"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                 

Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları - onların həbsi mümkündürmü...
Tarix: 18-02-2021, 09:05 | Çap et
Ziya Məmmədov və Zakir Qaralova qarşı korrupsiya ittihamları
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Cəmiyyət adı külli miqdarda yeyintilərdə hallanan sabiq məmurların törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilməsini gözləyir.

Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov, keçmiş baş prokuror Zakir Qaralovun adı ön sırada çəkilir. Məsələ burasındadır ki, iri neft gəlirlərinin axını başlanan 2000-ci illərdə Azərbaycanda avtomobil yollarının tikintisi və yenidənqurulmasına külli miqdarda vəsait sərf olunub. Yol layihələrinin böyük bir hissəsi dövlət büdcəsi, qalanı isə dövlət zəmanəti ilə alınan xarici kreditlər hesabına icra olunub. Bir neçə gün əvvəl italyan dizaynerin “Gənclik” metro stansiyası ətrafında inşa edilən yeraltı tunelin tikintisinə sərf olunan vəsaitlə bağlı açıqlaması cəmiyyətdə böyük rezonansa səbəb oldu. “Italian Design” holdinqin rəhbəri Franco Rizzat həmin tunelin tikintisinə 512 milyon dollar xərcləndiyini qeyd edib. Maraqlıdır ki, cəmiyyətin indiki təəccübünün özü iqtisadçı-ekspertlərə təəccüblü gəldi: onlar həmin tunelin tikintisinə həddindən çox vəsaitin xərcləndiyini elə tikinti gedən illərdə açıqladıqlarını bildirirlər. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, 2011-ci ildə indi böyük təəccüb yaradan “Gənclik” tunelinə həmin dövrə qədər 407 milyon dollar (305 milyon manat) xərclənməsinə dair məlumatı paylaşmışdı: “Sonrakı bir ildə tikinti davam etdi və əlavə 100 milyon manat da xərcləndi. Həmin illərdə biz büdcədən tikinti layihələrinə yüz milyonlarla vəsaitin ayrılmasına dair məlumatları dəfələrlə ictimaiyyətə açıqlamışıq, lakin heç kimdə indiki təəccüb yaranmadı”.

İqtisadçı-alim Qubad İbadoğlu isə Z.Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: “Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? “Azpolitikainfo” bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: “Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da “şərikliyi” var.

İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır!

Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” - Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin"?

Qeyd edək ki, “Gənclik”dəki tunel Məmmədov-Qaralov “əməkdaşlığının” ilk məhsulu deyil. Belə ki, bu cütlüyün birgə fəaliyyəti Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində də qeydə alınıb. Özü də “Gənclik”dəki tuneldən fərqli olaraq bu layihə faktiki olaraq batırılmış sayılır. Belə ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi hesab olunan bu yolun yenidənqurulmasına 2006-cı ildən başlanıb, 2008-ci ildə istifadəyə verilib. Yolun xeyli hissəsi beton örtüklə üzlənmişdi - iritonnajlı avtomobillərlə yükdaşımaların həcminin artması pesrpsektivi nəzərə alınmışdı. Yolun beton örtüklü hissəsini bütünlüklə “Akkord” şirkəti inşa etmişdi. Bu yolun tikintisinə iki il ərzində büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər vəsait xərcləndi. Üstündən 10 il keçməmiş yol elə vəziyyətə düşdü ki, dövlət onu yenidən çəkmək qərarına gəldi!

Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb. Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb.

Göründüyü kimi, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu halda, batırılmış, yaxud şişirdilmiş layihələrin yenidən araşdırılması, hər iki sabiq məmurun həbsə alınması mümkündürmü? Hüquqşünas-ekspertlərin qənaətincə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol layihələrindəki mənimsəmə faktlarına görə həbsinə asanlıqla əsas tapmaq olar: “Yalnız Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində deyil, Bakı-Gürcüstan dövlət sərhədi yolunun tikintisində də böyük mənimsəmələr, şişirtmələrə yol verilib. Təsəvvür edin, iş o yerə çatmışdı ki, yol layihələri texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmadan icra olunurdu. Nəticədə başlanğıcda 10 milyona başa gələcəyi elan olunan tikintiyə sonunda 100-150 milyon manat xərclənirdi. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolu yükdaşımaların həcminə görə Rusiya sərhədi yolundan daha intensivdir. Bu yolu Ziya Məmmədovun dövründə ikicərgəli tikdilər, özü də külli miqdarda dövlət və kredit vəsaitləri hesabına. İndi başlayıblar onun 4 və 6 cərgəyə genişləndirilməsinə. Halbuki bu yolla hərəkət intensivliyinin sürətlə artması perspektivi nəzərə alınmaqla, ilk mərhələdəncə 4-6 cərgəli çəkilməsi lazım idi.

O zamanlar həyata keçirilmiş istənilən yol layihəsi üzrə araşdırmalar aparılsa, Ziya Məmmədovun həbsi üçün kifayət qədər əsaslar tapmaq olar. Hesablama Palatasının bir yoxlaması kifayətdir yüz milyonlarla manatlıq korrupsiya faktlarının aşkarlanması üçün. Lakin bunun üçün yüksək səviyyədə qərar verilməlidir. Düşünürəm ki, Səlim Müslümovla bağlı belə qərar oldu deyə cəmiyyətdə digər məmurlara yanaşmada da eyni münasibətin sərgilənməsi gözləntiləri yaranıb. Amma burada qərarın yüksək səviyyədən verilməsi lazımdır".

Keçmiş baş prokuror Zakir Qaralovun yol tikintisi layihələrinə görə həbs ehtimalını ekspert yüksək qiymətləndirmir: “Yol layihələrinin icrasında iştirak edən ”Akkord" şirkətinin Zakir Qaralova bağlılığına dair məlumatlar mətbuatda çox yazılıb. Amma bunu hüquqi cəhətdən sübut etmək çox çətin, indiki halda mümkünsüzdür. Əvvəla, Zakir Qaralovun o şirkətə birbaşa bağlılığını təsdiqləyən rəsmi sənədlər heç vaxt mövcud olmayıb - baş prokuror vəzifəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Digər tərəfdən, yenə də mətbuatda yayılan məlumatlara görə, şirkət artıq Zakir Qaralova bağlı deyil. Eyni zamanda Z.Qaralovu vəzifədə olarkən yol tikintilərindəki korrupsiyalara görə fəaliyyətsizlikdə də ittiham etmək çətindir. Bunun üçün Baş Prokurorluğa müvafiq qurumlardan - Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası tərəfindən rəsmi müraciətlərin olması, Baş Prokurorluğun isə onları araşdırmaması faktları olmalıdır. Düşünmürəm ki, həmin qurumlardan belə müraciətlər olub və nəticəsiz qalıb. Belə götürdükdə, Zakir Qaralovu rəhbəri olduğu qurumun özündə mövcud olmuş korrupsiyaya görə də həbs etmək mümkündür. Sadəcə, qeyd etdiyim kimi, bununla bağlı qərar olmalıdır"...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru