Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir .....                     "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" .....                     Suvarma Sistemləri İdarəsində “ailə“podratı .....                     "Bu şəxslər başa düşərlər ki..." .....                     Həsənağa Turabovun xanımı VƏFAT ETDİ .....                     Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının .....                     Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? .....                     Həbibullayevdən TİKİNTİ XAOSU .....                     Kremlin "qara günləri" indi başlayır .....                     Belarus, Lukaşenko və seçki imitasiyası... .....                     BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar .....                     Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... .....                     "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" .....                     Ankara masanı böyüdür, Bakı susur... .....                     Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” .....                     Ərdoğan Azərbaycana gəlir: .....                     Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar .....                     "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..." .....                     Bu gün Azərbaycanda seçkilərdir .....                     Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT .....                     Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir .....                     “Siyasi repressiya” anonsu: .....                     Quql Meksika körfəzinin adını dəyişdi .....                     Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır .....                     Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, .....                     Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir .....                     Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib .....                     Ramiz Rövşəndən ikinci ev iddialarına .....                     İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı .....                     AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı .....                     AYNA-dan qanunsuz ADDIM .....                     MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib .....                     Nəsiminin məzarı Azərbaycana gətiriləcək? .....                     Putinin iki eyni oyununa riyakar yanaşma: .....                     Ramiz Rövşənə növbəti dəfə mənzil verilib .....                     Tanınmış prodüser müğənnilərin PAXIRINI AÇDI: .....                     "Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" .....                     AAYDA işçilərinə niyə maaş ödəmir? .....                     Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək .....                     "Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir" .....                 

Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Tarix: 27-01-2025, 18:58 | Çap et
Müəllimlər üçün yeni “biznes”:
Son vaxtlar ölkədə repetitorluq “biznesi” geniş vüsət alıb.

Orta məktəb şagirdlərinin demək olar ki, 95 faizi repetitor yanına gedir. Əgər bir neçə il əvvəl yalnız yuxarı sinif şagirdləri repetitorlardan yararlanırdısa, artıq ibtidai sinif şagirdləri belə, bu fəaliyyət növündən istifadə edir.

Nəticədə bu gün repetitorluq “biznes” sahəsinə çevrilib.

İndi daha bir belə “biznes” sahəsi də mövcuddur ki, bu da kodlaşdırma “biznesidir”. Belə ki, ali məktəbə qəbul olmaq istəyən abituriyentlər müəyyən bal topladıqdan sonra kodlaşdırma ilə məşğul olan şəxslərə, əsaəsn müəllimlərə müraciət edirlər. Həmin şəxs də müəyyən ödəniş müqabilində kodlaşdırma aparır.

Əgər bir-iki il əvvəl 20 manat müqabilində kodlaşdırma aparılırdısa, hazırda bu ən azı 100-150 manatdan başlayır.

Nəticədə kodlaşdırma “biznesi” getdikcə genişlənir. Kodlaşdırma “biznesi”nin sürətlə inkişaf etməsinin səbəbi nədir, abituriyentlər özləri düzgün seçim edə bilmirmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kodlaşdırma “biznesi”nin yaranması təhsil sistemində müşahidə edilən struktur problemlərin və abituriyentlərin qərar qəbul etmə çətinliklərinin nəticəsidir:

“Bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdi məsləhətçilər, abituriyentlərin ali məktəblərə qəbul prosesində ixtisas seçimi zamanı qarşılaşdıqları çətinliklərdən istifadə edərək müəyyən xidmətlər təklif edirlər.

Statistik məlumatlara görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul üçün müraciət edən abituriyentlərin sayı 100 mindən çox olub. Onların təxminən 65%-i repetitor xidmətlərindən istifadə edib və bu abituriyentlərin böyük əksəriyyəti kodlaşdırma zamanı çətinliklərlə üzləşib. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, hər il kodlaşdırmada səhv edən abituriyentlərin sayı ümumi müraciət edənlərin 10%-ni təşkil edir.

Bu rəqəm təkcə fərdi məsuliyyətsizliyi deyil, həm də sistemin mürəkkəbliyini və məlumat çatışmazlığını göstərir. Məsələyə hüquqi aspektdən yanaşdıqda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququnu təmin edir.

Bununla yanaşı, Qanunun 25-ci maddəsində abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı məlumatlandırılmasının təmin edilməsi məsələsi qeyd olunur. Lakin bu müddəaların praktik icrası qeyri-kafi görünür, çünki kodlaşdırma prosesi ilə bağlı məlumatlılıq səviyyəsi hələ də aşağıdır.

Kodlaşdırma “biznesi”nin yaranması birbaşa olaraq bu boşluqları doldurmağa çalışır, lakin eyni zamanda bu sahədə sui-istifadə hallarına şərait yaradır”.

Ekspertin sözlərinə görə, kodlaşdırma xidmətlərinin mənfi tərəfləri isə ilk növbədə onların kommersiyalaşmasında özünü göstərir:

“Bu xidmətlər, əsasən, yüksək qiymətlər təklif edir, bu da aztəminatlı ailələr üçün əlçatmaz olur.

