Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Tarix: 25-10-2024, 16:33 | Çap et
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac olduğunu bildirib. Nazir deyib ki, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakterlidir: "Əslində, bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır". Mütəxəssislər hesab edir ki, ölkə universitetlərində tədris olunan bəzi fənnlər yenilənməli, əmək bazarına uyğun olmayan ixtisaslar ləğv edilməli və ya birləşdirilməlidir. Dünya təcrübəsi göstərir ki, təhsildə çeviklik və əmək bazarının tələblərinə uyğunlaşma müasir universitetlərin uğurunun əsas göstəricilərindən biridir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə addımlar ataraq tələbələrə daha perspektivli və müasir ixtisaslar təklif etməlidir. Təhsil ekspertləri hesab edir ki, hazırda etnoqrafiya, arxiv işi və s. kimi ixtisaslar əmək bazarında kifayət qədər perspektivli sayılmır. Bu sahələrin yerinə daha geniş profilli fənlər təklif edilə bilər. Eyni zamanda köhnəlmiş texnologiyalar üzərində qurulmuş mühəndislik ixtisasları mövcuddur. Dünya təcrübəsində artıq bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya edilir. Bir zamanlar vacib hesab olunan ixtisasların cəmiyyətdə və iqtisadiyyatda real qarşılığı qalmayıb. Praktiki əhəmiyyət kəsb etməyəb belə ixtisaslar yeniləri ilə əvəzlənməlidir. Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir çox yeni ixtisasların tədrisi başlanılsa da, hələ tələbatın olduğu başqa ixtisaslar da var: “Düşünürəm ki, artıq son dövrlərdə bəzi ixtisaslar açılıb. Əsasən, İT yönümlü ixtisaslar, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kosmik texnologiyalar mühəndisliyi ixtisası var. Magistratura pilləsində kiber təhlükəsizlik var. Eyni zamanda, 56-cı MBA proqramında “blockchain” ixtisası var. Məncə, bununla paralel biz artıq bakalavr pilləsinə gen mühəndisliyi ixtisası da gətirməliyik. Bundan başqa, uçuş aparatları üzrə mühəndis, həmçinin maliyyə yönümlü ixtisasları universitetlərə gətirmək lazımdır. Əsasən də maliyyə və İT sintezindən yaranan ixtisasları tətbiq etməliyik. Bakalavr və magistr pilləsində bu ixitisaslara tələbat var”. Elçin Əfəndinin sözlərinə görə, hazırda universitetlərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil: “Bu gün həmin ixtixsaslara əmək bazarında tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri - Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzə-təzə texnologiyaya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi. Tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur. Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”. Ekspert vurğulayıb ki, təhsil müəssisələrində əmək bazarında tələbat olmayan ixtisaslara daha çox yer ayrılır. O, bunun dəyişməli olduğunu deyir: “Elə ixtisaslar var ki, ora qəbul planı çoxdur. Yəni o ixtisasa hazırda bir o qədər tələbat yoxdur. Məsələn, turizm işinin təşkili istiqamətində ölkədə kifayət qədər kadr var. Hər il də bu istiqamətdə 3000-4000 tələbə qəbulu aparılır. Bunun sayı azalmalıdır. Əmək bazarında tələbatı daha az olan ixtisaslar var, həmin ixtisaslarda plan yeri azaldılmalı, onun əvəzinə isə daha çox tələbatı olan ixtisaslara yer arılmalıdır. Həmin o tələbat olan ixtisaslar da pedoqoji, İT, maliyyə yönümlü, dizayn, tibb və s. ixtisaslarıdır”. Millət vəkili Ceyhun Məmmədov deyir ki, yeni ixtisasların açılması önəmli məsələdir. Lakin bu, düzgün şəkildə aparılmalıdır. İş elə bir formada təşkil olunmalıdır ki, sistem pozulmasın: “Sovet dövründə müəyyən bir sistem, ixtisaslaşmış universitetlər var idi. Biz çalışmalıyıq ki, bu ixtisaslaşmanı gözləyək və irəliləməyə davam edək. Düşünmürəm ki, hər hansı bir ixtisas tamamilə ləğv olunmalıdır. Sadəcə olaraq, həmin ixtisaslarda bəzi məlumatlara yenidən baxıla bilər”. Millət vəkilinin dediyinə görə, bu gün daha çox texniki elmlərə üstünlük verilir. Məsələn, həndəsə, informasiya texnologiyaları, mühəndislik və s. İnsanlar humanitar sahə ilə yanaşı, texniki sahələrə də üstünlük verməli və bu sahədə yetişib püxtələşməlidir. Ceyhun Məmmədovun fikrincə, bəzi ixtisaslar üzrə dar sahə istiqamətində getmək lazımdır: “Ümumi ixtisaslar daha çoxdur, məsələn, medianın bir neçə istiqaməti var. Dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanda bazar araşdırılıb, həmin bazarda nəyə daha çox tələbat varsa, o sahədə məlumatlar alınmalıdır”. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır: "Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmağı, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir. Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər. İxtisas seçimi zamanı bu məqamlara da diqqət yetirmək lazımdır". BakuPost
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51 |
|
|
|
• “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42 |
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
• Güneyli fəal həbs edildi
Bu gün, 12:09 |
|
|
|
• "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07 |
|
|
|
• Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01 |
|
|
|
• Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58 |
|
|
|
• Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55 |
|
|
|
• Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52 |
|
|
|
• "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45 |
|
|
|
• Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40 |
|
|
|
• “Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34 |
|
|
|
• Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
• Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23 |
|
|
|
• “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07 |
|
|
|
• “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00 |
|
|
|
• "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57 |
|
|
|
• “Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52 |
|
|
|
• Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48 |
|
|
|
• Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36 |
|
|
|
• Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34 |
|
|
|
• "Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33 |
|
|
|
• ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• “Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25 |
|
|
|
• Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20 |
|
|
|
• Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12 |
|
|
|
• "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09 |
|
|
|
• “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04 |
|
|
|
• Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00 |
|
|
|
• Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56 |
|
|
|
• Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51 |
|
|
|
• Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
• Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38 |
|
|
|
|