Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                 

Oliqarx-məmurların zövqsüzlüyü Bakının şəklü-şamalına necə zərər vurur... - Onlar üçün tacir marağı hər şeydən öndədir...
Tarix: 15-08-2015, 10:56 | Çap et
Oliqarx-məmurların zövqsüzlüyü Bakının şəklü-şamalına necə zərər vurur...
Bakının bugünkü nəqliyyat problemləri birdən-birə yaranmayıb. İllər boyu şəhərsalma qaydalarının pozulması hazırda rastlaşdığımız mənzərəni ortaya çıxarıb.
Bütün infrastrukturun, yaşayış binalarının, iş yerlərinin və təhsil müəssisələrinin şəhər mərkəzinə daşınması Bakıdakı mövcud problemləri formalaşdırıb. Halbuki tikilən hər yeni bina şəhərdən kənarda olmalı, Bakının böyüməsi üçün zəmin yaratmalı idi. Ancaq daha tez və çox pul qazanmaq istəyi şəhərimizdə bir çox sağalmaz yaralar açıb.
Sahibkarın şəhər mərkəzində, artıq mövcud olan binaların həyətlərində yeni bina tikmək istəyi normaldır. O, sərmayə qoyduğu işdən daha çox gəlir götürmək arzusundadır. Gəlir götürmək istəyinə görə heç bir iş adamını ittiham etmək olmaz. Əgər həmin sahibkar öz istəklərini qanunlar çərçivəsində reallaşdırırsa. Ancaq bu gün Bakıda qanunların kobudluqla pozulmasının və mədəniyyət normalarının vəhşicəsinə çeynənməsinin şahidi oluruq.
Paytaxtda artıq geniş məhəllə, stadion və bağça, demək olar ki, qalmayıb. Şəhərdə sakinlərin rahat istirahət edə biləcəyi nə qədər yer var idisə, hamısında yeni binalar tikilib. Halbuki dünyada qəbul olunmuş şəhərsalma normalarına əsasən, yeni binalar kənar ərazilərdə, şəhərin böyüdülməsi hesabına tikilməlidir. Mərkəzi hissələrdə binaları daha da çoxaltmaq və vətəndaşların həyatını çətinləşdirmək heç bir kitabda yazılmayıb.
Yeni binaların tikintisi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev ötən il Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Bakıdakı ekoloji vəziyyətdən söz açarkən demişdi ki, yeni binalar tikmək istəyən iş adamlarına yalnız şəhərdən kənarda yerlər verilməlidir: "Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər. Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudublar ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun "Koroğlu" stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik".
Prezident İlham Əliyevin sözlərindən aydın görünür ki, dövlətimizin başçısı paytaxt Bakıda və regionlarda ekoloji problemlərə çox diqqətlə yanaşır. Yeni binaların tikintisinin şəhər kənarındakı çirklənmiş ərazilərinin təmizlənməsi hesabına aparılmasının tərəfdarıdır. Prezidentin bu göstərişləri ekoloji problemlərin aradan qaldırılması ilə yanaşı, şəhərsalma, Bakının genişləndirilməsi işinin düzgün təşkilinə öz töhfələrini verir.
Bu gün paytaxt Bakıda iş adamları yeni binaların tikintisini şəhərdən kənardakı ərazilərdə deyil, məhz mərkəzi hissələrdə aparmağa daha çox üstünlük verirlər. Bu ərazilərdə tikiləcək binaların mənzillərini onlar baha qiymətə satacaqları üçün belə edirlər. Mərkəzdə isə yeni binalar üçün xüsusi yerlər olmadığı üçün tikintilər adətən yaşayış binalarının arasında nisbətən boş qalmış həyətlərində, məktəb stadionlarında və ya uşaq bağçalarının həyətlərində həyata keçirirlər. Bakının memarlıq üslubuna görə cavabdeh olan şəxslər isə prezidentin göstərişlərinə əməl edir kimi bir görüntü yaratsalar da, fəaliyyətdə tamam fərqli mənzərənin şahidi oluruq. Bu gün Bakının onsuz da sıxlıq olan mərkəzi və tarixi hissələrində yüksək mərtəbəli yaşayış binalarının tikilməsi ilə həm şəhərimizin memarlıq üslubu pozulur, həm onsuz da yaxşı vəziyyətdə olmayan nəqliyyat sisteminə yeni problemlər əlavə edilir və şəhərin ekoloji vəziyyəti üçün ciddi təhdid törədir.
Belə bir bina tikintisinə bu günlərdə Binəqədi rayonunda start verilib. Sakinlər nə qədər etiraz etsələr də, məhəllələrini "işğalçılardan" qoruya bilmirlər. Azadlıq prospekti, 32 ünvanında yerləşən yaşayış binasının sakinləri deyirlər ki, həyətlərindəki bağça hasara alınıb. Yeni bina tikilir.
Bu cür hallara yol verilməməsi ilə bağlı müddəalar Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamda öz əksini tapıb. Ölkə başçısının təsdiq etdiyi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda aydın göstərilib ki, mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisi qadağan edilir. Bu qadağalara nəzarət etmək isə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılıb. Ancaq Binəqədi sakinlərinin bütün ölkə mətbuatından gələn haraylarına Dövlət Tikinti və Arxitektura Komitəsi nədənsə biganə yanaşır.
Nə qədər ki, sahibkarlar qanunları çeynəyir, dövlət rəsmiləri buna göz yumur və vətəndaşlar problemin həllini mətbuata şikayət etməkdə görürlər, Bakının problemləri həll etmək elə də asan olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru