Cavid Qurbanov üçün yüksəliş ssenarisi - Baş dəmiryolçu nazir postuna hazırlanır
Tarix: 18-09-2015, 08:18 |
Çap et
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov nazir postuna gətirilir.
Bu barədə İstiqlal.az saytına daxil olan məlumatda deyilir ki, Cavid Qurbanov nəqliyyat naziri təyin olunacaq.
İddialara görə, artıq bununla bağlı qərar verilib. Qeyd edək ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağı barədə məlumatlar yayılır. Görünür, bu məlumatlar əsassız deyilmiş.
Məlumatda deyilir ki, Cavid Qurbanovun təyinatı parlament seçkilərinə qədər baş tuta bilər. Bildirilir ki, onun parlament seçkilərində iştirakı formal xarakter daşıyır. Əslində Cavid Qurbanovun yerinə hakimiyyətin başqa namizədi var. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri nazir təyin olunandan sonra namizədliyini geri çəkəcək. Yaxud da hakimiyyət hələlik gizli saxladığı namizədi deputat edəcək.
Məlumatda iddia olunur ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun da namizədlik məsələsi dondurulub. O, bu il deputat olmayacaq.