Eyni zamanda, abituriyentlərin fərdi qərar qəbul etmə qabiliyyətinin zəiflədiyi müşahidə olunur. Kodlaşdırma xidmətlərinə güvənən gənclər öz məsuliyyətlərini ikinci plana keçirərək, qərarlarını tamamilə üçüncü şəxslərə həvalə edirlər. Bu isə uzunmüddətli perspektivdə onların müstəqil qərarvermə bacarıqlarına mənfi təsir edə bilər. Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə abituriyentlərə peşəyönümlü dəstək daha çox məktəb səviyyəsində təşkil olunur.

Məsələn, Finlandiyada şagirdlər hələ orta təhsilin ilk illərindən etibarən fərdi maraqları, bacarıqları və əmək bazarındakı tələblər əsasında peşə istiqaməti üzrə yönləndirilirlər. ABŞ-də isə kolleclər tərəfindən təşkil edilən “counseling” xidmətləri vasitəsilə tələbələrə peşə seçimi və kodlaşdırma prosesində dəstək verilir. Bu ölkələrdə kommersiya məqsədli kodlaşdırma xidmətlərinə ehtiyac demək olar ki, yoxdur, çünki dövlət bu sahədə zəruri dəstəyi pulsuz təmin edir”.

Ekspert deyir ki, kodlaşdırma biznesinin müsbət tərəfləri də inkar edilə bilməz:

“Bu xidmətlər xüsusilə mürəkkəb sistemə malik olan DİM-in qəbul qaydalarına uyğun seçim aparmaqda çətinlik çəkən abituriyentlər üçün faydalıdır. Peşəkar dəstək, abituriyentlərin kodlaşdırmada səhv etməsinin qarşısını almağa kömək edir və nəticədə onların seçdikləri ixtisas üzrə qəbul olmaq şanslarını artırır. Eyni zamanda, kodlaşdırma mütəxəssisləri ixtisaslar haqqında daha geniş məlumat təqdim edərək, abituriyentlərin daha məlumatlı qərarlar qəbul etməsinə şərait yaradır.

Ümumilikdə, kodlaşdırma “biznesi” təhsil sistemindəki müəyyən boşluqların nəticəsi olaraq meydana gəlib və həm müsbət, həm də mənfi təsirlərə malik bir fenomendir. Onun mənfi təsirlərini minimuma endirmək üçün dövlət səviyyəsində tədbirlər görülməlidir. Məsələn, məktəblərdə peşəyönümlü təlimlərin təşkili, abituriyentlərin qərar qəbul etmə qabiliyyətlərinin artırılması və DİM-in qəbul prosesinin daha şəffaf və sadə olması təmin edilməlidir. Yalnız bu halda, abituriyentlərin öz gələcəklərini düzgün planlaşdırmaları üçün daha əlverişli şərait yaradıla bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47
"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43
Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39
"Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21
Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19
Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27
Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23
Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17
Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45
Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36
"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32
Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28
Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25
Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16
Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14
"Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12
Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06
Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03
Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00
“Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17
Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14
Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13
Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09
Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06
Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55
Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54
İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39
AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib - TƏFƏRRÜAT
Dünən, 17:29
Nəsiminin məzarı Azərbaycana gətiriləcək? - AÇIQLAMA
Dünən, 17:20
Putinin iki eyni oyununa riyakar yanaşma: - Kiyevə “olar”, Bakıya “yox” dedilər
Dünən, 17:15
Ramiz Rövşənə növbəti dəfə mənzil verilib
Dünən, 17:01
Tanınmış prodüser müğənnilərin PAXIRINI AÇDI: - “Baxış sayını pulla artırırlar”
Dünən, 16:48
"Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:46
AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək - DİQQƏT!
Dünən, 16:38
"Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir" - İLGİNC...
Dünən, 16:09
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir - TƏFƏRRÜAT
Dünən, 16:06
Tramp nefti ucuzlaşdırarsa: - Dünyanı, Azərbaycanı və manatı nə gözləyir?
Dünən, 16:03
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ?
Dünən, 15:59
"Nə pulumu qaytarır, nə də maşını sürmək üçün etibarnamə vermir" - GİLEY
Dünən, 15:54
Ermənistan Rusiyanın sanksiyalardan yayınması kanalı kimi çıxış edir - FAKT BUDUR!
Dünən, 15:39
Pezeşkian 1996-cı ildə Bakıya niyə gəlmişdi? - İLGİNC...
Dünən, 15:37
Çin startapları Trampı hərəkətə keçməyə sövq edir - KİV
Dünən, 15:34
Ağıllı olmalıyıq, Muş, Samsun, Ərdahan... - Mikayelyan
Dünən, 15:31
Moskvadakı görüşün gizli tərəfi – Rəhman Mustafayevə Rusiya XİN-də nə deyilib?
Dünən, 15:26
Dəhliz üçün köhnə qayda: - Moskva-Zəngəzur-Tehran xətti bərpa edilir
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru