Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                 

Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir? - Və ya... Cəsarət müəllimdən cəsarətli jest
Tarix: 8-09-2015, 08:56 | Çap et
Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir?
DİA.AZ: - Ötən son həftələrdə, dəqiq xatırlamadığım saytların birində Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QNT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehlinin “Universitet – strateji dəyər və ya...” ( Qaldırılan ballar nəyi dəyişəcək...) sərlövhəli yazısı diqqətimi çəkdi. Bir anlığa İTV kanalının “Açıq dərs” proqramının üç il əvvəlki buraxılışındakı vur-çatlasın yadıma düşdü. Yəni həmin buraxılışın format baxımından əsas özəlliyi o idi ki, verilişə müəllim və məktəb direktorları ilə yanaşı, xeyli valideyn də dəvət olunmuşdu. Başlanğıcda aparıcı Cəsarət (o zaman Valehov) elan etdi ki, bu günkü mövzumuz “Məktəblərdə müəllim-valideyn assosiasiyaları”dır. Doğrusu, ilk anda ağlıma gəldi ki, yəqin burada tar-mar edilmiş məktəb mühitinin bərpası, bərpa prosesinin, eləcə də ailə-məktəb münasibətlərinin harmonikləşdirilməsi və funksionallaşdırılması üçün yaradılacaq assosiasiyaların rolu haqqında söhbət gedəcək...Nə isə, əvvəlcə aparıcı, sonra isə ekspert qismində dəvət olunmuşlar çıxış etməyə başladılar. Bu adamlar “müəllim-valideyn assosiasiyaları” ideyasını təriflədilər, nə təriflədilər. Sanki bu “assosiasiyalar” təhsilimizin “iksir”idir, onlar yaradılan kimi, Mərdanovun yerlə-yeksan etdiyi təhsilimiz nizama düşəcək: məktəblərdə rüşvət alınmayacaq; təlimin səviyyəsi o dəqiqə yuxarı qalxacaq; repetitorlara ehtiyac qalmayacaq; fondpulu, süpürgəpulu, testpulu və s. yığılmayacaq. Bir sözlə, hamının “fikri” eyni idi: Dünyada geniş təşəkkül tapmış bu “ideya” mütləq bizdə də reallaşmalıdır.
Olsun, buna heç bir sözüm yoxdur. Amma bu günə qədər bizdə yaradılmış belə qurumların hansı hüquq və vəzifələrinin olmasından danışan yox idi. Məsələn, başqa ölkələri demirəm, qonşu Gürcüstandakı kimi, yaradılacaq assosiasiyalara ən azı məktəb direktorunu, müəllimi, metodisti və psixoloqu işə götürmək səlahiyyəti verilmirsə, onların dekorasiya olacağı aydın deyilmi?! Adicə dərslik seçimi hüququ belə olmayan bu insanlardan nazirlik məmurlarının alət kimi istifadə edəcəyini anlamaq beləmi çətindir?
Hisslərimi cilovlaya bilmədim. “Cəsarətsiz Cəsarət, yaxud Açıq dərsdə örtülü bazar” başlığı altında yazım vasitəsilə Valehova sual etdim: Azərbaycan təhsilində ciddi nöqsanların hələ də qaldığı, bu sahədə yüksək inkişaf meyillərinin görünmədiyi, şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələrinin qənaətbəxş olmadığı, Azərbaycanda təhsilin ümumi göstəricilərinin bir çox region dövlətləri ilə müqayisədə çox aşağı olduğu bir şəraitdə “Açıq dərs”də təhsilimizdəki “nailiyyətlərdən” danışmağın anlamı nədən ibarətdir?!
İndi, artıq xeyli müddət keçdikdən sonra hörmətli Valehlinin “Qaldırılan ballar nəyi dəyişəcək “sualına cavab verməyi də özümə borc bildim: Məktəb valideyn komitələrinin müəllim – valideyn assosasiyaları ilə əvəz olunması nəyi dəyişdisə qaldırılan ballar da onu dəyişəcək.
Cəsarət müəllimin bəhs etdiyimiz yazısında keyfiyyətli ali təhsil və mütəxəssis hazırlığı məsələsinə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından yanaşaraq gəldiyi qənaət ondan ibarətdir ki, qəbulda minimal keçid balının 200-dən aşağı endirilməməsi nəticəsində universitetlərimiz əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin ediləcək. Yəni uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar. Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi və nəticədə “diplomlu” işsizlər ordusu sosial problemə çevrilib.
“Beləliklə, gəlinən nəticə hansılardır? Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək”.
