"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Tarix: 27-01-2025, 15:52 | Çap et
Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib:
"Evdar xanımam, amma təsərrüfat sahəm olub. 70 hinduşqa, 5 baş iri buynuzlu və 10 baş xırdabuynuzlu heyvanım var. Faizə pul verirdim. O, pulu isə tanıdığım adamlara vermişəm. Həci vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mən ümumiyyətlə pulları 8 faiz və 10 faizlə verirdim. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyevanın ona verdiyim pulları qaytarmaq fikri yox idi. Ona görə onun adını blogger Qabilə verdim. Qabilin baldızının qaynatası ilə bir xəstəxanada yatmışam. Elə münasibət yaranıb. Bir dəfə də rayonda onu arxadan görmüşəm. Amma onu tiktokdan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o, bu məsələni ictimailəşdirsin. Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini Facebookdan götürmüşəm. Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçün Baş Prokurorluğa, Abşeron rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır".
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova daha çox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə faizə pul verib.
Belə ki, Fatimə Əhmədovaya 22.100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1.500 manat, Namik Həsənova 8.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 600 manat, Kəmalə Əkbərovaya 6.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 11.575 manat, Gülaya Quliyevaya 28.500 manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28.500 manat, Soltan Qasımova 7.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 1.760 manat, Çiçək Cəfərovaya 4.000 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 410 manat, Rəna Bədəlliyə 3.000 manat məbləğində pulu verməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manat məbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat, Samir Qəribova 4.500 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8.000 manat məbləğində pulu verməklə qarşılığında faiz olaraq 5.300 manat, Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faiz qismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya 200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faiz olmaqla cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismində ümumilikdə 51.675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olub.
İttiham aktında o da qeyd olunub ki, bundan başqa, Qönçə Məmmədova faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Lakin şifahi hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin "İnstagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsi hesablarında olan foto şəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək vatsapla Qabil Məmmədova göndərib.
Qabil Məmmədov da öz növbəsində "Youtube" internet platformasında təsis etdiyi "Haqsızlığa susma" adli internet kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.
Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54 |
|
|
|
• İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49 |
|
|
|
• AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39 |
|
|
|
• AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32 |
|
|
|
• MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib - TƏFƏRRÜAT
Dünən, 17:29 |
|
|
|
• Nəsiminin məzarı Azərbaycana gətiriləcək? - AÇIQLAMA
Dünən, 17:20 |
|
|
|
• Putinin iki eyni oyununa riyakar yanaşma: - Kiyevə “olar”, Bakıya “yox” dedilər
Dünən, 17:15 |
|
|
|
• Ramiz Rövşənə növbəti dəfə mənzil verilib
Dünən, 17:01 |
|
|
|
• Tanınmış prodüser müğənnilərin PAXIRINI AÇDI: - “Baxış sayını pulla artırırlar”
Dünən, 16:48 |
|
|
|
• "Rusiya Azərbaycanı özünün müstəmləkəsi hesab edir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:46 |
|
|
|
• AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
• Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək - DİQQƏT!
Dünən, 16:38 |
|
|
|
• "Kreditini başqa banka daşıyan müştərilər uğrunda rəqabət gedir" - İLGİNC...
Dünən, 16:09 |
|
|
|
• Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir - TƏFƏRRÜAT
Dünən, 16:06 |
|
|
|
• Tramp nefti ucuzlaşdırarsa: - Dünyanı, Azərbaycanı və manatı nə gözləyir?
Dünən, 16:03 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ?
Dünən, 15:59 |
|
|
|
• "Nə pulumu qaytarır, nə də maşını sürmək üçün etibarnamə vermir" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalardan yayınması kanalı kimi çıxış edir - FAKT BUDUR!
Dünən, 15:39 |
|
|
|
• Pezeşkian 1996-cı ildə Bakıya niyə gəlmişdi? - İLGİNC...
Dünən, 15:37 |
|
|
|
• Çin startapları Trampı hərəkətə keçməyə sövq edir - KİV
Dünən, 15:34 |
|
|
|
• Ağıllı olmalıyıq, Muş, Samsun, Ərdahan... - Mikayelyan
Dünən, 15:31 |
|
|
|
• Moskvadakı görüşün gizli tərəfi – Rəhman Mustafayevə Rusiya XİN-də nə deyilib?
Dünən, 15:26 |
|
|
|
• Dəhliz üçün köhnə qayda: - Moskva-Zəngəzur-Tehran xətti bərpa edilir
Dünən, 15:24 |
|
|
|
• Rus ordusu Dvireçnayanı da işğal etdi
Dünən, 15:22 |
|
|
|
• “DeepSeek” ABŞ milyarderlərini milyardlarla zərərə saldı
Dünən, 15:20 |
|
|
|
• Əməliyyatdan sonra bədənimdən çirk axmağa başladı - AÇIQLAMA
Dünən, 15:13 |
|
|
|
• Süni intellekt bazarına TƏBİİ MÜDAXİLƏ - GƏLİŞMƏ
Dünən, 15:05 |
|
|
|
• "Elmi mühit alver mühitinə dönüb..." - AXI NİYƏ?..
Dünən, 15:02 |
|
|
|
• Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər bələdiyyə seçkilərində iştirak edə biləcəklər
Dünən, 14:56 |
|
|
|
|