Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                 

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş... – Akif Süleymanov haqda ŞOK İDDİALAR
Tarix: 2-12-2015, 08:30 | Çap et
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
DİA.AZ: - Redaksiyamıza “Azərbaycan Texnologiya Universitetində özbaşınalıq və talan” başlıqlı ittiham dolu məqalə göndərilib. DİA.AZ həmin məqaləni təqdim edir: “Azərbaycan Texnologiya Universitetinin adı son vaxtlar olkə mətbuatında geniş “işıqlandırılır”. Bu “işıqlanmada” 2013-cü ilin mart ayında universitetə rektor təyin olunmuş Akif Şamil oğlu Süleymanovun xüsusi “xidmətləri” qeyd edilməlidir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun yaxın dostu və tələbə yoldaşı olan Akif Süleymanov məhz Əli Abbasovun xahişi ilə rektor təyin edilmişdir. A. Süleymanov Əli Abbasovla tələbəlik illərində yataqxanada bir otaqda qalmaları, son tikələrini bölmələri və bu günə qədər də həmin münasibətləri saxlamaları barədə tez-tez fəxrlə danışır. Məhz bu münasibətlərə görə Ə.Abbasov şəxsən prezidentdən Akif Süleymanovun rektor təyin olunması üçün xahiş edib.

Ədalət naminə qeyd edək ki, Akif Süleymanov Əli Abbasovun “etimadını” doğruldaraq qısa müddətdə universitetdə korrupsiyanın çiçəklənməsinə nail olmuş, dostunun dəst-xəttini uğurla inkişaf etdirmişdir. Belə ki, işlədiyi il yarım müddətdə (mart 2013-dekabr 2015) 3.000.000 (üç milyon) manatdan artıq vəsaiti mənimsəmişdir. (Bu mənimsəmə əməliyyatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə aparılmış əməliyyatlar da var).

A. Süleymanovun rektorluğu dövründə tədris və təlim-tərbiyə işində ciddi nöqsanlar yaranmağa başladı, korrupsiya halları daha da genişləndi. Qeyd edək ki, dogər rektorlardan fərqli olaraq A. Süleymanov üç nəfər katibə saxlayırdı. Həmin katibələr isə xüsusi “mükafatlandırılır”. Mətanət Əhmədova Elmi Katib vəzifəsini tutmaqla yanaşı, “İnzibati idarəetmə”kafedrasında 0,5 ştat müəllim, Elmi-tədqiqat laboratoriyasında 0,5 ştat elmi işçi (cəmi iki ştat), Könül Məmmədova isə “Dillər” kafedrasında tam ştat baş müəllim, Tədris şöbəsində 0,5 ştat “metodist” maaşı alırlar”.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Daha sonra məqalə müəllifi diaaz.space-a yolladığı yazısında davam edir: “Universitetin maliyyə vəsaitləri talanmağa başlandı. 2015-ci il fevral ayının 24-dən AR Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmağa başlanması ilə universitetdə baş vermiş maliyyə fırıldaqları ortaya çıxdı. Yoxlama zamanı ciddi maliyyə pozuntuları və külli miqdarda (3.000.000 manat) mənimsənilmə faktı aşkarlandı. Vəziyyəti belə görən rektor A.Süleymanov dostu əli Abbasodan kömək istədi. Dostu da öz köməyini əsirgəmədi.

Belə ki, Əli Abbasov maliyyə nazirliyindəki dostlarından tələbə yoldaşına kömək etmələrini xahiş edərək məbləğin azaldılması və 1.300.000 (bir milyon üç yüz min) göstərilməsinə nail oldu. Məbləğin tam ləğv edilmədiyini görən Akif Süleymanov üç günlük müayinə adı ilə “aradan çıxdı”. Onun “Yox olmasına” baxmayaraq yoxlamanın nəticələrinə əsasən korrupsiya faktı ilə bağlı AR Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb və istintaq aparılır.

Bütün bunlardan sonra A.Süleymanov 05 avqust 2015-ci il tarixdə universitetdə peyda oldu və Təhsil nazirindən sadəcə töhmət alaraq rektor səlahiyyətlərinin icrasına başladı. Bu “başlama” da süleymanovsayağı start götürdü, yəni rektorluğa Akif və Şamil Süleymanovlar birgə başladı. Əli Abbsovun dəstəyi ilə oğul Şamil Süleymanov sözün həqiqi mənasında universitetdə at oynatmağa başladı. Özünü təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətli nümayəndəsi və R və YT naziri Əli Abbsovun yaxını kimi təqdim edən oğul Süleymanov təhsil müəssisəsinə 10 LL 123 dövlət nömrə nişanlı, “Land Kruizer” markalı avtomobillə daxil olaraq özünü qoçu kimi aparır, müəllim kollektivini aşağılamaq üçün qeyri-etik ifadələr işlədirdi”.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Məqalə müəllifi diaaz.space-a daxil olan məqaləsində daha sonra bunları qeyd edir: “Süleymanovların fəaliyyətinin ilk mərhələsi Akif müəllimə xüsusi mühafizə dəstəsi formalaşdırmaqdan ibarət oldu. Daha sonra oğul Süleymanovun əksəriyyətinin “nurcu” olduğu bildirilən yaxın dostları vəzifələrə təyin olunmağa başlandı. Əksəriyyəti Qafqaz Universitetini bitirmiş və Gülən caamatına məxsus liseylərdə, Qafqaz universitetində işləmiş, baza ixtisasları universitetin profilinə uyğun olmayan, tədris və idarəetmə təcrübəsi az olan bu şəxslər Gulənin İndoneziya və digər ölkələrdə, Şəki, Ağdaş, Mingəçevir və s. rayonlarda fəaliyyət göstərən “Çağ öyrətim” müəssisələrində “abi”, yataqxana işçisi və s. işləmiş şəxslərdir.

Daha sonra Əli Abbasovun köməyi ilə Akif Süleymanovun korrupsiya əməllərini ört-basdır etmək məqsədilə “öz ərizələri ilə işdən çıxmış” dekanların yerinə “seçki” keçirmək üçün elan verildi. Elna əsasən elmi adı və elmi dərəcəsi olan iddiaçıların müsabiqədə iştirakı nəzərdə tutulsa da, A.Süleymanov bütün mövcud qanunverici bazanın (AR TN-nin 09 mart 2011-ci il tarixli 400 saylı əmri ilə təsdiq olunmuş əsasnamə) tələblərini pozaraq elmi adı, elmi dərəcəsi, elmi-pedaqoji stajı, kollektivdə nüfuzu olmayan, ixtisası fakultələrin profilinə uyğun gəlməyən və kollektivin tanımadığı şəxsləri, oğlunun “abi” dostlarını dekan “seçdi”.

Süleymanov universitetin maliyyə vəsaitlərini talamaq üçün yeni metod “kəşf edib”. Özünün professor elmi adı olmadığı halda üç ildir professor maaşı aldığı kimi, yeni komandasının üzvlərinə də qeyri-qanuni olaraq malik olmadığı elmi adlara görə maaş verir. Bundan başqa, oğlunun dostlarına universitetin büdcəsindən vəzifə maaşlarından əlavə 2000-3000 manat “əlavə əmək haqqı” verilməsi barədə 223 saylı əmr (surəti əlavə olunur) imzalayır və həmin maaşı alanlar bu məbləğin bir hissəsini A.Süleymanova qaytarırlar.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

A.Süleymanovun dəyirmanına su tökənlərin xidməti də universitetin büdcəsi hesabına “mükafatlandırılır”. Dosent Ə.Əlbəndov və onun oğlu Z.Əlbəndov, Elm şöbəsinin müdiri Qalibə Məmmədova, “Ekologiya” kafedrasının müdiri Elşad Məmmədov, “İnzibati idarəetmə” kafedrasının müdiri Fizuli Məmmədov, dosent Maarif Qarayev və b. qanunazidd olaraq iki ştat vahidi işlə mükafatlandırılıblar.

Yeni təyin olunmuş “kadrlar” milli maraqlarımıza zidd olan “nurçu” ideologiyanın açıq təbliğindən də çəkinmirlər. Onlar İmam Şafinin “Vaxt qılınc kimidir, biz onu kəsməsək, o buizi kəsər” kəlamı olan plakatları bütün auditoriyalarda yerləşdiriblər. Uni versitetdə görulən bütün poliqrafiya işləri nurçulara məxsus olan “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzinə sifariş verilir. Şafinin kəlamı olan plakatların nəşri üçün adı çəkilən nəşriyyata universitetin büdcəsindən 7800 manat vəsait ödənilmişdir. Təmir işləri isə keçirilməyən “tenderə” əsasən Şamil Süleymanova və dostlarına məxsus firmalara “həvalə” edilir və pullar şişirdilərək silinir”.

diaaz.space daxil olan məqalə belə davam edir: “Universitetdə qaranlıq işlərə A.Süleymanovun qohumu və məsləhətçisi olan 78 yaşlı Rafael Maçanov rəhbərlik edir. O həm də məlumat yayırdı ki, Əli Abbasov və Mikayıl Cabbarov qohumumu dəstəkləyirlər.

Onu da qeyd edək ki, Akif Süleymanov çoxsaylı cangüdənlər tərəfindən elə qorunur ki, baş verənlər barədə ona yaxınlaşıb müraciət etmək müşkülə çevrilib. Həmin cangüdənlər Elmi Şuranın iclaslarında da onun yanında olurlar.

Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Ə.Süleymanovun qohumları (R.Maçanov, M.Əhmədova, R.Qasımov) onu Mikayıl Cabbarovun dəstəklədiyi barədə şayiəni dövriyyəyə buraxıblar. Qeyd olunan qanunazidd əməllərə görə tədbir görməli olan Təhsil Naziri həqiqətənmi A. Süleymanov və onun “nurçu” oğlunun əqidə yoldaşlarını dəstəkləyir?

Qeyd olunanların fakt kimi təsdiqlənməsi üçün Təhsil Nazirliyinin və müvafiq maliyyə qurumlarının yoxlama aparması kifayət edər.

Azərbaycan texnologiya universitetində bu məsələlərin aydınlaşması və aşağıdakı suallara cavab verilməsi üçün müvafiq strukturların məsələyə müdaxilə etməsi zəruridir.

3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...
3 milyonluq yeyintinin altından qalxan rektorun 3 katibəsi var imiş...

Kolektiv üçün həm də maraqlıdır:
1.Universitetdə korrupsiya işinə şəxsən rəhbərlik etmiş Akif Süleymanovun Təhsil nazirindən sadəcə töhmət alaraq, rektor kimi fəaliyyətini ailə üzvləri ilə birlikdə davam etdirməsinə və universitetin büdcəsini talamasına nə ad vermək olar?

2.Ölkəmizin Prezidenti “maliyyə vəsaitlərinə qənaət edin” “korrupsiyaya bulaşmış məmurların heç biri toxunulmaz deyil” dediyi bir vaxtda Əli Abbasovun dostu A.Süleymanovun bu talançılığına nə ad vermək olar və onun “toxunulmazlıq” statusu hələ də dostu tərəfindən qorunurmu?

3.Özünü nazir Mikayıl Cabbarovun yaxın dostu və səlahiyyətli nümayəndəsi kimi təqdim edən və idarə etdiyi 10 LL 123 dövlət nömrə nişanlı Toyota Land Kruiser markalı avtomobili ilə universitetin həyətində qoçuluq edən Şamil Süleymanova bu səlahiyyətlər həqiqətənmi Əli Abbasov və təhsil naziri tərəfindən verilib? Yaxud Akif Süleymanov universitetdə “Rektorun oğlu” adlı yeni vəzifə təsis edib?

4. AMEA-nın həqiqi üzvləri 3000 manat maaş almadığı halda ATU-nun heç dosent elmi adı olmayan prorektorları və onların digər əlaltılarına Akif Süleymanov hansı maraqla belə yüksək məvacib verir?

5. Nəyə görə universitetdə milli mənafelərimizə zidd olan “nurçuların mənəvi atası” olan İmam Şafinin kəlamları şüara çevrilib?

6.Universitetdə Təhsil Haqqında AR Qanunu və digər normativ aktların kobud surətdə pozulması hallarından, Süleymanovların və yeni təyin edilmiş səlahiyyət sahiblərinin özbaşınalıqlarından Təhsil naziri Mikayıl Cabbarovun və ölkə rəhbərliyinin xəbəri varmı?”

Bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru