
Hitmaker Murad Arif Şon Beykerin rejissorluq etdiyi "Anora" filminin "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülməsinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi “Anora”nın mükafata layiq görülməsini tənqid edib:
“Ruslardan, ermənilərdən və erməni dilindən bol-bol ibarət "Anora" filmi, bu il Oskarı darmadağın edərək 5 Oskar qazandı! Film ümumiyyətlə çox bayağı, açıq-saçıq və 2 cümləylə izah edə biləcəyimiz bəsit hekayədir. Rus oliqarxın oğlu içki və narkotiklərin təsiriylə başını itirir, qeyri adekvat halda amerikalı bir fahişəylə evlənir. Bu problemi isə oğlanın erməni əlaltıları həll etməyə çalışır... Heç bəyənmədim və məsələ zövq məsələsi deyil. Bu qələbəyə müstəqil kinonun qələbəsi deyirlər... Amma, mən əminəm ki, burada başqa maraqlar da var. Baxmayın bu kinoya! Oskara da bir quş”.
Qeyd edək ki, film ümumilikdə altı nominasiyada yarışıb və beşində qalib gəlib. . Şon Beyker "Ən yaxşı rejissor" və "Ən yaxşı orijinal ssenari" mükafatlarını qazanıb.
Baş rolda çəkilən Mayki Medison "Ən yaxşı aktrisa", film isə "Ən yaxşı montaj" kateqoriyalarında mükafat əldə edib.