"Qayı Bulaq"da "Qara Bulaq" havası... - İTTİHAM VAR
Tarix: 7-09-2015, 08:30 | Çap et
 ““Qayı Bulaq” – Qusarın üz qarası” başlıqlı material diqqətinizə təqdim etmişdik. Materialda bu rayonun Sağ sahil ərazisində yerləşən və Şövkət Əbdürəhmanov adlı şəxsə məxsus olan “Qayı Bulaq” istirahət mərkəzinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs olunurdu. Belə ki, yerli mənbələrdən aldığımız məlumatlarda da təsdiq edilir ki, bu istirahət mərkəzi əslində artıq çoxdan öz profilini dəyişmişdir və dəyişiklik nə yerli sakinlərdə, nə də bura gələn bir çox qonaqlarda qətiyyən rəğbət doğurmayıb. Məsələ bindadır ki, “Qayı Bulaq” əvvəldən insanların məhz ailəvi şəkildə istirahət edə biləcəkləri məkan kimi təqdim olunub. Lakin bura gələnlər tez bir zamanda bu obyektin əsil priton kimi fəaliyyət göstərdiyinin şahidi olurlar. Məlumatlarda bildirilir ki, Şövkət Əbdürəhmanov istirahət mərkəzindən əldə etdiyi gəlirlərlə kifayətlənməyərək, buranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə şərait yaratmışdır.Açıqlamalara görə, “Qayı Bulaq”da nələrin baş verdiyini də, bura gələnlərin məhz nəyin “arzusunda” olduğunu da bu obyekti tanıyan hər kəs yaxşı bilir. Buna baxmayaraq, bu pritonun fəaliyyətini hələ də durduran yoxdur. Təqdim olunan açıqlamalarda bildirilir ki, bu obyektin intim xidmətlər sahəsində formalaşmış fəaliyyəti ətraf ərazilərdə yaşayan gənclərin mənəviyyatına ciddi zərbələr vurmaqdadır. Belə ki, burada “mədəni istirahət” adı altında təklif olunan seksual xidmətlər mənəvi-psixoloji cəhətdən hələ tam formalaşmamış bəzi gənclərin gündəlik müzakirə mövzusuna çevrilmişdir. Ötən saylarımızda da mövzuya dair dərc etdiyimiz materiallarda biz göstərmişik ki, son vaxtlar ölkə ərazisində iaşə obyektləri kimi qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur. Acınacaqlı haldır ki, bu gün istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarında bu kimi əxlaqsızlıq yuvalarına arzuolunmaz dərəcədə çox rast gəlmək mümkündür. O cümlədən, ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının sayəsində, respublikamızın rayon və bölgələrində əyləncə və istirahət mərkəzlərinin də getdikcə artmasını bəzi işbazlar yalnız şəxsi mənafeləri baxımından dəyərləndirirlər. Həm də heç bir hüquqi və əxlaqi normaları gözləmədən yararlanmağa çalışan bu şəxslər, bu sahədə əldə olunan nailiyyətlərə kölgə salmağa çalışırlar. Təəssüflər olsun ki, əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinin şahidi oluruq. Yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verən və cəmiyyətin mənəviyyatına qarşı yönəldilmiş rüsvayçı fəaliyətin durdurulmaması isə bir çox hallarda növbəti və daha böyük qanun pozuntularının, ağır cinayət hadisələrinin baş verməsini stimullaşdırır.Mövzuya dair ötən sayımızda dərc etdiyimiz materialda biz artıq belə bir məqamı da qeyd etmişdik ki, “Qayı Bulaq” istirahət mərkəzinin sahibi Şövkət Əbdürəhmanov iddia edir ki, o, obyektinin “rahat” fəaliyyət göstərə bilməsi üçün hər ay rayonun hüquq-mühafizə orqanlarına külli-miqdarda pul ödəyir. Təbii ki, belə bir ağır ittihama aydınlıq gətirmək üçün biz həm Qusar Rayon Prokurorluğu ilə, həm də Qusar Rayon Polis Şöbəsilə əlaqə saxladıq. Təəssüflər olsun ki, RPŞ-nin rəisi cənab Arif Əsədovla danışmaq mümkün olmadı. Lakin növbətçi hissənin əməkdaşı məlumatı qəbul edərək, bu xüsusda rəhbərliyə məruzə edəcəyini bildirdi. Prokurorluq ilə əlaqə cəhdimiz isə daha uğurlu oldu. Belə ki, əməkdaşımız rayonun prokuroru cənab Zahid Vəliyevlə şəxsən danışaraq, aldığımız açıqlamalar barədə onu məlumatlandırdı. Qeyd etmək istəyirik ki, Zahid müəllim deyilənləri diqqətə alaraq, ən qısa zamanda təqdim edəcəyimiz rəsmi sorğu əsasında araşdırma aparılacağını bildirdi. Ümid etmək olar ki, aidiyyatı olan digər qurumlar da “Qayı Bulaq” istirahət mərkəzinin fəaliyyətinin ciddi şəkildə araşdırılmasını və burada baş verən qanun pozuntularına son qoyulmasını təmin edəcəklər.
Materialda adı keçən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
|