
“Azərboru” ASC-nin inzibati binasında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 27-nə təyin olunub.
Ümumi yığıncağın gündəliyinə "Azərboru"nun Müşahidə Şurasının seçilməsi və ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi məsələsi daxil edilib.
Xatırladaq ki, “Azərboru” ASC ötən əsrin 50-ci illərindən fəaliyyət göstərən Azərbaycan Boruyayma Zavodunun bazasında, 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 3 517 348 manatdır.