Suriya və Ermənistan arasında razılaşma - KİV
Tarix: 27-01-2025, 16:28 |
Çap et
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, xarici işlər nazirinin müavini Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli münasibətləri inkişaf etdirmək öhdəliyini diqqətə çatdırıb:
“Kostanyan Ermənistanın humanitar və islahatların keçiriləcəyi sahələri, eləcə də Suriyada prioritet hesab edilən müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Hər iki tərəf Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğulayıb.
Həmsöhbətlər qonşularla münasibətlərin tənzimlənməsinin vacibliyini qeyd edərək, regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Suriya tərəfi Ermənistan nümayəndə heyətinin Dəməşqə səfərini yüksək qiymətləndirib. Əlaqələrin davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub”.