyası da bu durumdan narahatdır.

Böyük Britaniyanın müdafiə naziri Con Hili Almaniya, İtaliya, Polşa və Fransa müdafiə nazirləri ilə danışıqların yekunlarını şərh edərək deyib: "Ukraynada müharibə kritik mərhələyə keçib və Avropanın öz təhlükəsizliyini və kollektiv müdafiəni təmin etmək üçün daha çox iş görmək vaxtı gəlib çatıb..."

Belə anlamaq olar ki, Avropa artıq Ukraynanın qalib gəlməsindən çox, özünü müharibədən sığortalamaq və özünü qorumaq haqqında düşünür. Nazir: "NATO-nun şərq sərhədlərini gücləndiririk, hava hücumundan müdafiə vasitələrinin və uzaqmənzilli raketlərin istehsalını artırırıq" deyib.

Buna görə də Avropa dövlətləri Yaxın Şərqdəki müharibənin dərhal dayandırılmasına çalışır. Bunu Co Bayden də istəyir. Çünki Rusiyanın təzyiqi artdıqca, həm Rusiyaya qarşı Ukraynaya, həm də Yaxın Şərqdə İsrailə dəstək vermək çətinləşir. ABŞ və Böyük Britaniya, eləcə də, Almaniya, Polşa, Fransa və bütövlükdə NATO öz gücünü və resurslarını Avropanı təhdid edən Rusiya təhlükəsinə qarşı birləşdirmək fikrinə gəlib. Əks halda ABŞ-ın və aparıcı Avropa dövlətlərinin razılığı olmadan Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmazdı. Eynilə Bayden administrasiyası da İsrailə təzyiqləri artırıb ki, Qəzza bölgəsində, Livanda, Suriyada hərbi əməliyyatları dayandırsın və bütün qüvvələr Rusiyaya qarşı yönəldilə bilsin. O səbəblə, həm Böyük Britaniya, həm Almaniya Netanyahunu həbs etməyə hazır olduqlarını bildirdilər. Ancaq bütün Avropa ölkələri bu qərarı yerinə yetirməyə hazır görünmürlər. Ona görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib ki, bütün avropalılar İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini yerinə yetirməlidirlər. O deyib: "Mənim xoşuma gəlsə də, gəlməsə də, BCM-nin orderi alternativ deyil. Bu, öhdəlikdir".

Borrel deyib ki, Avropa dövlətləri Rusiya prezidenti Vladimir Putin haqqında orderi dəstəkləyib, Netanyahu haqqında orderi rədd etsə, bu, ikili standart olar. "Avropa İttifaqı ikili standartlara görə onsuz da çox tənqid olunur",-deyə Borrel bildirib.

Beləliklə, Avropa Rusiyanın hücumunu gözləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, artıq Rusiya-Ukrayna müharibəsinin genişlənməsi, real Dünya Müharibəsi, hətta nüvə müharibəsi təhlükəsi yaranıb.

Rusiya özü də proseslərin hansı məcraya yönəldiyinin fərqindədir; Ukraynada irəliləməsi və Avropa İttifaqına təhlükə yaratması fonunda Qərbin preventiv addımlar atacağını, hibrid müharibə variantıarına gedə biləcəyini də proqnozlaşdırır. Ona görə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə iclas keçirərək, yaranmış mürəkkəb və təhlükəli əməliyyat şəraiti haqqında məlumatları bölüşüblər.

Sergey Narışkin deyib ki, "kollektiv Qərb" Ukrayna konfliktində "fiaskoya uğrayır, buna görə də Rusiya Federasiyasının ətrafında "postsovet məkanında xaos və yeni mübaribə ocaqları yaratmağı" planlaşdırır. Buna misal olaraq, o, Gürcüstanda çevriliş cəhdini də misal gətirib. Bu məqsədlə həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasını keçirib. Ermənistan yenə də bu sammitə qatılmayıb. Üstəlik Ermənistanın sürətlə silahlanması rəsmi İrəvanın Qərbin planlarında yer ala biləcəyini, qlobal güclərin qarşıdurması şəraitində Azərbaycana qarşı revanşist hərəkətlərə əl atacağını göstərir. Bu günlərdə Azərbaycanın müdafiə naziri məhz buna görə müşavirə keçirdi və Silahlı Qüvvələrə Ermənistanla sərhədboyu bölgələrdə döyüş hazırlığını artırmağı tapşırdı. Rusiyanın da Cənubi Qafqazda zəif nöqtəsi Ermənistan ola bilər. Eyni zamanda Moskva özünün və Mərkəzi Asiyadakı müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün cənub cinahında həmlə etdi. Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Əfqanıstana göndərərək, Kabuldan təhlükəsizlik zəmanəti aldı. Əvəzində rəsmi Moskva "Taliban" hərəkatının Rusiyada qadağan olunması haqqında qərarını ləğv etdi.

Bir sözlə, dünyada qlobal güclər üz-üzə gəlir. Gözlənilən təhlükə reallaşmağa yaxındır; müharibə Rusiya-Ukrayna coğrafiyasından çıxır və bütün dünyanı təhdid edir. Buna səbəb isə həm Qərbin, həm də Rusiyanın yanlış siyasəti olub. Dünya Donald Tramp üzərindən bu savaşı durdura biləcəkmi?! Hələlik məlum deyil; yalnız ehtimal etmək olar.

Bahəddin Həzi, Bizimyol.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru