“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
![“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir”](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739190999_0001.jpg) Son günlər Rusiyada hakim partiyanın deputatları səviyyəsində Azərbaycana qarşı təhdid və təzyiq kampaniyası yenidən baş qaldırıb. Dövlət Dumasının depuatları “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspor təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.
Hətta Dumanın deputatı Nikolay Valuyev azərbaycanlıları təhqir etməkdən belə çəkinməyib.
O, Azərbaycan diaspor təşkilatlarının bağlanmasına çağırış edib. Eyni zamanda, azərbaycanlı miqrantları ölkədən deportasiya etməyi, qanuni yaşayış icazəsi almış azərbaycanlıları isə kommissarlıqlara çağıraraq müharibəyə göndərməyi təklif edib.
Rusiyalı deputatların soydaşlarımıza qarşı çağırışları nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Rusiya münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranıb. Bunun da səbəbkarı Rusiyadır: “Məlum təyyarə qəzasından sonra Azərbaycan dövlətinin prinsipial və qətiyyətli mövqeyi ondan ibarət idi ki, qarşı tərəf beynəlxalq praktikaya uyğun olaraq üzrhaqlıq etməli, cinayətkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Rusiya lideri Putin üzrhaqlıq etsə də onu belə əsaslandırdı ki, bu addımı hadisənin ölkəsinin hava məkanında baş verdiyinə görə atır.
Halbuki səbəb o deyil. Səbəb Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən Azərbaycan təyyarəsinin vurulmasıdır. Yəni qarşı tərəfin yanaşması düzgün deyil. Cinayətkarlar müəyyən edilməyib, kompensasiya da ödənilməyib.
Bu da təbii ki, münasibətlərimizdə müəyyən soyuqluq yaradır. Belə vəziyyətdə haqlı tərəf Azərbaycan olduğu halda, Rusiya mətbuatı, televiziya kanalları gecə-gündüz ölkəmizə münasibətdə dezinformasiya, feyk məlumatlar yaymaqla məşğuldur”.
“Nikolay Valuyevin söylədiyi fikirlər bəlkə də başından aldığı zərbələrin nəticəsidir”
Deputat deyir ki, bu da Rusiya ilə münasibətlərimizi mehriban qonşuluq səviyyəsində qurduğumuza görə haqlı narahatlığımıza səbəb olur:
“2022-ci ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsi imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə qaldırmışıq. Rusiyanın hərəkətləri isə müttəfiqlik münasibətlərinə uyğun gəlməyən addımdır. Azərbaycanlılara qarşı miqrasiya siyasətini də kəskinləşdiriblər.
Azərbaycan tərəfi “Rus Evi”nin fəaliyyətində ciddi qüsurlar üzə çıxarıb. Məlum olub ki, bir çox hallarda “Rus Evi” tamamilə qanuna zidd olaraq öz mahiyyətinə uyğun fəaliyyət göstərməyib. Daha çox cəsusluq fəaliyyəti kimi qiymətləndiriləcək addımlar atıblar. Bu da müttəfiqlik münasibətlərinə daban-dabana zidd münasibətdir. Rusiya Dövlət Dumasının deputatı, keçmişdə boksçu olan Nikolay Valuyevin bir çox hallarda söylədiyi fikirlər bəlkə də başından aldığı zərbələrin nəticəsidir. Amma o qədər də sadəlövh deyilik”.
“Moskva bunu heç vaxt unutmamalıdır”
E. Nəsirov hesab edir ki, Valuyev kimiləri daha yuxarı dairələrdən aldığı təlimat əsasında ölkəmizə qarşı bu cür təbliğat aparır, deputat statusuna uyğun gəlməyən ifadələr işlədir:
“Belələrinin təzyiq və təhdid dililə danışmaları qəbuledilməzdir, ikitərəfli münasibətlərimizə ciddi xələl gərirən haldır. Güman edirik ki, Rusiyada sağlam düşüncə üstün gələcək, anlayacaqlar ki, regionun güclü dövləti Azərbaycanla münasibətlərin belə gərginləşməsi rəsmi Moskvanın da marağına uyğun deyil. Azərbaycan həmişə müttəfiqlik münasibətlərinə sadiq qalıb, hətta bunun üzündən bir çox hallarda Qərbin təzyiqlərinə də tuş gəlib. Moskva heç zaman bunu yaddan çıxarmamalıdır”.
Qeyd edək ki, Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlərə görə Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.
Xatırladaq ki, hazırda deputat olan Nikolay Valuyev sabiq peşəkar boksçudur. 2.13 metr boyu, 147 kq çəkisi olan Valuyev 1993-2009-cu illəri əhatə edən peşəkar boks karyerasında dünya çempionluqları da daxil olmaqla bir sıra titullara yiyələnib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.info/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|