Düz sözə nə deyəsən, bir şərtlə ki, əmması olmasa. Əvvəla, “uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb” yox, formalaşdırılıb. İkincisi, əlavə qəbul elan etməklə həmin təhsil müəssisələrinin tələbə qəbulunda ikinci yerləşdirmədə kontingentini də özləri yox, biz formalaşdırmışıq. Üçüncüsü, keçid balını 150-yə endirən də elə bizlər özümüzük. Təhsil problemləri ilə az-çox maraqlananlar unutmuş deyillər ki, qəbul imtahanlarında ilk dəfə test sisteminin tətbiq olunduğu 1992-ci ildə müsabiqəyə buraxılış həddi o zamankı TQDK rəhbərliyi tərəfindən 280 bal müəyyənləşdirilmişdi.Yənı, 700 bal sistemində bu biliyin 40 faizini təşkil edir və klassık “5” ballıq qiymətləndirmədə “3” deməkdir. Ekspertlər bu və bu kimi məsələlərə dəfələrlə diqqət çəkib. Hətta TQDK plan doldurmaq, boş yer qalmamaq naminə müsabiqəyə buraxılış bal həddini heç bir qanunauyğunluğa əsaslanmadan istədiyi şəkildə müəyyən etməkdə suçlanaraq ekspertlərin tənqid hədəfinə belə tuş gəlib.
“Vakant yerlər obrazlı desək, bir çox universitetlərin çörək ağacına çevrilib” ifadəsi ilə də razılaşmaq heç cür olmur.Çünkı, bu “ağacı” əkən də , bəsləyən də özümüzük. 6555 boş qalan vakant yerə əlavə qəbul aparılması elə bunun bariz göstəricisidir və təhsilimiz üçün əlavə neqativlərın mənbəyidir. Ya plan yerləri ,keyfiyyətsiz mütəxəssis hazırlığı, ya da yüksək bal hesabına keyfiyyətli təhsil. “Nə şiş yansın, nə kabab” prinsipinə əsaslansaq üçüncü yolun da mövcudluğu mümkünsüz deyil. Bir şərtlə ki, bu yol heç bir halda variativ gedişlər yolu olmamalıdır ki, bu da ayrıca mövzunun söhbətidir.
“Orta statistikalı azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal ali təhsil ala bilsin. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənışlə bağlı deyil”. Elə isə, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxınının ali təhsil müəssisələrindən imtina etməsi, qeydiyyatdan keçməyənlərin əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin olması hansı anlama gəlir? Belədə deyiblər ki, ölmədik bu günü də gördük. Çalış, vuruş,keçid balını topla, universitet məzunu olmaq arzuna qovuş və birdən ağır zəhmət hesabına qazandığın şərəfli statusdan - tələbə adından imtina et. Paradoks deyilmi? Bu vəziyyətin təhlilinı kim aparacaq ?
O ki, qaldı Cəsarət müəllimin bəhrəsini orta müddətdə görmək istədiyi toxumların əkilməsinə bunun üçün münbit sahə lazımdır. Sahə isə münbitliyindən asılı olmayaraq müəyyənləşdirilib.TQDK sədrinin təbirincə desək müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. “Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.
Bunu heç kim bilmirsə onda variasiyalara davam! .
Deyəsən birini qoyub digərinə keçdim. Problemlərimiz ,bununla əlaqədar deyəcəklərımiz çoxdur.Son olaraq hər kəsin birtərəfli olsa belə subyektiv fıkirlərinə hörmətlə yanaşmaq vətəndaşlıq borcumuzdur.Cəsarət müəllimin analitik təhlilı digər vəzfəli təhsil məmurları üçün də bir örnəkdir. Belə təhlillər, Nazirlik əməkdaşları tərəfindən mövcud duruma hər hansı bir formada münasibət bildirmək təhsilimizə daha çox fayda verə bilər nəinki bayağı müsahibələr, perspektivsız şərhlər, absurd bəyanatlar.
Sözardı: Böyük ingilis yazıçısı Herbert Uels Vladimir İliç Leninlə söhbəti zamanı proletariatın dahi rəhbərinin QOELRO planı haqqındakı fikirlərini dinlədikdən sonra öz xatirələrində onu “Kremlin xəyalpərəsti” adlandırmışdı. Bununla belə QOELRO planı baş tutdu. Ucsuz-bucaqsız nəhəng bir ölkənin başdan-başa elektrikləşdirilməsi həyata keçirildi Nə bilmək olar, birdən hamı baytar olmaq istədi və bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yarandı və bizim digər kənd təsərrüfatı peşələrinə də maraq artdı. Bir halda ki, bu nəzəri cəhətdən mümkündür.

Nadir İsrafilov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru