Şənbə, 14 iyun 2025, 07:54:42  
   Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” .....                     "Mənim üçün çox çətin bir dönəm başlayır" .....                     Erməni baş nazir səmimidirsə... .....                     Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb .....                     İranın iki raketi İordaniya və Suriyaya düşüb .....                     YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... .....                     Elşən Salahovun BATIRDIĞI XƏZƏR... .....                     II Qaregin və Petrosyan Paşinyanın hədəfində .....                     Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? .....                     "Sosial şəbəkədə aktiv deyiləm" .....                     "İranın vurulmasının konkret iki səbəbi var" .....                     İranın kamikadze dronları İsraildəki hədəfləri vurub .....                     Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı .....                     İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb .....                     Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? .....                     Ağdamda ACINACAQLI DURUM .....                     İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... .....                     Bakıda kollec direktoru vəzifədən GETDİ .....                     Azərbaycan xalqının Qurtuluş Günü .....                     38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var .....                     Neft-qaz sektorunda MAAŞ PARADOKSU .....                     İranda Mossad casuslarının maşınları ələ keçirildi .....                     Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu .....                     Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur .....                     İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb .....                     “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR .....                     "Axı bu nə məsuliyyətsizlikdir?" .....                     Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... .....                     AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                 

"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Tarix: 15-05-2025, 18:03 | Çap et
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər...
...Azərbaycanda gerçək ağsaqqal institutunun deformasiyası, tənəzzülü elə SSRİ dövründən başlanıb. Xüsusən 20-30-cu illərin repressiyalarından sonra əksər atalar, babalar oğluna-qızına “ay bala, hamı kimi sən də başını aşağı sal, işini gör”, “hökumətlə-filanla işin yoxdur, hamı necə, sən də elə- dünyanı düzəldəcəksən?”, “fərasətin, dilin-felin olsun, sən də qabağa, vəzifəyə-filana get”, “ay bala, instituta girən kimi çalış kommunist partiyasına keç- onda gələcəyin yaxşı olacaq”, “institutu qurtaran kimi səni bir təhər edib sistemə - milisə, “KQB”-yə keçirərik” və s. kimi “nəsihət”lər veriblər... Nəticədə artıq bu gün “ağsaqqal” olmuş o vaxtkı gənc nəslin əksər nümayəndələrində vəzifəli şəxslər qarşısında qorxu, xof, yarınmaq, yaltaqlanmaq, məddahlıq etmək kimi davranışlar formalaşıb...

Görünür, İmişlidə SSRİ bayrağını ucaldan, sinəsinə “Georgi” lenti taxan Saleh Səmədov kimi artıq bu gün ağsaqqal hesab edilənlər də bu gün qonşu, qardaş Ukraynaya öz amansız hücumları, həyasız bəyanatlarıyla dünyaya qorxu salan Rusiya lideri Putinə yarınmaq üçün onun ürəyindəki sarı simə - SSRİ sərhədləri çərçivəsində imperiyanı bərpa etmək arzusuna toxunur və onunla həmrəylik nümayiş etdirir...

Deməli, Saleh Səmədov yaşda olan ağsaqqalları(?) SSRİ-yə meyilləndirən amillərdən birincisi onların ata-babalarından genetik olaraq keçmə yarınmaq, yaltaqlanmaq hissi ola bilər.

İkinci amilin belə “ağsaqqal”ların gəncliyindən sovet xüsusi xidmət orqanlarına “KQB”-yə, “QRU”-ya bağlılığı və ya müstəqillik illərində indiki Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ələ alınmasının olması mümkündür...

Üçüncü amil Sovet dövrünün bu gün üçün müsbət sayılan xüsusiyyətlərindən biri kimi rüşvətin, korrupsiyanın indikinə nisbətən kütləvi hal almaması və ya “insafla” alınması ola bilər.

Son 33 illik müstəqillik illərində özü vəzifədə olan, hakim partiyanın üzvü olan bir ağsaqqalın(?) dilinə 100 qram araq dəyən kimi “Əşşi, heyif deyildi Sovet hökuməti: ucuzluq idi,kibrit 1 qəpik, bir stəkan su 1-3 qəpik, limonad 40 qəpik, ət uzağı 2-3 manat, yağ, onun kimi uzağı 2-3 manat idi. O dövrdə bir “salaməleyk”ə, bir “sən öl”ə neçə məsələni həll etmək olurdu, amma indi hər şeydən ötrü rüşvət tələb edirlər” və s. deməsini çox görmüşük...

Qiymətlərdən söz düşmüşkən, yaşlı insanların qəlbinə Sovet dövrünün həsrətini salan amillərdən dördüncüsünün də məhz bugünkü bahalıq, ərzaq, xidmət, nəqliyyat və digər qiymətlərinin bahalığı, maaş və pensiyaların mövcud tələbata nisbətən çox aşağı olması ola bilər.

Digər, beşinci bir amil kimi sovet dövründə milli əxlaqi xüsusiyyətlərin müstəqillik dönəmindəkindən daha yaxşı qorunmasını hesab etmək mümkündür. Düzdü, əslində elə milli-dini əxlaqımızın pozulması hələ çar Rusiyası dövründən başlanıb, elə sovet dövründən də sürətlənib. Qadınların hicabla örtünməsində qarşı kampaniya sovet dövründən başlandı. Həmin dövrdə nəinki kütləvi şəkildə kişilər, Azərbaycan qadınları da az sayda olsa da, spirtli içki içməyə öyrədildi... Bununla belə, o dövrdə istər kişi, istər qadın zinakarlığına qarşı kəskin bir ictimai qınaq var idi. Belələri, amma daha çox qadınlar cəmiyyətdən təcrid olunurdu. Cinsi azlıqlara da münasibət daha ciddi idi. O dövrdə heç bir cinsi azlıq nümayəndəsi, nəinki hansısa konsert səhnəsində, teleekranda, heç adi bir kiçik məclisdə, balaca bir çayxanada da bugünkü kimi söz sahibi ola bilməz, ümumiyyətlə, ictimaiyyətin, camaatın içinə çıxmaqdan çəkinərdi... Televiziyada aparıcıların da, müğənni və aktrisalarında geyiminə, davranışına, danışığına qarşı bir senzura vardı. Amma indi hər şey əndazəsini aşıb....

Bax, bütün bu sadalanan amillər bu gün nəinki Saleh Səmədov kimi vəzifələrdə olmuş, varlı-hallı ağsaqqal hesab edilənlərin, vəzifəsiz, siyasətdən-filandan uzaq, yoxsul yaşlıların da SSRİ-yə meyillənməsinə şərait yaradır. Bu bir reallıqdır ki, hazırda bir çox ailələrimizdə süfrə başında-filanda Sovet dövrünün tərifinə həsr olunmuş söhbətlər gedir. Babat dolanan əxlaqlı ailələrdə bu adətən sovet dövründə milli əxlaqın qorunmasıyla, yoxsul ailələrdə isə bu mövzu ilə yanaşı, ərzaq qiymətlərinin bahalığı, maaşların, pensiyaların tələbata uyğun olmamasıyla bağlı olur...

Sovet nostaljisi əsasən 50 yaşından yuxarı olan, yəni ən azı yeniyetməlik dövrünü Sovet dönəmində yaşamış insanlarımızı əhatə edir. Statistik məlumatlara görə Azərbaycan əhalisinin 30 faizə yaxınını məhz 50 yaşdan yuxarı yaşlı əhali təşkil edir. Bu isə təxminən 3 milyona yaxın insan deməkdir. 3 milyona yaxın insanın da xeyli hissəsi dolanışığından, məmurların korrupsiya və rüşvətxorluğundan narazı olan hissəsidir. Deməli, Saleh Səmədovun qaldırdığı SSRİ bayrağı bəlkə də 2 milyona yaxın insanın həsrət, nostalji hisslərinə toxunub. Həmin insanların ailələrini, övladlarının bir hissəsini də buraya əlavə etsək, təhlükəli bir rəqəm alınar. Axı Sabah Saleh Səmədovlar başqa bölgələrdə də peyda ola bilər. Və onların ardına minlərin, on minlərin toplanması mümkündür...

Əslində son 20-30 ildə SSRİ ilə bağlı nostalgiya prosesi yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-nin iqtisadi problemlər yaşanan bütün məkanlarında, xüsusən də Rusiyada gedir. Rusiyada Kommunist Partiyası açıq şəkildə, rəsmən fəaliyyət göstərir. Bu gün rus kommunistlər Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Putin rejiminə qarşı açıq şəkildə çox çıxışlar etməsələr də, əvvəlki illərdə bu olub və bundan sonra da olacağı gözlənilir. Rusiyada fəaliyyət göstərən Rusiya Federasiyası Kommunist Partiyası digər keçmiş Sovet respublikalarında açıq və ya gizli şəkildə fəaliyyət göstərən kommunistlərlə birgə “Kommunist Partiyalarının İttifaqı – Sovet İttifaqı Kommunist Partiyası” adlanan bir ümumittifaq qurumu yaradıblar ki, onun “əsas məqsədləri zəhmətkeşlərin hüquqlarını və sosial qazanclarını qorumaq, sosializmin itirilmiş əsaslarını qorumaq və bərpa etmək, sovet xalqlarının hərtərəfli əlaqələrini və dostluğunu canlandırmaq və könüllülük əsasında onların dövlət birliyini bərpa etməkdir”.
Həmin qurumun əsas şüarı da belədir: “Qardaş xalqlarının yeni ittifaqı uğrunda!”

Sözsüz ki, bütün bu fəaliyyət Rusiyanın keçmiş “KQB”-nin xələfi olan “FSB”-sinin nəzarəti altında baş verir. Və Kreml yeri gələndə postsovet respublikalarına təzyiqləri artırmaq üçün bu rıçaqdan da istifadə edə bilər...

Bütün bu deyilənlər baxımından yanaşdıqda İmişli ağsaqqallarının(?) keçmiş başçısı Saleh Səmədovun yalnız SSRİ-yə olan nostaljisi və özünün və digər rayon ağsaqqallarının(?) birgə təşəbbüsünün nəticəsi olması şübhə doğurur. Düzdü, müstəqillıik dövründə kifayət qədər babat vəzifələrdə olmuş Səmədovun karyerasının bünövrəsi sovet dövründə qoyulub. Amma onun SSRİ nostaljisi bir çox digər yaşlı və ahıllar kimi ehtyac səbəbindən yarana bilməz. Çünki mediada sadalananlardan, ən azı tutmuş olduğu vəzifələrdən bəlli olur ki, onun və ailəsinin, doğmalarının bütün maddi ehtiyacları yetərincə ödənib. Deməli, belə bnir şəxsdə bu nostalji ya ideoloji səbəbdən yarana bilər, yəni guya o, əqidəli, təmiz işləyən marksizm-leninizm, kommunizm ideyalarına qulluq edən bir kommunist olub, ya da o, elə sovet dövründən bəri indiki Rusiyanın sələfi olan SSRİ xüsusi xidmət orqanlarıyla, yəni arxivləri açılmamış “KQB” və ya “QRU” ilə əməkdaşlıq edib. Və ona məhz bu ilin 9 mayında dondurulmuş hücrəsini hərəkətə gətirmək tapşırığı verilib...

Əlbəttə, bunlar sadəcə bizim versiyamızdır. Bunu Azərbaycanın xüsusi xidmət orqanları dəqiq araşdırmalıdırlar. Çünki ağlı başında olan bir vəzifəli şəxsin, özü də hakim Yeni Azərbaycan Partiyasının üzvünün arxasında hər hansı bir qüvvə hiss etmədən belə bir addım atması mümkünsüzdür. O, bundan sonra ən azı rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad ediləcəyini hesablamalıydı. Görək indi YAP necə rəsmi münasibət bildirəcək məsələyə?..

Bəziləri digər bir versiya da irəli sürür ki, guya Saleh Səmədov psixi xəstədir. Bu da inanılası deyil. Bu halda sualı olunur ki, həmin şəxs on illər boyu müxtəlif dövləti vəzifələrdə necə çalışıb, o boyda YAP-ın nə təhər üzvü olub?..

Bir sözlə, İmişlidəki kampaniya ciddi araşdırılmalıdır. Həm də ona görə ki, Saleh Səmədov orada tək deyil, onun əqidəsində olan və Rusiya imperiyasının rəmzi olan “Georgi” lenti daşıyan başqaları da var. Bəlli olub ki, Səmədovun yerinə İmişli Rayon Ağsaqqallar Şurasına sədr təyin edilən digər şəxs də 9 mayla bağlı tədbirdə “Georgi” lenti taxıbmış...

Öncə dediyim kimi, Rusiyada SSRİ-yə olan nostaljidən, insanların əksəriyyətini ehtiyac içərisində yaşamasından istifadə edərək kütlələri hakimiyyətə qarşı ayağa qaldırmağa çalışan dairələr, ən azı üzdə görünən Kommunist Partiyası var. Sabah Putin və ya ondan sonra hakimiyyətə gələn digəri də Rusiya imperiyasının keçmiş sərhədlərini bərpa etmək həvəsi ilə postsovet məkanındakı açıq kommunist, sovet əqidəli şəxslərdən və ya agentura şəbəkələrindən ibarət olan rıçaqlardan yararlana bilər...

Təsəvvür edin ki, Azərbaycanın hər rayonunda, şəhərində Saleh Səmədov kimi müəyyən nüfuzu olan və arxasında həm Rusiya kommunistlərinin, həm xüsusi xidmət orqanlarının dayağını hiss edən bir “ağsaqqal” əlində SSRİ bayrağı meydana çıxır və müstəqillik əleyhinə müxtəlif şüarlar səsləndirir...

Həmçinin bu təxrubatın məhz dövlət başçısı İlham Əliyevin Moskvaya 9 may paradına yollanmamasından sonra baş verməsi də şübhə doğurur...

Maraqlıdır ki, təxribatı törədən şəxsin ad və soyadının, sakini olduğu məkanın baş hərflərindən də SSRİ abreviaturası düzəlir: Saleh Səmədov Rayon İmişli...

Bütün hallarda digər postsovet xalqları kimi Azərbaycan xalqı da belə “ağsaqqal”lardan nümunə götürməli deyil. Ağsaqqal öz xalqına on illərlə zülm etmiş imperiyanın- SSRİ-nin
nostaljisi, onun bərpa edilməsi ideyasıyla yaşamaz və bunu xalqa, gənclərə təlqin etməz. Belə halda artıq o, ağsaqqal hesab edilə bilməz. Əksinə, əsil ağsaqqal, ziyalı xalqa ölkədə müstəqillik, dövlətçilik əleyhinə işləyən problemləri aradan qaldırmağın, məsələn, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin yollarını göstərər və özü də bu işdə digərlərinə, xüsusən gənclərə nümunə olar...

İnsanları, o cümlədən ağsaqqal hesab ediləcək yaşlıların SSRİ-yə meyillənməsinin, müstəqillikdən üz döndərməsinin qarşısını almaq üçün isə ilk növbədə milli(!) dövlət qurumları ciddi hərəkətə keçməli və bu cür meyilləri gücləndirən yuxarıda sadaladığımız və digər amillərin aradan qaldırılmasıyla ciddi məşğul olmalıdır... Yəni saleh səmədovları işdən, partiyadan çıxarmaq, hətta həbs etmək problemi həll etməyəcək...

Sultan Laçın - moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Bu gün, 11:52
"Mənim üçün çox çətin bir dönəm başlayır"
Bu gün, 11:50
Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Bu gün, 11:42
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:35
İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Bu gün, 11:27
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Bu gün, 11:08
Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Bu gün, 11:06
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33
İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30
Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29
İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - FAKT BUDUR!
Bu gün, 09:36
İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb - TASS
Bu gün, 09:33
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
Bu gün, 09:31
"Axı bu nə məsuliyyətsizlikdir?" - ETİRAZ VAR...
Bu gün, 09:24
Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... - NARAZILIQ VAR...
Bu gün, 09:16
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru