Zeynəb Xanlarovaya qarşı ilginc namizəd - O, "mafioz" kimi də ad çıxarıb...
Tarix: 3-10-2015, 09:37 |
Çap et
2010-cu ildə keçirilən sonuncu parlament seçkilərində iştirak edən və sonradan namizədliyini müəmmalı şəkildə geri çəkən Xırdalan-Xəz-ATSC-nin Direktorlar Şurasının sədri Akif Rəhimov noyabrın 1-də baş tutacaq növbəti parlament seçkilərinə qatılacaq.
Editor.az xəbər verir ki, 2010-cu il seçkiləri zamanı sosial şəbəkələrdə "mafioz" namizəd kimi populyarlıq qazanan A.Rəhimov bu dəfə namizədliyini 50 saylı Abşeron-Qobustan seçki dairəsindən irəli sürüb. Məşhur iş adamının namizədliyi artıq MSK tərəfindən qeydə alınıb və o, bu dairədə Xalq artisti, deputat Zeynəb Xanlarovaya rəqib olacaq.
Qeyd edək ki, Akif Rəhimov "Yeganə Mamed" kimi tanınan iş adamının qardaşıdır.