Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın əvvəlində Rusiya Federasiyasının Kursk vilayətində ukraynalı hərbçilər tərəfindən saxlanılan Şimali Koreya əsgərinin dindirilməsinin görüntülərini yayıb. Yeniavaz.com xəbər verir ki, o, sözügedən kadrları “Teleqram” kanalında dərc edib. “Belə hərbçilərin Rusiya ərazisində hərəkəti, təlimi və təcrid olunması ilə bağlı kəşfiyyat məlumatları məhbusların sözləri ilə təsdiqlənir”, - deyə Zelenski bildirib. Ukrayan liderinin yaydığı kadrlarda əsir götürülən Şimali Koreya əsgərinin Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri ilə dialoqları əks olunub. Şimali Koreya əsgəri deyib ki, bir neçə koreyalı hərbçi Rusiyanın ağır texnikasından istifadə etmək üçün təlim keçib və Rusiyaya köçürülüb. Xatırladaq ki, yanvarın 11-də Ukrayna ilk olaraq 2 Şimali Koreya əsgərinin əsir götürüldüyünü elan edib.